Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2387/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt şəhər İcra Hakimiyyəti) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 15 fevral 2006-cı il tarixdə Masallı rayonunda doğulmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 15 fevral 2006-cı il tarixdə Masallı rayonunda doğulmuş X1 iflici (tetraparetık forma), psixatrik fizikı (Psixomator inkişafdan geriqalma) xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicə alır. Qızı onda olan xəstəlik qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyinə görə özünü idarə edə bilmir, ətrafında olan insanlarla davranışı qeyri-adekvat olur və hüquqlarını həyata keçirtməkdə çətinlik çəkdiyindən onun himayəsindədir. Əlavə olaraq bildirir ki, qızı X5 görə AR Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi 6 saylı X12 Komıssıyasının SER TSE-01 N°075204 saylı arayışına əsasən 18 yaşınadək uşağa görə sosial müavinət alıb. Hal-hazırda da əlilliyın müəyyən edılməsi ilə əlaqədar aidiyyətı üzrə müraciət olunmuşdur. X8 ilə bağlı yaranan problemlərin həll olunması üçün o, fəaliyyət qabilıyyətsız hesab olunmalı və onun üzərində qəyyum təyin edilməlidir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspertiza komissiyasının sonuncu müayinəsinə dair xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, X2 tetraplegiya, uşaq serebral iflici (tetraparetık forma), kvadroplegik spastik seberbral iflic xəstəliyi diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3/10 saylı rəydən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflici sindromu aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, bu isə onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X7 15 fevral 2006-cı il tarixdə doğulmuşdur və ərizəçinin qızıdır. Ərizəçinin övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X7 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3/10 saylı rəydən göründüyü kimi, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, bu isə onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Ərizəçi ərizəni müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 fevral 2006-cı il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-2387/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2387/2025
01.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver