Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2367/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi İddiaçı Nəsrəddin qızının Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və maraqlı şəxslər Cavabdeh1 və qeyrilərinə qarşı «bağışlama müqaviləsinin ləğv edilərək, bağ sahəsinin geri qaytarılması tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Nəsrəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 17.07.2014-cü il tarixli, 4Ə-222 reyestr nömrəli mərhum anası X2 tərəfindən mərhum X1 adına qeydiyyata alınmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında 22.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bağ sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 19.04.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi İddiaçı Nəsrəddin qızının cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və maraqlı şəxslər Cavabdeh1 və qeyrilərinə qarşı «bağışlama müqaviləsinin ləğv edilərək, bağ sahəsinin geri qaytarılması tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı Nəsrəddin qızı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun ərizəçi İddiaçı Nəsrəddin qızına qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-2367/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2367/2021
19.04.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver