Məhkəmə qərarları › İş №2(060)-2159/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2159/2022

20.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2159/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 425,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh X5 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, «X5» tərəfindən Ruslan MTK-nın inşa etdiyi və hazırda onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvana 425.88 manat borc hesablanmışdır. İddia ərizəsinə əlavə etdiyi 28.01.2022-ci il tarixli 79 nömrəli Ruslan MTK-nın arayışından da görünür ki, 2021-ci ilin dekabr ayının sonunadək həmin mənzildə yaşayış olmayıb. Hazırda həmin mənzildə təmir işləri getdiyindən həmin mənzildə qaz sərfıyyatından istifadə olunmasının qeyri-mümkün olduğu iddia ərizəsinə əlavə olunmuş şəkillərdən də açıq aydın görünür. Hazırda həmin mənzildə yaşayışın olmadığı təqdirdə cavabdeh tərəfindən ona 425.88 manat borcun hesablanması qeyriqanunidir. Belə ki, həmin mənzildə təmir işləri getdiyindən qazdan istifadə qeyri mümkündür. Ona görə də cavabdeh orqan tərəfindən əsassız yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X5 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri 1 -ci mikrorayon ev 45B mənzil 19-da yaşayan İddiaçı ünvanına baxış keçirilən zaman mənzilin eyvanında G-2,5 markalı 032688 nömrəli qaz sayğacının quraşdırıldığı, lakin Sumqayıt QİS-də qeydiyyata alınmamışdır. Baxış keçirilən an sayğacın göstəricisi 3549 m3 olmuşdur. Sayğac cari ilin fevral ayında qeydiyyata alınmış, 24.02.2022-ci il tarixindən isə mexaniki sayğac smart tipli sayğacla əvəz olunmuşdur. Sayğac fevral ayından qeydiyyata alındığından, göstərici cari ilə düşdüyündən və abonent kodu cari ildə açıldığından abonentin keçən ilin dekabr ayının sonuna bazada borcu yoxdur. Lakin qeyd olunan mənzil MTK olduğdu üçün sayğac hüquqi şəxs tərəfindən quraşdırılmış, təbii qazdan istifadə olunmuş və MTK tərəfindən Sumqayıt QİS-ə vaxtında məlumat verilmədiyi üçün gec qeydiyyata alınmışdır. MTK tipli binalarda qaz sayğacı mənzilin daxilində (eyvanda) yerləşdiyindən mənzil sahibi qapını açmadığı üçün əməkdaşları tərəfindən qeyd olunan çətinliklər yaranır və sayğac göstəricisi vaxtında qeydiyyata alınmır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi X3 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 19 (Yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Nəriman Nərimanov küçəsi, 393, M8, m3) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 17.01.2022-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi "xxxx" Mənzil-Tikinti Kooperativinin 28.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45B nömrəli evin 19 nömrəli mənzilində 2021-ci ilin dekabr ayının sonuna qədər yaşayış olmayıb. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45B nömrəli evin 19 nömrəli mənzilə 2022-ci il sərfiyyat əsasında 425,88 manat borc hesablanmışdır. İş materiallarında olan “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin 25.04.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 1 -ci mikrorayon ev 45B mənzil 19-da yaşayan İddiaçı ünvanına baxış keçirilən zaman mənzilin eyvanında G-2,5 markalı 032688 nömrəli qaz sayğacının quraşdırıldığı, lakin Sumqayıt QİS-də qeydiyyata alınmamışdır. Baxış keçirilən an sayğacın göstəricisi 3549 m3 olmuşdur. Sayğac cari ilin fevral ayında qeydiyyata alınmış, 24.02.2022-ci il tarixindən isə mexaniki sayğac smart tipli sayğacla əvəz olunmuşdur. Sayğac fevral ayından qeydiyyata alındığından, göstərici cari ilə düşdüyündən və abonent kodu cari ildə açıldığından abonentin keçən ilin dekabr ayının sonuna bazada borcu yoxdur. Lakin qeyd olunan mənzil MTK olduğdu üçün sayğac hüquqi şəxs tərəfindən quraşdırılmış, təbii qazdan istifadə olunmuş və MTK tərəfindən Sumqayıt QİS-ə vaxtında məlumat verilmədiyi üçün gec qeydiyyata alınmışdır. MTK tipli binalarda qaz sayğacı mənzilin daxilində (eyvanda) yerləşdiyindən mənzil sahibi qapını açmadığı üçün əməkdaşları tərəfindən qeyd olunan çətinliklər yaranır və sayğac göstəricisi vaxtında qeydiyyata alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də “Azəriqaz” X6 Adil Əbil oğlundan istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Bundan əlavə, iddiaçı sözügedən yaşayış mənzilinə aid sayğacın mənzilindən kənarda olduğunu qeyd etsə də, məhkəmə iclasında sayğacın mənzilin eyvanında yerləşməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən həmin sayğaca müdaxilə olunması danılmazdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə istifadə etməsi öz təsdiqini tapdığından o, həmin məbləğin silinməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı cavabdeh X5 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar