Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2145/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 06 avqust 1989-cu il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən fərdi evdə yaşayır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində olan fərdi yaşayış evinə dair əsassız olaraq 607 manat 27 qəpik borc hesablanmışdır. Bildirmək istəyir ki, borcun məbləği daha çox olmuş, sayğac dəyişdikdən sonra smart kart sisteminə keçirilmiş və o hər dəfə ödəniş etdikdə karta yüklənən pulun 50%-ci borca çıxır. Hazırda borcun 170 manatını ödəmiş, 607 manat 27 qəpik ödənilməmiş borc qalmışdır. Hesab edir ki, bu borc tamamilə əsassızdır və uydurmadır. Belə ki, xəbəri olmadan və iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evində olab sayğacı başqa sayğac ilə dəyişərək heç bir müqavilə bağlamadan, yerində akt tərtib edilmədən və hər hansı bir prosedur həyata keçirilmədən smart kart təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırda aktiv borc, eləcə də 170 manat borcun öz başına tutulması əsassız və qanunsuzdur. Bu borcla bağlı rəsmi qaydada hər hansı bildiriş nə yaşadığı mənzilə, nə də şəxsinə təqdim edilməmişdir. Əgər belə bir bildirişin ona və yaxud da ailə üzvlərinin hər hansı birinə təqdim edilməsi, eləcə də həmin bildirişlərin onlar tərəfindən alınması barədə dəlil vardırsa məhkəməyə təqdim edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən onunla heç bir müqavilə bağlanmamış, tarif qiymətinin artması barədə heç bir məlumat verilməmişdir. Əgər sayğacda hər hansı bir müdaxilə olunmuşsa da belə bir hal mümkün deyildir. Belə ki, sayğac hasarın çölündə quraşdırılmışdır. Buna məsuliyyəti məhz müəssisə daşıyır. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi sayğac digər sayğacla əvəz edildikdə onlara heç bir məlumat verilməmiş, sayğacın dəyişilməsi ilə bağlı hər hansı akt tərtib edilməmiş, borc məbləği barədə heç bir məlumat verilməmişdir. Təbii ki, məlumat verilsəydi o sayğacın onun iştirakı ilə laboratoriyaya aparılmasını tələb edəcəkdir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evə məxsus cavabdeh tərəfindən hesablanmış 607 manat 27 qəpik borcun silinməsi və onun tərəfindən həmin borca görə ödənilmiş 170 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə qarşı iddia tələbi üzrə məhkəməyə dəqiqləşmə təqdim edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən yenə də əlavə 337 manat 61 qəpik borc hesablandığını bildirmişdir. Ona görə də Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evə məxsus cavabdeh tərəfindən hesablanmış 944 manat 88 qəpik borcun silinməsi və onun tərəfindən həmin borca görə ödənilmiş 170 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evə məxsus cavabdeh tərəfindən hesablanmış 607.27 manat borcun silinməsi və onun tərəfindən həmin borca görə ödənilmiş 170 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, EEİQ-nin 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus evin elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunur. Dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunur. Sayğacın göstəricisi komputer məlumat bazasında xx.xx.2023-cü il tarixdə 43529 kvts göstərildiyi halda xx.xx.2023-cü il tarixdə göstərici 48223 kvts təşkil etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, 030997 saylı akt tərtib edilərək 337.60 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 607.27 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandığı məlum deyildir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edərək bildirdi ki, hesablanmış borcun silinməsini xahiş edir. 607.27 manat məbləğ ilk öncə bildiyi məbləğdir. İki həftə sonra pulu ödəyərkən məbləğin qalxdığını görmüşdür. İşıq idarəsinə getdikdə və müraciət etdikdə bildirmişlər ki, yenidən cərimə olunmuşdur. Əlavə olaraq bildirmişlər ki, həmin əraziyə baxan nəzarətçini vəzifəsindən azad etmişlər. Dəfələrlə işıq idarəsi ilə əlaqə saxlamış və sayğacın korpusunun əridiyini bildirmişdir. Şunurunu verməmişlər, o isə özü almış və xahiş etmişdir ki, gəlib dəyişsinlər. Sayğaç çöl ərazidə yerləşir. Nəzarətçi ona demiş, o isə 100 manat ödəmişdir ki, işığı kəsməsinlər. Ona borc hesablanarkən heç bir akt tərtib olunmamışdır. Bir manat borc qalan kimi işığı söndürüb, pulunu tələb edirlər. 200 kvt 8 qəpikdən, 100 kvt 9 qəpikdən, 4705 kvt isə 13 qəpikdən hesablanmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, 780 manat 46 qəpik məbləğdində iddiaçının borcu qalmışdır. 337 manat 61 qəpik akt əsasında hesabat aparılmışdır. 2023-cü ilin fevral ayının 1-ində 440 manat 40 qəpik hesablanmışdır. 440 manat 40 qəpik 8 qəpikdən hesablanmış və 5005 kvts təşkil edir. Vətəndaşın hazırda 738 manat borcu vardır. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. ünvan 3 ünvanında yaşayır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt, 26-cı məhəllə, 26-cı məhəllə, ev(bina):0550, mənzil 2056 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 607.27 manat məbləğində borcu vardır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt, 26-cı məhəllə, 26-cı məhəllə, ev(bina):0550, mənzil 2056 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2015-ci il tarixdə ETAİS-dən gələn borc 22.20 manat, xx.xx.2023-cü il tarixdə EİQ pozulması nəticəsində isə 337.61 manat borc hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt, 26-cı məhəllə, 26-cı məhəllə, ev(bina):0550, mənzil 2056 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2015-ci il tarixdə ETAİS-dən gələn borc 22.20 manat, xx.xx.2023-cü il tarixdə EİQ pozulması nəticəsində isə 337.61 manat borc hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli, 030997 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunur. Dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunur. Sayğacın göstəricisi komputer məlumat bazasında xx.xx.2023-cü il tarixdə 43529 kvts göstərildiyi halda xx.xx.2023-cü il tarixdə göstərici 48223 kvts təşkil etmişdir. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 077074 nömrəli protokoldan görünür ki, 030997 nömrəli akta əsasən mənzilə məxsus sayğac NFC tipli sayğac ilə əvəz olunmuşdur. Çıxarılan sayğac paketə qoyularaq narıncı möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 607.27 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının yararsız hala düşməsi, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunması, dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunması, dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunması halları təsdiq olunmayaraq sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda elektrik hesabat sayğacının yararsız hala düşməsi, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunması, dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunması hallarında iddiaçı tərəfindən edilməsi, həmçinin fərdi yaşayış evindən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması zəruri olduğundan bu edilməmiş, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmiş,iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Məhkəmə iddia tələbinin 170 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində iddia tələbi təsdiq olunmadığından hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus Sumqayıt şəhəri, Xəzər bağları, fərdi ev (saldo üzrə ünvan 4 ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 944.88 (doqquz yüz qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc **********02056 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Xəzər bağları, fərdi ev (saldo üzrə ünvan 4 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 944.88 (doqquz yüz qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc **********02056 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2145/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2145/2023
16.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver