Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2380/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilindəki, **********21 saylı abonent koduna 2017-ci ilin tarixin sonuna hesablanmış 1801,30 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin, 21 saylı mənzilin su sayğacının **********21 abonent kodu iddiaçının ölən X1nun adınadır. X1 xx.xx.2012-ci il tarixində ürək əzələlərinin infaktı diaqnozundan ölmüşdür. İddiaçının ölən X1nun adına olan su sayğacının abonent kodunun iddiaçının adına keçirilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan borcun olduğuna isdinad edərək həmin su sayğacının abonent kodunun iddiaçının adına keçirilməsindən imtina etmişdir. İddia ərizəsinə əlavə olunmuş Abonent Kartından da göründüyü kimi, 2007-ci il tarixində 93,04 manat, 2008-ci il tarixində 80,04 manat, 2009-cu il tarixində 85,04 manat, 2010-cu il tarixində 95,04 manat, 2011-ci il tarixində 683,14 manat, 2012-ci il tarixində 119,60 manat, 2013-cü il tarixində 129,60 manat, 2014-cü il tarixində 129,60 manat, 2015-ci il tarixində 129,60 manat, 2016-cı il tarixində 75,60 manat və 2017-ci il tarixində 185 manat borc hesablanmışdır. Ümumilikdə 2017-ci ilin sonuna kimi, 1801,30 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borcun tələb etmə müddəti ötürüldüyündən borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya Cavabdeh ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən 21 saylı mənzildə abonentin adına kod açılaraq 6 nəfərlik ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Hal-hazırda isə sözügedən ünvanda hesabat xx.xx.2021-ci ildə quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq aparılır. İddiaçının su sərfiyyatına borcu yaranmışdır, su da dövlət mülkiyyətində olduğundan iddiaçı yaranmış borcu ödəməyə borcludur. İddia tələbi əsassız olduğundan tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında 12 iyun 1978-ci il tarixli, 28 saylı nikah qeydi vardır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tgarixdə ürək əzələsinin infarktı səbəbindən ölmüşdür. - xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilindəki, **********21 saylı abonent koduna 2017-ci ilin tarixin sonuna hesablanmış 1801,30 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilində yaşayır. Həmin mənzilin abunəçisi iddiaçının 2012-ci ildə ölən X1dur. İddia ərizəsinə əlavə olunmuş Abonent Kartından da göründüyü kimi, 2007-ci il tarixində 93,04 manat, 2008-ci il tarixində 80,04 manat, 2009-cu il tarixində 85,04 manat, 2010-cu il tarixində 95,04 manat, 2011-ci il tarixində 683,14 manat, 2012-ci il tarixində 119,60 manat, 2013-cü il tarixində 129,60 manat, 2014-cü il tarixində 129,60 manat, 2015-ci il tarixində 129,60 manat, 2016cı il tarixində 75,60 manat və 2017-ci il tarixində 185 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun tələb etmə müddəti ötürüldüyündən borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilindəki, **********21 saylı abonent koduna 2017-ci ilin tarixin sonuna hesablanmış 1801,30 manat borc Cavabdeh ASC tərəfindən tələb olunmur. İddiaçı tərəfindən borcun tələb edilmə müddətinin ötürülməsi ilə əlaqədar silinməsi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən borc tələb olunmadığı müddətdə həmin borcun silinməsinə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilindəki, **********21 saylı abonent koduna 2017-ci ilin tarixin sonuna hesablanmış 1801,30 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov, 22 saylı evin 21 saylı mənzilindəki, **********21 saylı abonent koduna 2017-ci ilin tarixin sonuna hesablanmış 1801,30 manat borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2380/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2380/2023
16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver