Məhkəmə qərarları › İş №2(060)-2304/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2304/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2304/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı məhkəməyə müraciət edərək, onun 291,64 manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Metallurq bağçılıq cəmiyyətinə 291,64 manat borcun ödənilməsi göstərilir. Bu borc xx.xx.2020-ci ildə hesablanmışdır. Həmin vaxtlarda sayğacda problemlər olduğu üçün işləməmişdir. Nəzarətçi bu barədə ona heç bir məlumat verməmişdir. Bu borcun silinməsi ona bildirilsə də, hələ də, 291,64 manat borc silinməmişdir. Hesab edir ki, cavabdehin tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın axan yükü hiss etməməsi halı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”-nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 173753 saylı akt əsasında 291,22 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu ildən akt yazılan tarixədək sayğac işləməmişdir.Bu dövr üçün təxminən 40 manat dəyərində elektrik enerjisi istifadə edə bilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, 257,62 və 33,60 manat borc mövcuddur. - xx.xx.2020-ci il tarixli, 173753 saylı akta əsasən, elektrik sayğacına baxış zamanı sayğacın axan yükü hiss etməməsi müşahidə olunması aşkar olunmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Səhəsinin 982 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. -“xxxx” ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin 01-50/ş-022/024 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”na uyğun olaraq, xx.xx.2020-ci il tarixdə 173753 saylı aktla rəsmiləşdirilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixə 275,38 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının hesablanmış sərfiyyat borcu 257,62 və 33,60 manat təşkil edir. xx.xx.2019-cu ildən akt yazılan tarixədək sayğac işləməmişdir.Abonent kartından görünür ki, orta aylıq sərfiyyatın dəyəri 8-10 manat arasında dəyişir.Bu dövr üçün təxminən 40 manat dəyərində elektrik enerjisi istifadə olunardı. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, 173753 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxx” ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 291,22 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, sayğacın müəyyən dövr ərzində işləməməsi işin mübahisəsiz halı olduğundan, abonent kartından göründüyü kimi həmin dövrdəki enerji sərfiyyatının dəyəri təqribən 40 manat ehtimal edildiyindən, iddiaçı həmin məbləğlə razılaşdığından və cavabdeh bu dəyəri mübahisələndirmədiyindən, bu vəsait, habelə 0,42 manat sayğac üzrə borc T.Şiinov tərəfindən ödənilməli, qalan hissə silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən abonent kodu **********06120 saylı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Metallurq bağçılıq cəmiyyəti, fərdi evinə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 251,22 manat borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Metallurq bağçılıq cəmiyyəti, fərdi ev üzrə qeydiyyata alınmış **********06120 saylı abonent koduna hesablanmış 251,22 manat borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar