Məhkəmə qərarları › İş №2(060)-2359/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2359/2022

21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2359/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 362,81 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evinə 2021-ci ilin sentyabr ayında köçüb. O, əvvəllər ünvan 1 ünvanında yaşayırdı. Daha sonra həmin mənzili alğısatqı müqaviləsi ilə X2, və sözügedən fərdi yaşayış evinə köçmüşdür. Köçdükdən sonra iddiaçıya məlum olub ki, cavabdeh həmin evə borc hesablamışdır. Belə ki, evin sayğacı 2019-cu ilin mart ayında oğurlanmışdır. Bununla bağlı polis bölməsindən alınmış arayış da mövcuddur. Sayğacın oğurlanmasından sonra cavabdeh əsassız və qanunsuz olaraq iddiaçıya borc yazmağa başlamışdır. Cavabdehin borc hesabladığı müddət ərzində həmin evdə heç kim qalmırdı. İddiaçı həmin yaşayış evində bir müddət qaldıqdan sonra sayğacın quraşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib. 4 noyabr 2021-ci il tarixdə evə sayğac quraşdırılıb. Sayğac quraşdırıldıqdan sonra borclar az yazılmağa başlayıb. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, Sumqayıt şəhəri, Bağlar, ev 497/A-da Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında xx.xx.2013-cü il tarixdən bağlanmış müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2022-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 362,81 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda xx.xx.2013-cü il tarixdə kod açılaraq 2 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvanda su sayğacı quraşdırılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. 21 saylı Mənzil-Kommunal Sahəsinin 869 saylı arayışında iddiaçının Sumqayıt şəhəri, Xəzri yaşayış massivində həyət evində 2021-ci ilin mart ayından yaşadığı göstərilmişdir. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının su və kanalizasiya xidmətlərinə görə 362,81 manat borcu vardır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2013-cü il tarixli, 30975204 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli arayışında Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən həyət evində quraşdırılmış su sayğacının tapılması ilə bağlı tədbirlər görüldüyü, lakin bunun nəticə vermədiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının 2013-2022-ci illər üzrə sudan istifadəyə görə borcları öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə iddiaçı ünvan 1-u X1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə 2013-cü ildə bağlanmışdır. İddiaçıya məxsus evə su sayğacı quraşdırılmamış və cavabdeh tərəfindən iddiaçıya borcun hesablanması 2 nəfərlik ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. İddiaçı qeyd edilən dövrdə həmin evdə yaşamadığını və 2021-ci ildən həmin evdə yaşadığını bildirir. Bununla bağlı məhkəməyə təqdim etdiyi Mənzil Kommunal Sahəsinin arayışında iddiaçının 2021-ci ildən həmin evdə yaşadığı göstərilsə də, məhkəmə hesab edir ki, bu həmin dövrdən əvvəl iddiaçının qeyd edilən evdə yaşamadığını təsdiq edə bilməz. Belə ki, iddiaçı bundan əvvəl hər hansı ünvanda yaşadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir (551.1.). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Göründüyü kimi cavabdeh sudan istifadəyə görə bütün borcunun silinməsini xahiş edir. İddiaçının son beş il üçün olan borcunu ümumi borcdan çıxdıqda, yerdə qalan 133,42 qəpik borc müddətin keçməsinə görə əsassız hesab edilərək silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evinə hesablanmış 133 (yüz otuz üç) manat 42 (qırx iki) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar