Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2146/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi X7 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək oğlu xx.xx.1973-cü ildə Naxçıvan MR-nın, Naxçıvan rayonunun, Rahab kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X9, xx.xx.1973-cü ildə Naxçıvan MR-nın, Naxçıvan rayonunun, Rahab kəndində doğulmuşdur və ərizəçinin qardaşıdır. X1 xx.xx.2023-cü ildə ölmüşdür. X2, İ Qarabağ Müharibəsinin iştirakçı olmuş və uzun müddətdir ki, ağır dərəcəli əqli gerilik xəstəsidir. Belə ki, döyüşlərdə keçirmiş olduğu kəllə beyin travması nəticəsində əmələ gələn paranoid sindromlu dərin psixi qüsur halı diaqnozu ilə 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinin nəticəsini dərk etmir, yaddaş və ağıl zəifliyi vardır. Ona görə də məhkəməyə müraciət edərək qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün də ona qəyyum təyin edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə verdiklərini qeyd etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 atası X10, anası X5r. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-cü il təvəllüdlü X3 atası X10, anası X5r. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixində dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən ölmüşdür. - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 KBT-sə nəticəsində kəskin qabarıq isterik pozuntusu. Hər iki gözün görmə sinirinin atrofiyası diaqnozu ilə qeydiyyatdadır, daimi kənar şəsin köməyinə ehtiyacı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1774 saylı rəydən görünür ki, X6 üzvi sayıqlama (şizofrenəbənzər) pozuntu qeyd olunur. X6 qeyd olunan “üzvi sayıqlama (şizofrenəbənzər) pozuntu” hal-hazırda kəskinləşmə vziyyətindədir və psixotik əlamətlərlə müşayiət olunur. X9 hal-hazırda psixotik vəziyyətdə olduğundan öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X9, xx.xx.1973-cü ildə Naxçıvan MRnın, Naxçıvan rayonunun, Rahab kəndində doğulmuşdur və ərizəçinin qardaşıdır. X1 xx.xx.2023-cü ildə ölmüşdür. X2, İ Qarabağ Müharibəsinin iştirakçı olmuş və uzun müddətdir ki, ağır dərəcəli əqli gerilik xəstəsidir. Belə ki, döyüşlərdə keçirmiş olduğu kəllə beyin travması nəticəsində əmələ gələn paranoid sindromlu dərin psixi qüsur halı diaqnozu ilə 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1774 saylı rəydən göründüyü kimi X6 üzvi sayıqlama (şizofrenəbənzər) pozuntu qeyd olunur. X6 qeyd olunan “üzvi sayıqlama (şizofrenəbənzər) pozuntu” hal-hazırda kəskinləşmə vziyyətindədir və psixotik əlamətlərlə müşayiət olunur. X9 hal-hazırda psixotik vəziyyətdə olduğundan öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Ərizəçi ərizəni müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən- 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Naxçıvan MR-nın, Naxçıvan rayonunun, Rahab kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2146/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2146/2023
07.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver