Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2149/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətləri olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X8 onun oğullarıdır. X3 xx.xx.2017-ci il tarixində Ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq tələb edən davranış pozuntuları ilə, aşağı ətrafların paraparezi, başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq qüsuru, ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq tələb edən davranış pozuntuları ilə, daima kənar şəxsin qulluğuna ehtiyacı var. OU-Tor qişa damarların spazmı, X8 xx.xx.2022-ci il tarixindən Ağır dərəcəli əqli gerilik (İQ-22), davranış pozuntuları və nitq qüsuru diaqnozu qoyulmuş və müddətsiz əlillik verilmişdir. Həmin faktları Azərbaycaıı Respublikası Tibbi-Sosial Komissiyasından sonuncu müayinəyə dair məlumat verilməsi təsdiq edir. Ona görə də oğulları xx.xx.1999-cu il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətləri olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, hər iki uşağının üzərində qəyyum təyin edilməsi üçün onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS844050237AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. X2 və X1 buna yol vermədiyindən, onlar məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İİİ 392570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1999-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. X6, anası Ərizəçidır. İşdə olan AZ-İ 715194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1501 saylı rəyinə əsasən, X9 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, belə ki, yoxlanılan şəxsin qardaşı əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, qıcolma tutmaları biruzə verməsi, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması biruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, əsəbiliyi, evdə yersiz hərəkətlərə yol verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, “Ağır dərəcəli əqli gerllik, (Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi) Daima ciddi qulluq tələb edən davranış pozuntuları ilə. Aşağı ətrafların paraparezi. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları. Nitq qüsuru. Ağır dərəcəll əqli gerilik, (Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi) Daima ciddi qulluq tələb edən davranış pozuntuları ilə. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. ou - Tor qişa damarların spazmı” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici və qıcolma əleyhinə dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin zəif inkişaf etməsi, kəskin nəzərə çarpan ağıl əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-cü suallar üzrə X9 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X11 onda müəyyən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1504 saylı rəyinə əsasən, X5 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, belə ki, yoxlanılan şəxsin qardaşı əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi inkişaf etməməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər Uşaq Nevroloji Xəstəxanasında, həmçinin Sumqayıt Psixiatriya Xəstəxanasında müalicələrdə olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, əsəbiliyi, evdə yersiz hərəkətlərə yol verməsi, fizioloji ifrazatları ifə natəmiz olması, “Ağır dərəcəli əqli gerilik (İQ-22) davranış pozuntuları və nitq qüsuru” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətiər: nitqinin zəif inkişaf etməsi, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-cü suallar üzrə X5 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 və X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1501 saylı və xx.xx.2023-cü il tarixli, 1504 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1999-cu il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2149/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2149/2023
04.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver