Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2371/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi Menaceddin oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Menaceddin oğlu ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ölən anası X1 verilmiş 10/112 nömrəli, xx.xx.1975-ci il tarixli orderdə soyadlar və adlar yazılan qrafada ərizəçinin adının Quliyev İlq. M kimi deyil tam şəkildə Ərizəçi Menaccəddin kimi oxunulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İş materiallarından görünür ki, ərizəçi tərəfindən səlahiyyətli orqana müraciət edilməsinə dair heç bir sənəd əlavə olumamışdır. Ərizəçi hazırki məsələnin həlli ilə bağlı səlahiyyətli orqana müraciət etdiyi halda, həmin səlahiyyətli orqan müraciətə cavab verməzsə, həmin orqanın hərəkətlərindən inzibati qaydada məhkəməyə müraciət edilməlidir. Belə ki, ərizəçi anası X1 verilmiş 10/112 nömrəli, xx.xx.1975-ci il tarixli orderdə qeyd edilən Quliyev İlq. M adının özünə aid olması faktının müəyyən edilməsini xahiş edəcəyi halda, soyadlar və adlar yazılan qrafada ərizəçinin adının Quliyev İlq. M kimi deyil tam şəkildə Ərizəçi Menaccəddin kimi oxunulması faktının müəyyən edilməsini xahiş etmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında ərizəçinin hazırda təsdiqini xahiş etdiyi fakt qeyd olunmamışdır, odur ki, belə bir faktın təsdiqi hüquqi nəticə doğurmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ölən anası X1 verilmiş 10/112 nömrəli, xx.xx.1975-ci il tarixli orderdə soyadlar və adlar yazılan qrafada ərizəşinin adının Quliyev İlq. M kimi deyil tam şəkildə Ərizəçi Menaccəddin kimi oxunulmasına dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizəçi ölən anası X1 verilmiş 10/112 nömrəli, xx.xx.1975-ci il tarixli orderdə soyadlar və adlar yazılan qrafada ərizəşinin adının Quliyev İlq. M kimi deyil tam şəkildə Ərizəçi Menaccəddin kimi oxunulmasına dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2371/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2371/2024
01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver