Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-246/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 1994-cü il təvəllüdlü X1nun fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il təvəllüdlü X4 onun oğludur. O və oğlu yuxanda qeyd olunan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. X1 hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlildir. O, hərbi xidməti vəzifələrini yerinə yetirərkən kəllə beyin travması almış, “Şizotipik pozuntu, onurğa sütununun döş nahiyyəsində 1-ci mərhələ (10°) təsbit olunmuş skoliozu, sol aşıq sümüyünün boynunun ekzostazı (0,9 mm) ilə müşayiət olunan aşıq qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın İİ dərəcə boylama yastıayaqlılığı, su çiçəyi” diaqnozla xəstəxanaya yatırılmış və ona İİ dərəcə əlillik təyin edilmişdir. Oğlunun səhhəti ilə bağlı ciddi problemləri vardır, dəfələrlə müxtəlif tibb müəssisələrinə (Azərbaycanın ən yaxnı psixiatorlarına, nevrapatoloqlarına) müraciət etsə də, müxtəlif müalicə kursları keçməsinə, ən ağır dərman pereparatları qəbul etməsinə (beyin üçün «Depakine 500 mq, «Clonozepam 1 Mq», «Risperidore 3 mq», «Sertraline 100 Mq», «Bireriden 2 mq», «Aripprazd 10 mq», «Fluoxetinezo və sair») baxmayaraq nəticəsi olmamış, oğlu şəfa tapmamışdır. Türkiyənin Gülhanə xəstəxanasının ən yaxşı professorları və psixiatorları ilə internet vasitəsi ilə əlaqə saxlasa da, oğlunun xəstəliyinin dünyanın heç yerində müalicəsinin olmaması bildirilmişdir. X8 Respublikasında müalicələr almışdır və bu barədə tibbi sənədləri vardır. Bundan başqa oğluna ayda iki dəfə qalaperidd iynəsi vurulurdu. Lakin həmin iynə Ukraynadan gəldiyi üçün hazırda əldə edə bilmir. Müalicəsi dayandırılmışdır. Oğlu səhhəti ilə bağlı tutmaları tutanda hərəkətlərini bilmir, mənzilin əşyalarını qırıb, töküb dağıdır. Hətta ailə üzvlərinə, ona və qardaşına, hətta qonşu uşaqlara müxtəlif əlinə keçən əşyalarla (mənə çəkiclə, oğlumun başına pol ağacı, qonşuların uşaqlarına dəmirlə) xəsarətlər yetirir. Bunlara polis bölmələri, TTYX-sı şahiddir, rəsmi müraciətləri vardır. X9 Xəstəlikləri Dispansarində müalicələr almışdır. Oğlu nəzarətsiz qaldıqda evdən naməlum istiqamətə gedir, getdiyi ünvanı bilmir, hətta həmin ünvan haqda məlumat çatdıra bilmir. Ona görə onu evdə və nəzarətimdə saxlayır. Hara gedirsə özü ilə aparır. Ona baxıb qulluq edirəm, aidiyyəti qurumlara şəxsən o müraciət edir və bir sıra çətinliklərlə qarşılaşır. Ona görə də ona qəyyum təyin edilməyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 5-6/2 M- 362-099/2024 №-li, xx.xx.2024-cü i İ tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Nəzərə alınması xahiş edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 İİ qrup əlilliyə görə müavinət təyin edilmişdir.
7. xx.xx.2014-cü il tarixli, 139 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin 2-ci qrafasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə əsasən X2 hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu qərara alınmışdır.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi bildirilmişdir.
9. Azərbaycan Respublikası TƏBİB “Sumqayıt Tibb Mərkəzi” PHŞ üzrə 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 757 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan X4 xx.xx.2016-cı ildən şizotip pozuntu, davamlı hallütinator sayıqlama sindromu ilə üzrə 2 nömrəli şəhər xəstəxanasının PŞ-nin psixiatrik kabinetində qeydiyyatdadır.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 3160 saylı rəyindən görünür ki, X4 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi qeyd olunur. X4 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
14. Belə ki, X4 xx.xx.1994-cü ildə doğulmuşdur. Ərizəçi onun anasıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir. X3 hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
15. Məhkəmə tərəfindən xx.xx.1994-cü il təvəllüdlü X1nun psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 3160 saylı rəyində tədqiqatın nəticəsi olaraq X4 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi qeyd olunduğu, X4 onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığı müəyyən edilmişdir.
16. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
17. Beləliklə məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
18. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva