Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-246/2023 06.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışın Ərizəçi Məzlum oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşdirmə verərək, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən ona 01 fevral 1993-cü ildə Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 10 köçürülməyi barədə 35/22 saylı Order verilmişdir. Həmin orderdə order verilmiş şəxsin soyadı Mirzəyev, adı Zülfəli, atasının adı Məzlum kimi göstərilmişdir. Həmin mənzilin özəlləşdirilərək öz adına qeydiyyata alınması üçün AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı tərəf 25 may 2022-ci il tarixdə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişlə qeydiyyata almaqdan imtina etmişdir. İmtinaya səbəb kimi məktubda təqdim edilən şəxsiyyət vəsiqəsində mülkiyyətçinin atasının adının «Məclun» kimi qeyd edilməsi, həmin mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizəsində «Məcnun», Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışda «Məzlum» kimi göstərilməsi qeyd edilmişdir. Bu səbəbdən də maraqlı tərəf «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» qanunun 15-ci maddəsinə əsasən ərizəsinə imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında ərizəni qəbul etməyib bildirmişdir ki, 25 may 2022-ci il tarixdə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişlə qeydiyyata almaqdan imtina etmişdir. İmtinaya səbəb kimi məktubda təqdim edilən şəxsiyyət vəsiqəsində mülkiyyətçinin atasının adının «Məclun» kimi qeyd edilməsi, həmin mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizəsində «Məcnun», Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışda «Məzlum» kimi göstərilməsi qeyd edilmişdir. Bu səbəbdən də maraqlı tərəf «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» qanunun 15-ci maddəsinə əsasən ərizəsinə imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin surətindən görünür ki, N saylı hərbi hissədə işləyən sürücü Ərizəçi Məzlum oğluna Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, Gənclik (Molodejnı) küçəsi, ev 12, mənzil 10-a order verilir. İşə əlavə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon 1 saylı MİS-nin 04 aprel 2022-ci il tarixli 658 saylı 2 saylı forma arayışdan görünür ki, vətəndaş Ərizəçi həqiqətən H.Zeynalabdin Tagıyev qəsəbəsi Gənclik küçəsi, ev 12, mənzil 10 ailə üzvləri X3, oğlu X4 ilə qeydiyyatdadırlar və yaşayırlar. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Sumqayıt filialının 26 aprel 2022-ci il tarixli 423 saylı Ərizəçi ünvanlanmış məktuba əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışı göndərmiş və həmin protokolda Ərizəçi atasının adı «Məzlum» kimi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 25 may 2022-ci il tarixli **********60 saylı vətəndaş Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmışdır. «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişlə qeydiyyata almaqdan imtina etmişdir. İmtinaya səbəb kimi məktubda təqdim edilən şəxsiyyət vəsiqəsində mülkiyyətçinin atasının adının «Məclun» kimi qeyd edilməsi, həmin mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizəsində «Məcnun», Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışda «Məzlum» kimi göstərilməsi qeyd edilmişdir. Bu səbəbdən də maraqlı tərəf «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» qanunun 15-ci maddəsinə əsasən ərizəsinə imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx xxx 1960-cü ildə Naxçıvan MR, Ordubad rayonunun Unus kəndində doğulmuş, atası X7, anası X5 olmuşdur. İşə əlavə edilmiş Sumqayıt ŞPİ QŞVŞ-si tərəfindən 29 iyun 2011-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1960-cı ildə Naxçıvan MR, Ordubad rayonunun Unus kəndində doğulmuş və Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 10-a qeydiyyatdadır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev X2 Elmira Hüseyn qızı ilə 20 aprel 1992-ci ildə Ordubad rayonunda nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, ərizəçinin adına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən ona 01 fevral 1993-cü ildə Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 10 köçürülməyi barədə 35/22 saylı Order verilmişdir. Həmin orderdə order verilmiş şəxsin soyadı Mirzəyev, adı Zülfəli, atasının adı Məzlum kimi göstərilmişdir. Həmin protokolda ərizəçinin atası düzgün qeyd edilməmişdir. Ərizəçinin atası «Məclun» olduğu halda, «Məzlum» kimi göstərilmişdir. Yuxarıdakılara əsasənё Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 01 fevral 1993-cü il tarixli 35/22 saylı orderin, həmin orderin verilməsinə əsas olan 13 iyul 1992-ci il tarixli 15 saylı protokoldan çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-246/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-246/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver