Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-243/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ünvan 1 ünvanında 6 otaqlı 2 mərtəbəli evə görə Cavabdeh aldığı 42 000 (qirx iki min) manat pulun ödənilməsi və eyni gündə həmin evdən Cavabdeh ailəsi ilə birlikdə çıxarılmasıa dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı 6 otaqlı 2 mərtəbəli fərdi həyət evini 2007-ci ildə tikmişdir və ailəsi ilə birlikdə 2021-ci il sentyabr ayının 21-nə kimi yaşamışdır. 2021-ci il avqust ayının 4-də Cavabdeh 48.000 manata satışını razılaşmışdır və ondan 42000 manat pul almışdır. Qalan məbləği 6 ay ərzində sənədləşmə xərclərinə görə verməli idi. 2021-ci il noyabr ayında cavabdehə sənədləşmə üçün ödənişin onlar tərəfindən ödənilməsini bildirdikdə o qeyd etmişdir ki, maddi durumu yaxşı deyil, pul yoxdur. Sonradan torpağı ona satan Əhmədov Asif aralarında bu evlə bağlı olmayan pul mübahisəsinə görə faktiki özünün olduğu, lakin mərhum qaynatası varisləri ilə ondan 7000 manat almaq məqsədi ilə "tiklinin sokülməsinə" dair iddia qaldırmış və iddiası təmin olunmuşdur. 02 mart 2023-cü il tarixində cavabdeh Sumqayıt şəhər Pi-nin 1-ci PB-nə onun aldadılması barədə şikayət vermişdir. O, ona telefon vasitəsi ilə bildirmişdir ki, 10 gün ərzində evə görə verdiyi 42 000 manatı qaytarsın, mübahisəli evi ailə üzvləri ilə birlikdə tərk etsin, əksinə o, onu hədələyərək barəsində cinayət işi qaldıracağı və evi verdiyi pulu qaytarmaq şərti ilə tərk etməyəcəyini bildirmişdir. Bütün faktlar 10 may 2023-cü il "Cinayət işinin rədd edilməsi" haqqında qərarda öz əksini tapmışdır. Qeyd olunanlarla bildirmək istəyir ki, cavabdeh ona 6000 manat pulu ödəmir. Üzərinə düşən öhdəliyi icra etmir ki, sənədləşmə ilə bağlı mübahisə həll olunsun əksinə, ondan qərəzli olaraq hüquq mühafizə orqanlarına şikayət edir. Subutlardan görünür ki, cavabdeh öhdəliyini yerinə yetirmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı cinayət məsuliyyətindən yayınmaq üçün ona qarşı belə bir iddia qaldırıb. İddiaçı başqasının evini ona satıb və mübahisəli ev üçün o, iddiaçıya 43000 manat məbləğində pul verib. O, qalan 5000 manat pulu isə evin çıxarışını aldıqdan sonra verməli idi. Qeyd edir ki, iddiaçı satdığı evin özünə məxsus olduğunu demişdi, lakin sonradan məlum olmuşdur ki, ev onun evi deyil. Onu da bildirir ki, tikilinin sökülməsinə dair 2021-ci ildə qəbul olunan qətnamə də var. Belə ki, torpağın əsl sahibi ona qarşı tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmış və nəticədə iddiası təmin olunmuşdur. Sonradan o həmin şəxsləri taparaq onlara əlavə pul ödəməklə torpaq onlardan almışdır. Onlar da tikilinin sökülməsi barədə qətnamənin icra edilməməsi barədə notarial qaydada ərizə veriblər. hazırda torpaq sahəsinin sənədləşməsi ilə bağlı Bələdiyyəyə müraciət etmişdir. Yaxın zamanlarda torpağın sənədini də alacaqdır. Onu da bildirir ki, Tofiqin adı heç bir yerdə çəkilmir, sanki Tofiq həmin evdə kirayədə yaşayıb. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı iddia ərizəsində cavabdehdən 42000 manat pul aldığını bildirsə də, tərəflər arasında yazılmış qəbzdə isə 43000 manat alındığı qeyd edilib. İddiaçı evin sənədləşməsini də öz üzərinə götürmüşdü. Sənəd məsələsi tam hazır olandan sonra cavabdeh iddiaçıya qalan 5000 manat pul verməli idi. Qeyd edir ki, Tofiqin başqa şəxs borcu var, həmin pul iddiaçıdan tələb olunur, o da cavabdehi hədələyir. Əslində cavabdeh məsələnin həllini istəyir. Burada hüququ pozulan şəxs cavabdehdir, evin sənəd məsələsini həll edə bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərar ilə Cavabdeh müraciəti əsasında toplanmış HK-1/4997 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası tərəflərə MPM-nin 25-ci maddəsinə əsaəsn ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4100/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikilinin sökülməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********219 saylı, xx.xx.2023-cü il tarixli, **********218 saylı notarial ərizələrin surətlərindən görünür ki, X1 və Kərimov Çingiz Adil oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsində Kərimov Adil Məhəmməd oğluna ayrılmış 90.kv. m torpaq sahəsindən imtina etdiklərini, Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini, həmin torpaq sahəsinə dair heç bir iddia və tələblərinin olmadıqlarını bildirmişdir. İşdə olan iltizamdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 6 otaqlı 2 mərtəbəli ev üçün Cavabdeh 42 000 (qirx iki min) manat pul aldığını, qalan 5000 (beş min) manat pulu isə evin sənədləşməsi məsələsi həll olunduqdan sonra ödəniləcəyi bildirmişdir. İltizam İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh müraciəti ilə əlaqədar toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilərək ilkin yoxlama materialı araşdırmanın davam etdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Məhkəmə cavabdehi və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan ünvan 1 ünvanında 6 otaqlı 2 mərtəbəli evi 48000 manat müqabilində Cavabdeh satmış, sonuncu həmin ev üçün 43000 manat pul ödəmiş, qalan pulun isə mübahisəli evin sənədləşməsi məsələsi həll edildikdən sonra ödənilməsi barədə razılaşmışdır. Mübahisəli evin yerləşdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsi isə xx.xx.2007-ci il tarixli İcarə müqaviləsi əsasında Kərimov Adil Məhəmməd oğlunun icarəsinə verilmişdir. Sonuncunun vərəsələri X1 və Kərimov Çingiz Adil oğlu məhkəməyə qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikilinin sökülməsi qət edilmişdir. Daha sonra X1 və Kərimov Çingiz Adil oğlu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində Kərimov Adil Məhəmməd oğluna ayrılmış 90 kv.m torpaq sahəsindən imtina etdiklərini, həmin torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini notarial qaydada bildirmişdirlər. Göründüyü kimi Cavabdeh iddiaçı ilə aralarında razılaşmış məbləğdə pulu İddiaçı ödəmiş, qalan pulu isə evin onun adına sənədləşdirilməsi bitdikdən sonra ödəyəcəyini bildirmişdir. Razılaşma bağlandığı tarixdən keçən müddət ərzində isə mübahisəli evin Cavabdeh adına sənədləşdirilməsi baş tutmamış, əksinə evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya deyil, başqa şəxsə məxsus olduğu məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Hazırda cavabdeh torpaq sahəsinin ayrıldığı şəxsin vərəsələri ilə razılığa gəlmiş, onlar torpaq sahəsindən Cavabdeh xeyrinə imtina etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-243/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-243/2024
25.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver