Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2195/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı2 nümayəndəsi və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" ASC (Ləğv prosesindədir) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək hərracın keçirilmə nəticələrinin-xx.xx.2019-cu il tarixli Y-200 №-li hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb edilməsini və hərracın keçirilmə nəticələrininxx.xx.2019-cu il tarixli Y-200 N-li Hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,Corat qəsəbəsi,73-cü məhəllə,ev 72B xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ASC ilə İddiaçı2 arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmış və iddiaçının adına dövlət qeydiyyatına alınmış mübahisəli ev ipoteka edilmişdir. Devalvasiya ilə əlaqədar əsas borclu İddiaçı2 krediti ödəyə bilmədiyindən, Cavabdeh3 ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla cəmi 154158,94 abş dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq banka ödənilməsi və borcun ipotekaya yönəldilməsi,satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, mənim mülkiyyətimdə olan Sumqayıt şəhəri,Corat qəsəbəsi,73-cü məhəllə,72B saylı ev ilkin satış qiyməti 120000 manat müəyyən edilmiş,Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə də icraata başlamaq haqda Qərarla tanış edilməmiş,iddiaçının şikayət vermək hüququ pozulmuşdur. İddiaçı2 məhkəmədə işə baxılıb yekun qərar çıxarılana kimi icraatın dayandırılması ilə əlaqədar icra məmuruna müraciət etməsinə baxmayaraq, icra məmuru nə onu,nə də iddiaçıya xəbərdarlıq etmədən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsini icraata yönəltmişdir. İddiaçıya xəbər vermədən "xxxx" tərəfindən evi açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. "xxxx"ndə olduqda, həqiqətən iddiaçıların iştirakı təmin edilmədən ,gizlin 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri,Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. "xxxx"nin Hərracın nəticələri haqqında Y-200 N-li xx.xx.2019-cu il tarixli Protokolla razı deyildir. Hesab edir ki, İcra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı,İcraata başlamaq haqqında Qərarla tanış edilməli,ondan şikayət etmək hüququndan istifadə etməli,icra sənədinin hərraca göndərilməsi,bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evi bankın aldığı qiymətə iddiaçıya təklif edilməli, evin iddiaçının özü tərəfindən münasib qiymətə alınması və satılması üçün şərait yaradılmalı,vaxt verilməli idi. idi. Evi ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdir. İddiaçı həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini iddiaçıdan gizlin keçirilən hərracda 76500 manata almışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, artıq hərrac təşkil olunmuşdur və ipoteka ilə yüklü edilmiş əmlak xüsusi mülkiyyətlərindədir, bankın adına çıxarış mövcuddur. Əgər hərracın keçirilməsi barədə xəbərdarlıq məktubunun iddiaçılara çatdırılmaması ilə bağlı qanun pozuntusu varsa, bu, İcra İdarəsi ilə Hərrac Mərkəzinin problemidir. Belə ki, tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qarşı tərəfin evin qiymətləndirilməsinin aşağı olmasına narazılıq etsə də, 2018-ci ildə evin likvid dəyəri məhkəmə qətnaməsi əsasında müəyyənləndirilmişdir, həmin qiymətlə də bugünkü qiymət arasında fərq mövcud ola bilər. Əgər evin dəyəri hərracda müəyyən edilməli olsaydı, onda ev hərrac keçirilən vaxt qiymətləndirilərdi. Hazırkı işdə isə ev məhkəmə qətnaməsi əsasında qiymətləndirilmişdir. Digər cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 46478/19 saylı icra işində olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh İddiaçı2 ilə Cavabdeh3 ASC-ti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı2. X3 və İddiaçı1 müştərək qaydada 125627,22 ABŞ dolları məbləğində əsas və 28531,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın cavabdeh X2 məxsus, ilkin satış qiyməti 195000 manat müəyyən edilməklə. AZ 5021, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən. 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352,9 kv.m (237.6 kv.m-yaşayış sahəsi; 115.3 kv.m-yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və İddiaçı1 qızma məxsus olan, ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə Sumqayıt şəhəri. Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan. 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evlərinin açıq hərracdan satılmalı və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154158,94 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" ASC-nə ödənilməli, qalan vəsaitin isə cavabdehlər X3 və İddiaçı1 qızma qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlər İddiaçı2, X1 və İddiaçı1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 ASC-nə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdehlər İddiaçı2. X1 və İddiaçı1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Cavabdeh1 hərracın keçirilməsi haqqında şifariş məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatda ünvan 1 ünvanında. 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.myaşayış sahəsi; 115.3 kv.m-yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinin və Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan. 3 otaqlı fərdi yaşayış evlərinin qiymətləndirilməsi məhkəmə tərəfindən keçirilmiş və həmin evlərə dair hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200/1 №-li protokoldan görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 (yüz iyirmi dörd min üç yüz on üç) manat müəyyən olunmuşdur. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200 №-li protokoldan görünür ki, İddiaçı1 məxsus Sumqayıt ş. Corat qəs. 73-cü məhəllə, 0.06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 76500 manat müəyyən olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir. Əmlakın ilkin satış qiyməti-120000 manat, əmlakın satılmış son qiyməti: 76500 (yetmiş altı min beş yüz) manatdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 manatdır. Cavabdeh1ndən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun mahiyyətindən görünür ki, İcra zamanı ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m-yaşayış sahəsi; 115.3 kv.m-yardımçı sahəsi) olan 25 nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evləri hərrac vasitəsi ilə "xxxx" ASC tərəfindən alındığından, həmin yaşayış sahələrinin üzərindən məhdudiyyətin götürülməsi və alıcının adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1- ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1- ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2- ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3- cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nə məhkəmə tərəfindən Y- 200 nömrəli, xx.xx.2019-cu il tarixli hərrac üzrə icraat materialları təqdim edilməsi barədə sorğu verilsə də, hərrac üzrə icraat materialları təqdim edilməmişdir. Belə olan halda hərracın etibarsız sayılmasına səbəb olacaq materialların sübut olunması vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəf hərracın keçiirlməsi zamanı pozuntuların olmasını sübut edə bilmir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır, iddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" ASC (Ləğv prosesindədir) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın keçirilmə nəticələrinin-xx.xx.2019-cu il tarixli Y-200 N-li Hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli Y-200 N-li Hərracın nəticələri haqqında protokolunun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(060)-2195/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2195/2023
01.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver