Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2324/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Əliyeva Qəndab Kərim qızı xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuşdur. 02 noyabr 1986-cı il tarixdə Həbibov Xanyar Ağayar oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra iddiaçıya “Həbibova” soyadı verilmişdir. Birgə nikahdan 2 övladları olmuşdur: xx.xx.1989-cu il təvəllüdlü X7 və xx.xx.1991-ci il təvəllüdlü X6. ünvan 1 ünvanında yaşayan xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlu ərizəçinin həyat yoldaşıdır. Həyat yoldaşı Həbibov Xanyar Ağayar oğlu 1994-cü ildə işdə keçirdiyi bədbəxt hadisə nəticəsində qorxub və xəstəliyə tutulmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə şöbəsi X1 xx.xx.2005-ci il tarixli 910 №-li sənədinə əsasən Həbibov Xanyar Ağayar oğlu Sumqayıt şəhəri X2 “F 22.0” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 100052 №-li xx.xx.2006-cı il tarixli arayışına əsasən övladı xx.xx.1989-cu il təvəllüdlü X7 ikinci qrup əlildir və əmək qabiliyyətini itirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıaəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 568840 №-li xx.xx.2008-ci il tarixli arayışına əsasən övladı xx.xx.1991-ci il təvəllüdlü X6 üçüncü qrup əlildir və yüngül işdə işləyə bilər. Həyat yoldaşı Həbibov Xanyar Ağayar oğlu öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Özünü idarə edə bilmir. Başqasının köməyinə ehtiyacı vardır. Ona görə də məhkəməyə müraciət edərək həyat yoldaşının fəaliyyət qabiliyyətsiz elan edilməsi və özünün həyat yoldaşına qəyyum təyin edilməyini istəyir. Göstərilənlərə əsasən həyat yoldaşı xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izahat verərək şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə heç bir etirazlarının olmadığını bildirdi.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Ərizəçi ünvanlanan məktubdan görünür ki, həyat yoldaşı xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlu üzərində qəyyum təyin edilməyi ilə bağlı müraciətə şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
7. İş materiallarında olan İİ-ИЕ seriyalı, 081404 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həbiov Xanyar Ağayar oğlu xx.xx.1960-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin noyabr ayının 26-ında 100 nömrə ilə qeyd edilmişdir.
8. İş materiallarında olan İV seriyalı, ЖГ seriyalı, 337197 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Həbibov Xanyar Ağayar oğlu ilə Əliyeva Qəndab Kərim qızı arasında 1986-cı il, noyabr ayının 2-də nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1370 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həbibova soyadı verilmişdir.
9. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasının 588 nömrəli, 30 iyun 2025-ci il tarixli arayışından görünür ki, Həbibov Xanyar Ağayar oğlu xx.xx.2025-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. xx.xx.2025-ci il tarixdən hal-hazıradək stasionar müalicədədir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 xx.xx.2025-ci il tarixli, 3790 №-li rəyindən görünür ki, Həbibov Xanyar Ağayar oğlunda Şizofreniya sadə forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlariar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklər 1994-cü ildən psixi vəziyyətində dəyişikliklər biruzə verməsi, davranışında qeyri-adekvatlıq nəzərə çarpması, göstərilənlərlə əlaqədar dəfələrlə psixiatrik xəstəxanalarda müalicələrdə olmuş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi “Şİzofreniyanın sadə tipi, qüsur əlamətləri ilə" diaqnozu ilə Şəki Rayon Psixiatiya Xəstəxanasında stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həkim- psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul eməsi, buna baxmayaraq psixi vəziyyəti ilə əlaqədar evdə yersiz hərəkətlərə yol verməsi, ailə üzvləri, həmçinin yoldan keçən şəxslərlə dalaşması, davranışın pozuntuları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, rezonyorluğu, autikliyi, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir: İ, İİ, İİİ– Həbibov Xanyar Ağayar oğlu öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Həbibov Xanyar Ağayar oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həbibov Xanyar Ağayar oğlunda müəyyən edilən Şizofreniya sadə forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
13. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
14. Eyni Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü Həbibov Xanyar Ağayar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Həbibov Xanyar Ağayar oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva