Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-237/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü X3 ərizəçinin övladıdır. Qızına "Ağır dərəcəli əqli gerilik (İQ 20-34). Daimi ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə, daun sindromu" diaqnozu təyin olunmuş və bununla bağlı birinci dərəcəli əlillik müəyyən edilmişdir. Bu ağır xəstəliyin nəticəsi olaraq qızı hərəkətlərinin mahiyyətini anlamır və özünü idarə etmək iqtidarında deyildir. Onun daimi nəzəratə, qulluğa ehtiyacı vardır. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qızı xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Ucar rayon VVADQ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş, AZ-İ seriyalı № 417658 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 19 may 2003-cü ildə Ucar rayonunda doğulmuş, atası X5, anası Ərizəçidır.
8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayət Şəhər Psixiatriya Xəstəxanası Həkim-Psixiatr Komissiyasının xx.xx.2021-ci l tarixli, 121/450 nömrəli rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik (İQ-20-34). Daimi ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. F72.1. Daun sindromu. G.90 diaqnozu müəyyən edilmişdir.
9. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: Əsas diaqnoz F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq qüsuru ilə.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2023-cü il tarixli, 3179 №-li rəyindən görünür ki, X2 Daun sindromlu şəxsdə dərin əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar (anamnestik məlumatlara görə yoxlanılan şəxs Daun sindromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar nevropatoloq qeydiyyatında olmaqla müvafiq müalicələr təyin edilməsi, Sumqayıt Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Ağır dərəcəli əqli gerilik (İQ 20-34) Daim ciddi qulluq və nəzarət tələb edən davranış pozuntuları ilə. Daun sindromu” diaqnozunun müəyyən edilməsi, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq qüsuru ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin fikirlərini ifadə edə bilməməsi, yeriyə bilməməsi, hərbi xidmətdən azad edilməsi, hal-hazırda daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması, halhazırki psixiatrik müayinənin nəticələri (söz ünsiyyətinə girə bilməməsi, nitqinin inkişaf etməməsi, intellektual imkanlarının olmaması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ və İİ –X2 Daun sindromlu şəxsdə dərin əqli gerilik aşkar olunur. İİİ– X3 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Daun sindromlu şəxsdə dərin əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2003-cü il təvəllüdlü X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva