Məhkəmə qərarları › İş №2(060)-2441/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2441/2025

25.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2441/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1vin 13 saylı mənzilinə dair "xxxx" ASC tərəfindən tərtib edilən R 375997 nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında əsassız hesablanmış 868 manat 80 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Qeyd edir ki, ünvan 1vin 13 saylı mənzili Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. O, həmin evi alqı-satqı yolu ilə əldə etmişdir. Odur ki, həmin mənzilə dair **********01910 nömrəli abonent kodu köhnə ev sahibinin adına qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində və mülkiyyətində olan abonent kodu **********01910 olan ünvan 1vin 13 saylı mənzilinə dair əsassız olaraq 868 manat 80 qəpik məbləğində borcun hesablanması ilə bağlıdır. Belə ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə, sayğaca baxış keçirilmiş və bununla bağlı 375997 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən, sayğaca baxış keçirilən zaman elektrik hesabat sayğacı qaz ardıcıllığını pozaraq sayğacın sxemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. Hesab edir ki, sözü gedən akt və həmin akt əsasında hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu borc reallığı əks etdirmir. Belə ki, sayğac mənzildən kənarda quraşdırılmışdır. Həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacın görünən hissəsinə müdaxilə etsinlər? Həmçinin sayğaca məhz onun və ya ailə üzvləri tərəfindən daim tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yenə də etiraz edir. Orada heç bir əlavə yoxdur. Cəriməni əsassız hesab edir. Orada kənar xətt yoxdur. Əlavə xətt olmasını nə ilə sübut edirlər. Ona görə də akt üzrə olan borcun silinməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17 iyun 2025-ci il tarixdə cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə enerji təchizatının əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə yerləşən elektrik hesabat sayğacına baxış keçirilmişdir. Mənzilə aid olan sayğacda faza ardıcıllığının pozulması, sayğac sxemindən kənarlaşdırılması faktı aşkar edilmiş, 375997 saylı akt tərtib edilmiş, akt əsasında 842 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. İddiaçı 868 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. Əvvəllər 6-7 manatlıq elektrik enerjisi istehlak edilirdisə, aktın tərtib edilməsindən sonra yanvar ayından 18 manat, mart ayından sonra isə 41 manat məbləğində istehlak edilmişdir. Vaxtaşırı baxış keçirilmiş və aktın tərtibatından sonra ödənişlər olmuşdur. Kənar xəttin qoşulmasını müəyyən edir, nə qədər yük keçir onu göstərir. Naqillərin yerləri dəyişdiriləndə sayğac ya ümumiyyətlə yazmır, ya da az yazır. Yerindəcə bərpa olunub deyə ona görə də hazırda ekspertiza təyin edilməsi mümkün deyildir. Ekspert indi getsə hər şey normal olacaqdır. Çəkiliş 16 yanvar 2025-ci il tarixdə aparılmışdır. Çəkilişdə mənzillərin nömrələri, sayğacın nömrələri görünür. Kənar müdaxilə olunanda, yeni sayğac qoyulur. Burda akt da qeyd olunub, sayğacın nömrəsinə kimi görünür.Yenidən baxış keçirib, əgər yeni sayac qoşulub bərpa edilibsə, sübutları məhkəməyə təqdim edəcəkdir. Məhkəmə İddiaçı nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 47, 13 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev(Bina):0570, mənzil:1910 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, 375997 nömrəli aktdan görünür ki, sayğaclara baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik hesabat sayğacı faz ardıcıllığını pozaraq sayğac sxemdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən akt üzrə 842 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı məişət abonentinə məxsus elektrik sayğac sxemindən kənar xətt daxil olması, sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilərək sayğacın dövrədən kənarlaşdırılması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən sayğacın məhz onun tərəfindən kənar xətt daxil olması və sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilməsinin onun tərəfindən edilməsi təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Bundan əlavə iddiaçı akt əsasında yazılmış borcdən əlavə məbləğin silinməsi hissəsində məhkəmə qeyd edir ki, iddia tələbi sayğac üzrə istifadə elektrik enerjisinə görə borc hissəsində tələb təmin edilməməlidir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə sayğacın məhz onun tərəfindən kənar xətt daxil olması və sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilməsi halında iddiaçı tərəfindən edilməsi, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmişdir.Ona görə də akt üzrə tələb edilən cərimənin silinməsi hissəsində iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. İddiaçının bir başa qoşulma halı nəticəsində istifadə etdiyi elektrik enerjisinə görə enerji dəyəri üçün müddət Nazirlər Kabinetinin qərarına istinad edilməklə qismən təmin edilməlidir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 47, 13 nömrəli mənzil (saldo üzrə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev(Bina):0570, mənzil:1910) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 842 (səkkiz yüz qırx iki) manat məbləğində borc **********01910 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 47, 13 nömrəli mənzil (saldo üzrə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev(Bina):0570, mənzil:1910) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 842 (səkkiz yüz qırx iki) manat məbləğində borc **********01910 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar