Məhkəmə qərarları › İş №2(060)-2417/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2417/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2417/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X8 katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 12 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Hüquq müəyyənedici sənədin - 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın miilkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan “Ərizəçi A. qızı” qeydinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-3128 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD 308001 18) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində onun ata adı “A” kimi qeyd olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də olan çatışmazlığı başqa cür aradan qaldırmaq mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsinə şəhadətnamə əsasında çıxarış almaq istəyirlər. Lakin Reyestr Xidməti anasının atasının adının sənəddə düzgün qeyd olunmadığını bildirir, ona görə də məhkəməyə müraciət etməli olmuşdurlar. Nümayəndə qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində Ərizəçi ata adı “A.” kimi qeyd edilmişdir. İşdə olan 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Novxanı bağ massivindəki B- 3128 saylı bağ sahəsi Ərizəçi A. qızına ayrılmışdır. İşdə olan İV-JQ 296006 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Ərizəçi 05 fevral 1987-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 54 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan AZ-T ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1963-üi ildə Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhəri, Kültəpə şəhərində doğulmuşdur. X2, anası X7r. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiyyətinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhəri, Kültəpə şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZ XV 354260 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1990-cı ildə Babək rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz Rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli iclasının 42 nömrəli protokol qərarına əsasən Novxanı bağ massivindəki B-3128 saylı bağ sahəsinə dair verilmiş 31 yanvar 2003-cü il tarixli, JN- 186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ərizəçi ata adı səhvən “A.” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi A. qızı” qeydinin Ərizəçi məxsus faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin nümayəndəsin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 yanvar 2003cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi A. qızı” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 yanvar 2003-cü il tarixli, JN-186H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi A. qızı” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar