Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2456/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC -yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC -yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin və "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin, hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, iddiaçı 13 sentyabr 2012-ci il tarixində cavabdeh "Unibank” KB ASC ilə 86BK/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: 23.06.2014-cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 23.06.2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 135000 ABŞ dolları; 17.02.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 17.02.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 AZN məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzil; X6 məxsus ünvan 4 ünvanında yerləşən 12 saylı mənzil; X3 məxsus ünvan 5 ünvanında yerləşən 31 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 23.06.2014-cü il tarixli 58BKƏ/14 saylı və 17.02.2015-ci il tarixli 6mspBKS/15 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, 23.06.2014cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dolları əsas borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 99480,40 ABŞ dolları; 17.02.2015-ci il tarixli 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat, cərimə (dəbbə) üzrə 50 manat, ümumilikdə 3424,98 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 60 manat xidmət haqqı cəmi 120 manat pul iddiaçıdan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilə; X3 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 (yetmiş dörd min) manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmişdir. Ona məxsus ünvan 9 ünvanda yerləşən, 22 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-151 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. X3 məxsus ünvan 11 ünvanda yerləşən, 31 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-152 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı- satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Qeyd edir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər İddiaçı ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İpoteka haqqında qanununun 36.1 -ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdimedildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.4.2-ci maddəsinə görə, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hesab edir ki, "xxxx" MMC-nin ünvan 13 ünvanında yerləşən, 64 saylı ona mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Eyni zamanda "xxxx" MMC-nin ünvan 14 ünvanında yerləşən, 31 saylı X3 məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y- 151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, ipoteka predmetləri olan İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin və X3 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, qeyd olunan əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Y-151 saylı, 04.06.2019-cu il tarixli “Əmlak İxtisaslaşdırılmış Mərkəzi” hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilinə ilkin satış qiyməti 74000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil "xxxx" KB ASC tərəfindən alınmışdır. İş materiallarında olan Y-152 saylı, 04.06.2019-cu il tarixli “Əmlak İxtisaslaşdırılmış Mərkəzi” hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, X3 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilinə ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil “"xxxx" KB ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin araşdırılan halları ilə ipoteka predmetləri olmuş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin və X3 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin açıq hərrac vasitəsilə satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkarlanmamış, qeyd olunan əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Bundan başqa İddiaçı iddia tələbində özünə məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzillə yanaşı, X3 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin də hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2456/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2456/2021
06.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver