Məhkəmə qərarları › İş №2(060)-230/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-230/2025

14.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-230/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X9 ərizəçinin bacısıdır. X9 xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1 uzun illərdir oliqofreniyanın kəskin ifadə olunmuş imbesillik dərəcəsi, psixopatabənzər davranışla, yuxu pozğunluğu, Asteno-nevrotik sindrom xəstəliklərindən əziyyət çəkir. Uzun illərdir ona, bu diqanozla birinci dərəcəli əllik müəyyən edilmişdir. O, özünü idarə edə bilmir, danışa bilmir, kənar şəxslərin köməyinə ehtiyacı var. Bu səbəbdən məhkəməyə müraciət edərək X1nın (xx.xx.1964) fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün ona qəyyum təyin edilməyini istəyir. Göstərilənlərə əsasən xx.xx.1964cü ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahat verərək iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş A3 № 660320 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X2, anası X3r.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyi yanında Dövlət tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, X9 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: oliqofreniyanın kəskin ifadə olunmuş imbesillik dərəcəsi, psixopatabənzər davranışla, yuxu pozğunluğu, asteno-nevrotik sindrom.

8. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 xx.xx.2025-ci il tarixli, 2407 №-li rəyindən görünür ki, X5 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ” (F71.1) müəyyən edilir. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (psixofiziki inkişafının həmyaşıdlarından xeyli gen' qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Oliqofreniyanın kəskin ifadə olunmuş imbesillik dərəcəsi. Psixopatabənzər davranışla. Yuxu pozğunluğu” diaqnozu ilə birinci dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir: İ - Yoxlanılan şəxs X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. İİ - Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİİ– Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1964-cü ildə anadan olmuş X9 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

11. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

12. Eyni Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19 Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1964-cü ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar