Məhkəmə qərarları › İş №2(060)-2183/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2183/2023

02.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2183/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü X10 onun qardaşıdır. X1 xx.xx.2020-ci il tarixindən ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuş və müddətsiz İ dərəcəli əlillik verilmişdir. Hal-hazırda yataq xəstəsidir. Həmin faktı Azərbaycan Respublikası Tibbi-Sosial Komissiyasından sonuncu müayinəyə dair məlumat verilməsi təsdiq edir. Ona görə də, qardaşı xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi M.M.Vəliyev ekspert rəyini nəzərə alaraq M.Ə.Ağayarovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X7 “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş, əmək qabiliyyətsiz olmaqla müddətsiz İ qrup əlildir. İşdə olan İ-JZ seriyalı, № 605020 saylı, “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan İ-JZ seriyalı, № 845336 saylı, “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1965-cü ildə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X3 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 may 2023-cü il tarixli, 1430 saylı rəyindən müəyyən edilir ki, X6 “Ağır dərəcəli əqli gerilik” aşkar olunur. Bunu anamnestik məlumatlar- erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-diqqətinin dağınıq olması, davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması bilik ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional iradi sfetasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. X10 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 may 2023-cü il tarixli, 1430 saylı rəyini nəzərə alaraq, məhkəmə 30 noyabr 1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 30 noyabr 1965-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar