Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2487/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair qərarın əsassız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 03 avqust 2023-cü il tarixli qərarının əsassız hesab edilməsi, ona vəsiyyət olunmuş, X1 qalan miras əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin normaya əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında, itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı), şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında, övladlığa götürmə haqqında ərizələrə, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Hazırki işdə Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinin 03 avqust 2023-cü il tarixli qərarının əsassız hesab edilməsi və ona vəsiyyət olunmuş, X1 qalan miras əmlaklara dair, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadtənamənin verilməsinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki Notariat ofisinə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə ərizədən görünür ki, ərizəçi notariat orqanın qərarından narazıdır və həmin qərarı məhkəmədə mübahisələndirir. Lakin mülki prosessual qanunvericilikdə notariat orqanın hərəkətlərindən şikayətlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci madddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulsa da, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.104-cü maddəsinə əsasən 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələr ləğv edilmişdir. Qeyd olunan Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Göründüyü kimi, hazırda qüvvədə olan mülki prosessual qanunvericilikdə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılmasına yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, bu növ ərizələrə xüsusi icraat qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Ərizəçiyə izah olunmalıdır ki, notariat hərəkətlərini aparmaqdan imtinaya dair notariusun hərəkət və hərəkətsizliyi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair qərarın əassız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah olunsun ki, o, notariat hərəkətlərini aparmaqdan imtinaya dair notariusun hərəkət və hərəkətsizliyi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-2487/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2487/2025
17.04.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver