Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2291/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 639.59 manat məbləğində debitor borc hesablanmışdır. Baxmayaraq ki, o mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı-vaxtında ödəmişdir. Hal-hazırda Sumqayıt ETASİ tərəfindən onda məxsus mənzildə elektrik enerjisindən istifadəyə görə yaranmış borc qanunsuz olaraq tələb edilir. Ödənilməyəcəyi təqdirdə mənzilə enerji verlişinin dayandırılacağı bildirilmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan ETAİS-dən gələn borc kimi qeyd edilən 2001-2007-ci illərə aid 639.59 manat tələb olunur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 639.59 manat məbləğində debitor borcun **********04371 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının mənzili xx.xx.2001-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2001-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3337.24 manat elektrik enerjisindən istifadə olunmuşdur. Lakin abonent bu dövrdə 2749 manat ödəniş etmiş və hal-hazırda iddiaçının 588.24 manat borcu qalmışdır. Hər ay iddiaçıya təqdim edilən bildirişdə onun 577.60 manat borcunun olduğu bildirilmişdir. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2023-cü il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, pul yüklədikcə borcdan silinir. Etdiyi ödənişlərin 50%-i miqdarında tutulmalar olur. 1980-ci ildən həmin mənzildə yaşayır. İddia tələbini əsaslı hesab edir və təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq qeyd etdi ki, sayğac 2007-ci il tarixdə quraşdırılmışdır. Ümumillikdə 3337 manat 24 qəpik məbləğində elektrik enerjisindən istifadə edilmişdir. 2749 manat məbləğində ödəniş edilmişdir. 588 manat 24 qəpik məbləğində həmin dövr üçün borcu vardır. 639 manat 59 qəpik məbləğində vəsait ETAİS-dən gələn borc kimi qeyd edilmişdir. Həmin borcdan da ödənişlər olmuşdur. Onların dövrünə aid olan borcu ödəmişdir. Lakin qalmış borc Azər Enerjiyə aid olan borcdur. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı adına olan Sumqayıt, Z.Tağıyev qəsəbəsi, Z.Tağıyev qəsəbəsi, ev(bina):0680, mənzil 4371 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2015-ci il tarixinə ETAİS-dən gələn borc 639.59 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası, Qurbadlı rayonu, Xıdırlı kəndində xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında 07 yanvar 2005-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Qurbadlı rayonu, Xıdırlı kəndində, xx.xx.1961-ci il tarixində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin 23 may 2023-cü il tarixli, 50-01/168 nömrəli ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bəhlulzadə, bina 5, mənzil 12 elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin “Sumqayıt” Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********04371 kodla xx.xx.2001-ci il tarixindən abonent qeydiyyatındadır. xx.xx.2007-ci il tarixində abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. Abonentin 639.59 manat inteqrasiya dövr borcu vardır. Mənzilin xx.xx.2023-cü il tarixinə enerjitəchizatçı təşkilata 579.88 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 639.59 manat məbləğində borcun hansı əsaslarla, iddiaçının qanunsuz hərəkəti nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərəkən, tələb edilmədiyini qeyd etsədə, bu barədə abonentin ünvanına bildiriş göndərilməsini bildirmiş, iddiaçı hesaba ödənişlər edərkən, ona hesablanmış cərimə məbləğinə görə etdiyi ödənişlərin cərimə məbləğinə çıxıldığını göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında və ya iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 639.59 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına (saldo üzrə ünvan 3 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 639.59 (altı yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində borc **********04371 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2291/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2291/2023
19.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver