Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-241/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixində anadan olmuş anası X4 1992-ci il tarixindən Sumqayıt psixatriya xəstəxanasında şizofreniya diaqnozu ilə qeydiyyatda olub, dəfələrlə xəstəxanada yatıb. O həm də onkoloji xəstə olub, 2002-ci ildə 2-ci qrup əlillik almışdır. Sumqayıt şəhər 4 saylı xəstəxanada "Sağ süd vəzinin xərçəngi" diaqnozu ilə onkoloji kabinetdə dispanser qeydiyyatında olub. Dəfələrlə kimya terapiyaya məruz qalıb. 2020-ci ildə əməliyyat olunub və süd vəzisini götürüblər. Həmin vaxtlar iddiaçı müharibədə idi, hərbçidir, ona görə də o dövrdə anası tək qalıb və bütün bunlar da onun psixi vəziyyətini daha da kəskinləşdirib. Bu kimya terapiyalar və xərçəngə görə əməliyyat, çəkdiyi ağrılar ona olduqca pis mənfi təsir etdiyindən onun psixikası tam pozuldu. 2022-ci il tarixində Sumqayıt Psixatriya Xəstəxanasında xeyli müddət yenə fasiləsiz gedişli paranoid şizofreniya diaqnozu ilə müalicə aldı, lakin bu sağalan xəstəlik deyil. O, dərmansız yaşaya bilmir, özünü müstəqil idarə edə bilmir, ona dərmanı verilməsə özü öz dərmanını belə içə bilmir, başa düşmür ki, dərman içməlidi, öz hərəkətlərinin mənasını anlamır, hərəkətlərini idarə edə bilmir. Evdə qazı yaxud suyu açıq qoyub gedir, hər an yanğın təhlükəsi yarada bilir. Daim eyni qohumlara zəng edib dalaşır, keçmişdə baş verənləri saatlarla təkrarlaya təkrarlaya danışır, özünü unudur, nə danışdığını bilmir, bir şeyi təkrar-təkrar yüz dəfə danışdığını başa da düşmür. Dərmanın vaxtı keçsə dərhal aqressivləşir. Ora-bura qaçır və təhlükəli davranışlar edir, öz həyatı üçün də təhlükəli vəziyyətlər yaradır. Neçə illərdir ona iddiaçı baxır, başqa bacısı qardaşı yoxdu, onun himayəsiz yaşaması mümkün deyil, daim kənar qulluğa möhtacdır. Ona qulluq etmək, onu saxlamaq zəruridi. Onun pensiyasını həmişə mən gedib alıram, özü ala bilmir. Əgər pensiya kartını dəyişmək lazımdırsa o bunu edə bilmir, qanunla kartını ya gərək özü gedib alsın, özü dəyişsin, bunu edə bilmir, hər hansı sənəd almaq lazımsa ala bilmir, ya da iddiaçı ona qəyyumluq almalıdır ki, ona aid bu və ya digər işləri görə bilsin. Bu səbəbdən onlara problem yaranır və məhkəməyə müraciət edib onun fəaliyyət qabiliyyətsiz olması barədə qərar almağa məcburdur ki, anasının qəyyumu olsun. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər, Sumqayıt Tibb Mərkəzi 4 nömrəli xəstəxanın Polikilinika şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 343 nömrəli arayışdan görünür ki, X4 “paranoid şizofreniya, fasiləsiz gedişlə” diaqnozu ilə qeydiyyatdadır. - XVİ-ЖГ, 464967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi atası X5 ,anası X3r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3009 saylı rəydən görünür ki, X2 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X4, xx.xx.1963-cü ildə doğulmuşdur və ərizəçinin anasıdır. Ərizəçinin anası X4 faisiləsiz gedişlə paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3009 saylı rəydən göründüyü kimi, X2 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik aşkar olunmuşdur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-241/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-241/2025
18.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver