Məhkəmə qərarları › İş №2(060)-216/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-216/2022

07.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-216/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş Qardaşlı Cəmalə Cəfər qızının faəliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Qardaşlı Cəmalə Cəfər qızı onun qızıdır. Cəmalə 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Qızı Cəmalə uşaqlıqdan xəstə olmaqla daun sindromu, Müştərək daxili çəpgözlük (hər iki gözdə daxili çəpgözlük qeyd olunur), orta dərəcəli əqli gerilik, Nitq və dilin inkişafının spesifik pozuntuları, (Nitq və dilin inkişafının spesifik pozuntuları) Dəqiqləşdirilməmiş anemiya, (xroniki gedişli defısit anemiya) 2012-ci ildən isə Hipotireozun digər formaları, birincili hipotizor ağırlaşma insulindən asılı şəkərli diabet, koma ilə, şəkərli diabet İ tip ağır forma ilə əziyyəti çəkir, əmək qabiliyyəti yoxdur. Hal- hazırda qızına qəyyum təyin edilməsi zərurəti vardır. X6 Cəfər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona onun qəyyumu sifəti ilə mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş Qardaşlı Cəmalə Cəfər qızının faəliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş üzrə materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, 22.06.2006-cı il təvəllüdlü Qardaşlı Cəmalə Cəfər qızına “Daun sindromu, Daun sindromu Müştərək daxili çəpgözlük (hər iki gözdə daxili çəpgözlük qeyd olunur), orta dərəcəli əqli gerilik, Nitq və dilin inkişafının spesifik pozuntuları, (Nitq və dilin inkişafının spesifik pozuntuları) Dəqiqləşdirilməmiş anemiya, (xroniki gedişli defısit anemiya) 2012-ci ildən isə Hipotireozun digər formaları, birincili hipotizor ağırlaşma insulindən asılı şəkərli diabet, koma ilə, şəkərli diabet İ tip ağır forma” diaqnozu verilmişdir. İş materiallarında olan AZ-İ № 846408 saylı, 04.10.2006-cı il tarixli “doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, Qardaşlı Cəmalə Cəfər qızı 22.06.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X2, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.12.2021-ci il tarixli, 3002 saylı rəyindən müəyyən edilir ki, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs-2006-cı il təvəllüdlü Qardaşlı Cəmalə Cəfər qızında Daun sindromulu şəxsdə orta dərəcəli kəmağıllıq aşkar olunur. Qardaşlı Cəmalə Cəfər qızının öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də Qardaşlı Cəmalə Cəfər qızının tam faəliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Qardaşlı Cəmalə Cəfər qızı onda müəyyən edilən Daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan AZE seriyalı, № 11407875 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22.06.2006-cı il təvəllüdlü Qardaşlı Cəmalə Cəfər qızı Sumqayıt şəhəri, məhəllə 30, ev 7/12, mənzil 33-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin 16.09.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 33-də yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.02.2021-ci il tarixli, 3002 saylı rəyini nəzərə alaraq, məhkəmə 22.06.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 33-də qeydiyyatda olan Qardaşlı Cəmalə Cəfər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 22.06.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 33-də qeydiyyatda olan Qardaşlı Cəmalə Cəfər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar