Məhkəmə qərarları › İş №2(060)-2494/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2494/2024

05.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2494/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Ərizəçi Maraqlı tərəfin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə mürasiət edərək, 20 avqust 1960-cı il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(060)-2494/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və işin hazırlıq iclasının baxılması 03 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyi alınandan sonra, icraat təzələnib və məhkəmə hazırlıq iclası 05 avqust 2024-cü il tarixə saat 12-10 təyin edilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək bildirdi ki, bacısı X3 daimi qeydiyyatı Ağdam şəhəri, Əli-Bayramlı küçəsi, 1/23-də daimi qeydiyyatdadır. Bununla əlaqədar olaraq o, Ağdam Rayon Məhkəməsinə müraciət edəcəkdir. Bunu nəzərə alıb, mülki işi baxılmamış saxlanması, sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəfin nümayəndəsi X4 bildirdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması barədə qəbul olunmuş qətnamə o halda icra edilir ki, həmin şəxs Sumqayət şəhərində daimi qeydiyyatda olsun və həmin ərazidə yaşasın. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar