Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2222/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh “Sumqayıt Sukanal” İdarəsinin nümayəndələri tərəfindən ona məxsus olan fərdi yaşayış evinə xidmətlərdən istifadəyə görə 707.20 manat borcunun olması bildirilmişdir. Ona məxsus olan ünvanda 01 iyun 2014-cü il tarixdə kod açılmış (**********000) və 22 sentyabr 2014-cü il tarixdə sayğac quraşdırılmışdır. Qeyd edir ki, qeyd olunan fərdi yaşayış ünvanında mütəmadi olaraq yaşamırlar. Onlar tərəfindən sayğac göstəricisinə uyğun olaraq ödənişlər vaxtı-vaxtında aparılmışdır. Lakin ona məlum olmayan səbəbdən 707.20 manat borcun olduğu bildirilmişdir. Hesablanmış borc məbləği ilə razı deyildir. Ona görə də hesab edir ki, borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC tərəfindən ona məxsus Ceyranbatan qəsəbəsi yaxınlığı, 13cü küçə, ev 1B fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 707.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, izahatına əlavəsi yoxdur. Sayğac yenisi ilə əvəz olunmuşdur. Nasaz sayğacın göstəricisinin məbləğidir. Onlar bilmirdilər ki, sayğac nasazdır. Sayğac küçədə yerləşir. Smart-kart tipli sayğacdır. Nə yazılmışdırsa onu ödəmişdir. Həmin ünvan onların həyət evidir. İl ərzində həmin ünvanda təxminən bir ay və yaxud ay yarım yaşayırlar. Həmin ünvana nəzarətçi nəzarət edir. Əgər borc yaranmışdırsa onlara xəbər verilməlidir. Bu da ona işarədir ki, sayğac nasaz olmuşdur. Bu səbəbdəndə nasaz olduğu üçün borc tələbini istəmək düzgün deyildir. Nə zaman yaşamışlarsa həmin sərfiyyat üzrə ödənişlər etmişdirlər.Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçının ünvanına 1 iyul 2014-cü il tarixdə kod açılmışdır. 22 sentyabr 2014-cü il tarixdə sayğac quraşdırılmışdır. Lakin sonradan 30 iyul 2022-ci il tarixdə sayğac dəyişdirilmişdir. 709 manat isə 2022-ci il tarixdə həmin müddət ərzində yaranmışdır. Sayğac mənfiyə doğru getdiyi üçün 908 kub hesabat aparılmışdır. Smart-kart tipli sayğacdır. Yəqinki məlumatları olmamışdır. Sayğac dəyişdirildikdə müəyyən olunmuşdur. Borcu olmamış, ödənişləri vaxtlı-vaxtında ödəmişdir. 2021-ci il tarixdə hesabat aparılmamışdır. Bu səbəbdən də göstərici yoxdur. Eyni qaydada 2014 və 2016-cı il tarixlərdə də sıfır olmuşdur. Həmin zamanlar yaşayış olub-olmamasından məlumatı yoxdur. Sayğac üzrə hesabat aparılmışdır. Sayğac dəyişdikdə aktlaşdırılır. Sayğacda mənfiyə doğru getdikdə abonent onun mənfiyə getdiyini bilmir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin 302 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 10-cu mikrorayon, ev 2, mənzil 68 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sabirabad rayonu, Naxalıq kəndində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt, Asvalt zavod, ev-929 ünvanında sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla, 707.20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki ünvan 3 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, ünvan 4 ünvanında (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5hizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********000 saylı abonent koduna xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə 709.00 manat dövrü borc hesablanmış, abonentin hesabında -01.80 manat vəsait olduğundan yekun ödəniləcək məbləğ (709.00-01.80=707.20) 707.20 manat olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 713.20 manat borc vardır. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 622-ci illər üzrə ailə tərkibi nəzərə alınmaqla, 707.20 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda yaşayış olması işin araşdırılan hallarına əsasən sübut olunmur. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılması və istifadə edilmiş sayğac göstəricisinə əsasən abonentdən tələb etmək öhdəliyinin olmasına baxmayaraq bu edilməmiş, bütün qeyd olunanlara əsasən məsuliyyəti cavabdeh təşkilat daşıdığından, həmçinin sayğac iddiaçının mənzilindən kənarda yerləşdiyindən iddiaçının qanuna zidd əməli nəticəsində sayğacda su sərfiyyatının aparılması təsdiq olunmadığı üçün iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 7nmış 707.20 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********000) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 7nmış 707.20 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********000) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2222/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2222/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver