Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2304/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh “Azəriqaz” İB Sumqayıt QİS-ə qarşı «cərimə və dəymiş ziyanın bərpasına görə ödənişin silinməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB Sumqayıt QİS-ə qarşı «cərimə və dəymiş ziyanın bərpasına görə ödənişin silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə əlavədəki sənədlərdə sözügedən ziyana görə cərimə ödənişinin və yaranmış borcun silinməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Yoxlanılan ərizədə iddia tələbi qeyri-müəyyəndir, mübahisələndirilən borcun məbləği dəqiq ifadə olunmamışdır. Halbuki, qanunun göstərişinə görə iddiaçının tələbi aydın, dəqiq göstərilməlidir. Qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Həmçinin iddiaçıya izah olunur ki, cavabdeh qismində Sumqayıt QİŞ göstərilmişdir, Mülki Məcəllənin 43-cü maddəsinin tələbinə görə hüquqi şəxs məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İB Sumqayıt QİS-ə qarşı «cərimə və dəymiş ziyanın bərpasına görə ödənişin silinməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2304/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2304/2022
09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver