Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-246/2022 10.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlunun iştirakı ilə Ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlunun maraqlı tərəf Azərbaycan Respublikası Qəbələ rayonu “Asan Xidmət”inə qarşı «eyni şəxsə məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair göstərilən JN-006A və JN-006B şəhadətnamələrində X1 qeyd olunmuş adın, soyadın, atasının adının Ərizəçi eyni şəxsə aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlu ərizəsini onunla əsaslandırdı ki, 2006-cı il tarixində Oğuz rayon Calut kənd sakini, onun ata babası olan X5 0,24 hektar Şəhadətnamə JN-006A kod ********) və 0,42 hektar (Şəhadətnamə JN-006B kod -5010018) həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Göstərilən torpaq sahələrinin şəhadətnamələrində ikinci şəxs olaraq onun adı X4 olaraq qeyd olunmalı olsa da yanlışlıqla X3raq yazılmışdır. Göstərilən şəhadətnamələrin qaydaya salınması üçün Qəbələ rayon "Asan Xidmət" ərazi idarəsinə müraciət edilmiş və onlar atasının adının yanlış olaraq "Abdulhüseyn" kimi qeyd olunduğu faktın düzəlişi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Göstərilənləri nəzərə alaraq, torpağın mülkiyyətə verilməsinə dair göstərilən JN- 006A və JN-006B şəhadətnamələrində X1 qeyd olunmuş adın, soyadın, atasının adının Ərizəçi eyni şəxsə aid olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Qəbələ rayonu “Asan Xidmət”inə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X13 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi nəvəsidir. Adı Məhəmməd, soyadı Mustafayevdir. Amma şəxsiyyət vəsiqəsin alanda orda Mustafalı qeyd edilmiş və ata adı səhv yazılmışdır. Ərizəçinin atasını Əbduləzim adı ilə tanımış hər zaman da o formada müraciət etmişdir. Hazırda ərizəçinin atası rəhmətə gedib. Məhkəmədə şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi onun oğludur. Ərizəçinin soyadı, adı Mustafayev Məhəmməddir. Məhəmmədin atasının adı Abduləzim olub, hər zamanda adı “Abduləzim” deyə müraciət edilib. Məhkəmə Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlunun izahatını, şahidlər X13 və X8 ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, № 01827770 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ata adı “X9” qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad, ata adı-“Ərizəçi” kimi qeyd edilmişdir. İş materiallarında olan XX-JQ № 253974 saylı, 15.02.1997-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında-X9, ana qrafasında-X11 qeyd edilmişdir. İş materiallarında olan İ-ZJ №719708 saylı, 18.08.1964-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin atasınn adı “X9” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-006A saylı, Kod 40501018 saylı şəhadətnamənin surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı, şəhadətnamədə X1 qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, torpağın mülkiyyətə verilməsinə dair göstərilən JN-006A və JN-006B şəhadətnamələrində X1 qeyd olunmuş adın, soyadın, atasının adının Ərizəçi eyni şəxsə aid olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair göstərilən JN-006A və JN-006B şəhadətnamələrində X1 qeyd olunmuş adın, soyadın, atasının adının Ərizəçi eyni şəxsə aid olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğluna aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair göstərilən JN-006A və JN-006B şəhadətnamələrində X1 qeyd olunmuş adın, soyadın, atasının adının Ərizəçi eyni şəxsə aid olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçi Mustafalı (Mustafayev) Məhəmməd Abduləzim oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-246/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-246/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver