Məhkəmə qərarları › İş №2(060)-2339/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2339/2025

22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2339/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1948-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda da faktiki olaraq ünvan 1 ünvan: ünvan 2in səbəbi cavabdeh tərəfindən həmin mənzilə dair 177 manat 60 qəpik məbləğində borcun hesablanması ilə bağlıdır. Cavabdeh qurum cərimənin yazılması səbəb kimi guya iddiaçının evinə qonşudan sayğacdan kənar su xəttinin keçməsini bildirirlər. Belə bir hal mövcud deyildir və cavabdehin bu halın mövcud olması ilə bağlı heç bir sübutu və faktı yoxdur. Sözügedən evdə aylıq daima su pulunun ödənilməsini nəzərə alınsa, cavabdeh tərəfindən yazılmış borc nə dərəcədə düzgündür. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı müraciət etmiş və silinmələrini tələb etsə də, bu günə kimi həmin borc silinməmişdir. Bu isə iddiaçının mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə araşdırması ilə 177 manat 60 qəpik məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən abunə kodu **********000 olan Sumqayıt şəhəri, ünvan 1 ünvan: ünvan 3 borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək cavabdehin əsl cavabdeh olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 əməkdaşları tərəfindən tərtib edilmiş № 117074 saylı, xx.xx.2024-cü il tarixli akta əsasən istehlakçı İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman abonent yan qonşusundan müqaviləsiz sudan rezin boru vasitəsilə qeyri-qanuni su götürərək istifadə edir.

8. İş materiallarında olan "xxxx" ASC-nin ətraflı abonent kartından görünür ki, ünvan 4 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə akt əsasında 168 manat əlavə borcu hesablanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 İddiaçı məxsusdur. Cavabdeh tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı barəsində tərtib edilmiş 117074 saylı akta əsasən mənzildə sayğacdan keçməyən qeyri-qanuni xətt aşkar edilmiş və iddiaçıya cərimə hesablanmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur.

11. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.

12. Məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən kənar xətt çəkilmişdir və bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə də öz əksini tapmışdır.

13. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir.

14. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halları öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır.

15. Belə ki, xx.xx.2024-cü il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzildə baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş suyun bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur.

16. Belə ki, cavabdeh tərəfindən akt tərtib edilərkən iddiaçının hansı vaxtdan qanunsuz qoşulmasını və bu qoşulmanın davamiyyətini müəyyən edə bilməmişdir. Davamiyyətin müəyyən edilməsi üçün cavabdeh tərəf hər ay mənzilə baxış keçirməli və müvafiq akt tərtib etməli idi. Lakin cavabdeh yalnız qanunsuz qoşulma faktını bir dəfə müəyyən edə bildiyindən bir aylıq sərfiyyatın götürülməsi məqsədə müvafiq olar.

17. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü akt üzrə 30 gün ağlabatan müddətində götürülməsi qanuni hesab edilə bilər.

18. “Sudan istifadə Qaydaları”nın 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər.

19. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay suyun sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı suyun verilməsini dayandıra bilər.

20. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən hesabat dövrü kimi 30 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün uzun müddət götürülməsi hər hansı normativ akta əsaslanmır.

21. Belə olan halda xx.xx.2024-cü il tarixli akta əsasən itirilmiş suyun həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir.

22. Məhkəmə onu da qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi 177,60 manat borcun 168 manat hissəsi akta əsasən hesablanmışdır. Qalan 9,6 manat istehlak etdiyi borcdur.

23. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının abonent kartına əsasən aylıq ödənişlərin məbləği orta hesabla 15 manat müəyyən edildiyindən İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 xeyrinə xx.xx.2024-cü il tarixli, 117074 saylı akt üzrə cərimə borcu olaraq 15 (on beş) manat pul tutulmalıdır.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 5 ünvanına hesablanmış 153 (bir yüz əlli üç) manat borc abonent hesabından (abonent kodu **********000) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 5 ünvanına hesablanmış 153 (bir yüz əlli üç) manat borc abonent hesabından (abonent kodu **********000) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar