Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2213/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil, Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1965-ci il təvəllüdlü bacısı X6 fəaliyyət qabiliyyətiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1965-ci il təvəllüdlü X9 onun doğma bacısıdır. O, 1995-ci il tarixdən dəfələrlə “Şizofreniya paranoid forma" diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunmuşdur. Hal-hazırki vaxta qədər müalicəsi davam etdirilir. Qeyd edir ki, bacısı X9 öz hərəkətlərini idarə etməyə və onların mənasını dərk etməyə qadir deyildir. Özünü idarə edə bilmir. Başqasının köməyinə ehtiyacı vardır. Ona görə də məhkəməyə müraciət edərək bacısının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməyini istəyir. Həmçinin qeyd edir ki, atası X10 xx xxxxxx 2014-cü il tarixdə “qara ciyər çatışmazlığından” vəfat etmişdir. X4 ürək xəstəsidir və davamlı olaraq müalicəyə ehtiyacı var. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X17 bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.1965-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Hazırda X1 buna yol vermədiyindən, o məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 258368 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X10 ilə X7 xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 893 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan 323949 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası X10, anası isə X5r. İşdə olan AZ-0925187 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1965-ci il tarixdə Sumqayət şəhərində anadan olmuş, atası X10, anası isə X12r. İş materiallarına əlavə olunmuş AZ-İ 631755 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 1053 nömrəli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X9 1995-ci ildən dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş və hal-hazırda müalicəsi davam edir. Ərizəçi və X3 şəhəri, 17-ci mikrorayon, ev 44, mənzil 51 ünvanında yaşayır. (işdə olan xx.xx.2020-ci il tarixli 311 və 312 nömrəli arayışlara əsasən) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1981 saylı rəyinə əsasən, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1981 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X9 qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2213/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2213/2020
19.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver