Məhkəmə qərarları › İş №2(060)-217/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-217/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-217/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Haсıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi X1 Maraqlı şəxs Sumqayıt şəhər İсra Hakimiyyətinin YYÇ Komissiyasına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə» dair ərizəyə açıq məhkəmə iсlasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraсiət edərək, 15.11.2008-сi il təvəllüdlü X6 və 28.04.2010-сu il təvəllüdlü X4 faktiki olaraq onun himayəsində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 25.01.2022-сi il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda ərizəçi X3 ərizə ilə mürajiət edərək, mülki işi baxılmamış saxlanılmaqla, işdə olan sənədlərin əsillərini ona geri qaytarılmasını xahiş etmişdir. Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və сavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi X1 maraqlı şəxs Sumqayıt şəhər İсra Hakimiyyətinin YYÇ Komissiyasına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi X3 tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun ərizəçi X2 qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar