Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2224/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 01.09.2020-ci il tarixli, NDM 019886 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 591.85 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırdı ki, iddiaçı onun atasıdır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 0680, mənzil 3820 iddiaçıya məxsusdur. Həmin mənzildə iddiaçı, ailə üzvləri ilə birlikdə yaşayır. 01 sentyabr 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iddiaçıya məxsus yuxarıda qeyd olunan mənzildə iddiaçının iştirakı olmadan qanunsuz olaraq yoxlama keçirmiş və qanunsuz olaraq akt qəbul edilmişdir. Guya ki, yoxlama zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemini qidalandıran xətt fərdi yaşayış evinin hasarının üst hissəsindən çəkilmişdir. Aktda göstərilənlər tamamilə yalandır və həqiqətə uyğun deyildir. Evə heç bir kənar xətt daxil olunmur və mənzildə sayğacdan kənar elektrik enerjisi istifadə edilmir. Bu səbəbdən də hesab edir ki, qanunsuz olaraq akt qəbul edilmiş və bu akt əsasında da iddiaçıya qanunsuz və əsassız cərimə hesablanmışdır. İddiaçının mənzilində heç vaxt kənar xətt olmamış və heç vaxt sayğacdan kənar X2 olunmamışdır. Hesab edir ki, yoxlama iddiaçının iştirakı olmadan, qanunsuz olaraq keçirildiyindən həmin yoxlama nəticəsində qəbul edilən akt etibarsız hesab edilməli, iddiaçıya hesablanmış cərimə silinməlidir. İddiaçı belə bir yoxlamanın olmasından ancaq yoxlamadan sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının mobil nömrəsinə zəng edilib deyildikdən sonra xəbər tutmuş və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi tərəfindən də mənzilə kənar xəttin çəkilməsi halı sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, 01.09.2020-ci il tarixdə "xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus fərdi yaşayış evin elektrik hesabat sayğacına baxış keçirilərkən, sayğac sxemindən kənar faza xətti daxil olması, kənar faza xətti sayğacı qidalandıran xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən çəkilməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 01.09.2020-ci il tarixli, 019886 saylı akt əsasında 591,85 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.09.2020-ci il tarixli, NDM 019886 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 0680 saylı evin, 3820 saylı mənzilinə quraşdırımış sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar faza xətti sayğacı qidalandıran xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən çəkilmişdir. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 0680 saylı evin, 3820 saylı mənzilinə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aktı köhnə tarifi ilə 116.76 manat və EİQ pozulmasına görə isə 475.09 manat borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, 01.09.2020-ci il tarixli, NDM 019886 saylı akt əsasında hesablanmış 591.85 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 mənzilə məxsus elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini və sayğacdan kənar xətt çəkilməsinin qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X2 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X2 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, 01.09.2020-ci il tarixli, NDM 019886 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxx” ASC tərəfindən X2yə görə hesablanmış 591.85 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. "X2 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqlaj tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş 01.09.2020-ci il tarixli, NDM 019886 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 0680 saylı evin, 3820 saylı mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün aktın köhnə tarifi ilə hesablanmış 116.76 manat və EİQ pozulmasına görə hesablanmış 475.09 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş 01.09.2020-ci il tarixli, NDM 019886 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 0680 saylı evin, 3820 saylı mənzilinə (Abunə kodu: **********03820) aktın köhnə tarifi ilə hesablanmış 116.76 manat və EİQ pozulmasına görə hesablanmış 475.09 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2224/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2224/2021
30.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver