Məhkəmə qərarları › İş №2(060)-2375/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2375/2022

28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2375/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ-13 idarə binası otaq 448 ünvanında yerləşən evinə qanunsuz və əsassız yazilmış 09.03.2021-ci il tarixli 211774 saylı akta əsasən hesablanmış 525,16 manat borcun **********00342 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, inşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ-13 idarə binası otaq 448 ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı- vaxtında ödəyir. Həmin ünvan 12.07.2017-ci il tarixdə enerji təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmışdır. 09.03.2021-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı,İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ- 13 idarə binəsi otaq 448 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirirkən elektrik hesäbat sayğacından kənar xətdən istifadə olması deyilərək iddiaçıya 211774 saylı akt tərtib edilərək həmin akta əsasən iddiaçıya 525,16 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəməninin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh Təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək iddiaçıya bildiriş təqdim edirlər və sayğacın qorunmasına iddiaçı hər hansı cavabdehlik daşımır. Sayğac pilləkən meydançasında yerləşir. Sayğaca enerji təchizatçı təşkilat nəzarət edir və cavabdehlik daşıyır. Abunə haqqında çıxarışdan bir daha müəyyən olunur ki, 12.03.2021-ci il tarixdə evə quraşdırılmış elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyat lar arasında heç bir fərq yoxdur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə olmamışdır, sayğac pilləkən meydançasında yerləşdiyindən onun üzərində hər hansı əzilməyə görə iddiaçı məsulliyət daşımır, birbaşa cavadeh təşkilatın özü cavabdehlik daşıyır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək 09.03.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə 2,5 m2 mis naqildən kənar xətdən istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 09.03.2021-ci il tarixli, 211774 saylı akt əsasında 525,16 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - İş materiallarında olan Abunə haqqında çıxarışdan müəyyən edilir ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ-13 idarə binası otaq 448 ünvanında yerləşən ev ünvanında (Abunə **********00342) 569 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə komitəsinin 24 saylı, 29.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ- 13 idarə binası otaq 448 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır, 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündürlər. - "xxxx" ASC 211774 saylı aktından görünür ki, sayğac sxemindən kənar xəttən istifadə olunduğu, sayğacın arxa gövdəsindən müdaxilə mənzilə 2,5 m2 mis naqildən kənar xətdən istifadə olunduğu aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus evdə elektrik sayğacına kənar müdaxilənin olduğunu təsdiq edən heç bir əsas yoxdur. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassız hesab olunur. Həmin aktın əsasında İddiaçı akt hesabında hesablanmış 525,16 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 525,16 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 525,16 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ-13 idarə binası otaq 448 ünvanında yerləşən və abonent kodu **********00342 olan fərdi yaşayış evinə hesablanmış 525,16 manat borc silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus Sumqayıt şəhəri, Beton Zavod üzrə 1 saylı, İnşaatçı məhəllə, Komitəsinin əhatə etdiyi ərazidə yerləşən TTİ-13 idarə binası otaq 448 ünvanında yerləşən evinə yazılmış 09.03.2021-ci il tarixli 211774 saylı akta əsasən hesablanmış 525,16 manat borc **********00342 saylı abunə hesabından silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar