Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-250/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə edilməsilə bağlı onunla müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, əvvəlki dövr üçün yaradılmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsi və eyni zamanda onun tərəfindən əvvəlki qalıq borcu üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona qaytarılması, istifadədə olan fərdi yaşayış evinə qoşulan su sayğacı, suölçən cihazının onun adına qeydiyyata alınması, həmin cihazın qoşulduğu hissədən 0.5 metr məsafədə su xəttində olan nasazlığın və onun sudan istifadəsi üçün yaranmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə “iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə edilməsi ilə bağlı onunla müqavilə bağlamaq, iddiaçının istifadəsində olan fərdi yaşayış evinə qoşulan su sayğacı, suölçən cihazının onun adına qeydiyyata alınması, həmin cihazın qoşulduğu hissədən 0.5 metr məsafədə su xəttində olan nasazlığın və onun sudan istifadəsi üçün yaranmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində və faktiki istifadəsindədir. Həmin fərdi yaşayış evini o, məcburi qaydada - borcun ipteka predmetinə yönəldilməsi nəticəsində hərracdan əldə etmişdir. Bu fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı olaraq reyestr tərəfindən çıxarış verilmişdir. Hal-hazırda mülkiyyətində olan bu fərdi yaşayış evində yaşayır. Bu evin sudan istifadə müqaviləsi əvvəlki mülkiyyətçinin adına olmuşdur, lakin o, evi hərracdan aldığına görə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə borcu tam ödəyib, bununla bağlı arayışı ona təqdim etməmişdir. Həmin əmlaka dair hüquqlar reyestrdə onun adına qeydiyyata alındıqdan və fərdi yaşayış evi faktiki olaraq istifadəsinə verildikdən sonra ona məlum olmuşdur ki, əvvəlki mülkiyyətçi tərəfindən sudan istifadəyə görə haqq ödənilmədiyi üçün borclar yığılmışdır. Hal-hazırda Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq ona məxsus olan fərdi yaşayış evində sudan istifadəyə məhdudiyyət qoyulmuş və su sayğacı plomblanmışdır. Halbuki, yaranmış olan borcun əsasını təşkil edən sudan istifadə onun tərəfindən deyil, əvvəlki mülkiyyətçi tərəfindən edilmişdir. Belə olan halda onun mülkiyyətində və faktiki istifadəsində olan fərdi yaşayış evində sudan istifadəyə məhdudiyyət qoyula bilməzdi. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxıl olduğu giindən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin qərarın 8.5-ci bəndinə əsasən, Su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Göstərilənlərə müvafıq olaraq, o, sudan istifadəyə davam etmişdir. Sudan istifadə etdiyi müddətdə bir neçə dəfə mülkiyyətində olan həmin fərdi yaşayış evinə suyun verilməsi dayandırılmışdır. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq olunmamış, eyni zamanda akt tərtib edilməmişdir və o, məcburi olaraq əvvəlki mülkiyyətçinin sudan istifadəyə görə yaranmış qalıq borcunu ödəməli olmuşdur. Suyun verilməsinin dayandırıldığını bildiyi andan ümumi borcun bir hissəsi tərəfindən ödənilib. Belə ki, xx.xx.2022-ci il tarixində 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixində isə 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə 1000 (bir min) manat tərəfindən ödəniş edilmişdir. Lakin əsassız olaraq suyun verilməsinin dayandırılması və tərəfindən müvafiq ödənişlər edilməsinə baxmayaraq, Cavabdeh ASCnin əməkdaşları tərəfindən ona heç bir xəbərdarlıq olunmadan, akt tərtib edilmədən sudan istifadəyə məhdudiyyətlər davam etmiş və aradan qaldırılmamışdır. Halbuki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 8.8-ci bəndində qeyd edilir ki, suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafıq qaydada rəsmiləşdirildikdən sonral (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir. Bundan əvvəl Cavabdeh ASC-nin əməkdaşları ona yaxınlaşaraq fərdi yaşayış evinin həyətinə gələn sudan qanunsuz əsaslarla qonşuya su verilməsini xahiş etmişlər. O isə bu xahişlə razılaşmamış və bildirmişdir ki, onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətindən gedən su xəttinə qanunsuz qoşulmalarla razı deyil. Həmın qanunsuz qoşulmaların qarşısının alınmasını istəmişdir. Həmin qanunsuz su xəttini həyətdən kəsmişdir. Bu səbəbdən də Cavabdeh ASC-nin əməkdaşları ödəniş etmədiyindən 10-15 gün keçməmış yenidən heç bir qanuni əsas olmadan mülkiyyətində olan fərdi yaşayış evinə su verilməsini dayandırmışlar. Bununla bağlı ona nə bildiriş, nə də rəsmi akt tərtib olunaraq təqdim edilməmişdir. Bununla yanaşı bildirir ki, bu vaxta qədər həmin yaşayış evinə su sayğacsız verilmiş, su ölçən cihaz qoyulmamışdır. Yalnız çoxsaylı müraciətlərindən sonra 2022-ci ilin sentyabr ayında sayğac quraşdırılmışdır. Lakin sayğacın quraşdırılması ilə bağlı akt tərtib olunmamış və ona təqdim edilməmişdir. Həmin sayğac da köhnə mülkiyyətçinin adına quraşdırılmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq, sudan istifadə müqaviləsi onun adına dəyişdirilmir. Bir faktı qeyd edir ki, suyun ona sayğacın quraşdırıldığı yerdə əvvəldən hardasa 0.5 (yarım) metr əvvəldən su xətti zədələnmiş və içməli su tullantı halında küçəyə axıb gedir. Su xəttinin bu hissəsinin düzəldilməsi üçün su verilişi tamamilə dayandırılmalı və həmin hissə təmir olunmalıdır. Bu hadisə artıq 6-7 aydır ki, davam edir, lakin Cavabdeh ASC tərəfindən həmin hissə təmir olunmur. Nəticə etibarilə il ərzində xeyli miqdarda su axaraq israf olunur. Göründüyü kimi Cavabdeh ASC tərəfindən ona heç bir bildiriş verilmədən, heç bir xəbərdarlıq edilmədən qanunsuz olaraq mülkiyyətində olan fərdi yaşayış evinə suyun verilməsi dayandırılmışdır və eyni zamanda onunla sudan istifadəyə dair müqavilə bağlanmasından imtina olunur. Hesab edir ki, əvvəlki mülkiyyətçinin qalıq borcu onun tərəfindən ödənilməli deyil. Əgər əvvəlki mülkiyyətçi tərəfindən sudan istifadəyə görə yaranmış borc ödənilmirsə, onunla bağlı məhkəmədə iddia qaldırılmalı və qalıq borc əvvəlki mülkiyyətçi tərəfindən ödənilməlidir. Lakin Cavabdeh ASC əvvəlki mülkiyyətçinin qalıq borcunun onun tərəfindən ödənilməsinə onu məcbur edir. Hazırda əvvəlki mülkiyyətçinin sudan istifadə üzrə yaranmış borcu 2156 (iki min yüz əlli altı min) manat məbləğində göstərilir. Halbuki o, 28 avqustda 1000 (min) manat da ödəniş etmişdir. Hesab edir ki, əvvəlki mülkiyyətçinin adına belə qalıq borc düzgün hesablanmamışdır. Çünki əvvəlki mülkiyyətçi fərdi yaşayış evində 1 nəfər olmaqla qeydiyyatda olmuş, lakin su borcu 1 nəfər üçün qeydiyyat nəzərə alınmadan 1 ay üçün 60 (altmış) manat pul vəsaiti olmaqla hesablanmışdır. Bu isə “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 7-ci bəndinin tələblərinə tamamilə ziddir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Göründüyü kimi, cavabdeh tərəfindən onun hüquqları kobud surətdə pozulur və mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə etməyi üçün ciddi maneələr yaradılır. Cavabdehin bu cür hərəkətləri nəticəsində o, qanunsuz olaraq 1000 manat ödəniş etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə edilməsi ilə bağlı iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, əvvəlki dövr üçün yaranmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsi, tərəfindən əvvəlki qalıq borcu üzrə ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin Cavabdeh ASC-dən onun xeyrinə tutulması, istifadədə olan fərdi yaşayış evinə qoşulan su sayğacı, suölçən cihazın iddiaçının adına qeydiyyata alınması, həmin cihazın qoşulduğu hissədən 0,5 metr məsafədə su xəttində olan nasazlığın və sudan istifadə üçün yaranmış manelərin aradan qaldırılması öhhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanmda fərdi yaşayış evi və ona bitişik 0,12 ha torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı həmin bağ sahəsini borcun ipoteka predmetinə yönəldilməsi nəticəsində hərrac vasitəsi ilə əldə etmiş və buna dair DƏDRX-də onun adına mülkiyyət sənədi verilmişdir. Bağ sahəsini əvvəlki mülkiyyətçisinin sudan istifadə üzrə borcu yığılıb qalmış, yeni mülkiyyətçi olaraq sudan bir müddət istifadə etmiş və müəyyən sudan istifadəyə görə ödənişlər etmiş, lakin sonradan ödənişləri dayandırmış və bir müddətdən sonra borc məbləğə görə Cavabdeh ASC-nin əməkdaşları həmin ünvan üzrə sudan istifadəyə məhdudiyyət tətbiq etmişdirlər. AR Mülki Prosesual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazın və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbini tam və bütünlüklə rədd edirlər. İlkin olaraq qeyd edilir ki, hazırkı iddia mülki mübahisəyə aid deyildir, eləcə də iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə aidiyyatı düzgün seçilməmişdir. Belə ki, hazırkı tələb mülki prosessual qanunvericiliyə əsasən cavabdeh üçün öhdəlik yarada bilməz. Qeyd edilir ki, iş üzrə cavabdeh kimi işə cəlb edilən Cavabdeh ASC inzibati orqan hesab olunmasa belə (səhmləri 100% dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisənin bazarda inhisarçı statusa malik olması, eləcə də AR Prezidentinin “AR FHN-nin X7 Agentliyinin əsasında AR X8 Ağentliyinin yaradılması, Cavabdeh ASC-nin, eləcədə AR Meliorasiya və Su Təsərrüfatı ASC-nin həmin agentliyin tabeliyinə verilməsinə dair xx.xx.2023-cü il tarixli fərmanı) hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmadığından, mübahisəyə baxılması ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmasını özündə ehtiva edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli 4 nömrəli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.” Qeyd olunan həmin qərarın hazırkı işə tətbiqi baxımından hesab edirlər ki, "Azərsu” ASC baş təmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğulardan istismarı, kanalizasiya təsərüfatında aeorasiya, mexaniki tənzimləmə stansiyaları, hasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istsimarı sahəsində inhisar subyekti olduğundan həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, hazırkı iddiaya Sumqayıt Şəhər Məhkəməsinədə baxıla bilməz. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262.N-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimləyir. Qaydaların 8.4-cü bəndinə uyğun olaraq, obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakin hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan daşınmaz əmlakı borcun ipoteka predmetinə yönəldilməsi nəticəsində hərrac vasitəsi ilə satın almış, həmçinin yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 (on) iş günü müddətində yazılı müraciət etməmişdir. Eyni zamanda qeyd edirlər ki, Qaydaların tələbindən də göründüyü kimi, mülkiyyətçinin dəyişməsi borcun silinməsi üçün əsas deyildir. Həmçinin alqı-satqı edərkən, obyektə dair problemli məsələlərin həmin obyektə dair borcun olubolmaması, obyekt üzərində həbsin olub-olmaması, obyektin ipoteka predmeti olubolmaması alıcının risk dairəsinə aiddir. Bundan başqa Qaydaların 7.5-ci bəndinə uyğun olaraq suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvaflq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Yuxarıda göstərilənləri və MPM-nin 74 və 155-ci maddəsini rəhbər tutaraq İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi üzrə məhkəmə aidiyyatı düzgün seçilmədiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı mübahisəli mənzili 2020-ci ildə hərrac yolu ilə almışdır. Bu fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeydiyyata alınmış və bununla bağlı olaraq reyestr tərəfindən çıxarış verilmişdir. Hazırda həmin ev iddiaçının istifadəsindədir. İddiaçının həyətində olan su xəttindən qonşuya su verilir, bununla bağlı iddiaçı Cavabdeh ASC-yə rəsmi qaydada müraciət etmiş, lakin İdarənin əməkdaşları iddiaçıya irəli sürdüyü təkliflərlə razı olmamışdır. Daha sonra isə iddiaçıya heç bir xəbərdarlıq, bildiriş göndərmədən suyu kəsmişdirlər. Qeyd edilən borc köhnə mülkiyyətçiyə aiddir. Ev iddiaçının mülkiyyətinə keçənə kimi su sayğacı olmamışdır. İddiaçının müraciəti ilə sayğac quraşdırılmışdır. Mənzilə dair çıxarış cavabdehə edilən müraciətə əlavə olunsa da, quraşdırılan sayğac köhnə mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. İddiaçı hazırda məcbur olub köhnə mülkiyyətçinin borclarını ödəyir. Evin əvvəlki mülkiyyətçi X2r. Hazırda iddiaçının adında 2156 manat borc yığılıb və həmin borcdan 1000 manat iddiaçı tərəfindən ödənilib. Halbuki ev əvvəllər 2013-cü ildən - 2021-ci ilə kimi Fəridin mülkiyyətində olduğundan həmin dövrdə yaranmış borcu ödəməli olan şəxs də elə Fəriddir. Mənzil xx.xx.2020-ci ildə çıxarış əsasında iddiaçının adına keçsə də, ev faktiki olaraq daha gec iddiaçının istifadəsinə verilib. Bir daha qeyd edir ki, göstərilən borc mənzil iddiaçı tərəfindən alınana kimi yaranmışdır. Ona görə də hesab edir ki, iddiaçı 2021-ci ildən sonra əvvəlki mülkiyyətçinin yerinə ödədiyi 1000 manat borcun ona qaytarılmasını tələb etməkdə haqlıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, etirazda qeyd olunanları müdafiə edir. Belə ki, bununla bağlı çoxsaylı məhkəmə qərarları Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarı var, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi məhz etirazda qeyd edilən əsaslarla ləğv olunmuşdur, artıq müəyəyn təcrübə formalaşıb. İddiaçının adına olan çıxarışdan da görünür ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının mülkiyyətindədir. Hesab edir ki, iddiaçı borcun əvvəlki mülkiyyətçilərə aid edilməsini xahiş etsə də, mənzil iddiaçının mülkiyyətinə keçdiyi dövrdən xx.xx.2022-ci il tarixədək sudan istifadəyə görə hesablanmış borcları iddiaçı ödəməlidir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, abonent saldosunda abonent qismində isə Nazim Cəfərov qeyd edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2175 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə 800 manat ödəniş edilmişdir. İşdə olan 28267 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmişdir. İşdə olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin elektron bazasında İddiaçı adına ünvan 3 ünvanına məxsus heç bir müqavilə və abonent kodu müəyyən edilməmişdir. Qeyd olunan ad/soyad məlumatlarına uyğun aşağıda qeyd olunan ünvan aşkar edilmişdir. ünvan 4ən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hesabatın aparılması üçün xx.xx.2007-ci il tarixində İddiaçı ad, soyadlı şəxslə (FİN kodu qeyd edilməyib) 13072257 nömrəli müqavilə bağlanaraq **********001 saylı abonent kodu açılmışdır. Sonuncu ünvanın hesabatı su xətti üzərində quraşdırılmış CSS-20 markalı, 21210101 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Hazırda sayğacın son göstəricisi 221 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə ünvanın hesabında borc yoxdur. İşdə olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin elektron bazasında müraciətdə qeyd olunan İddiaçı adına ünvan 3 ünvanına məxsus heç bir müqavilə və abonent kodu müəyyən edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, Nazim Cəfərovun adına qeydiyyatda olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində 1 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə 2264.10 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxiv Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 14049 saylı 213 qeydiyyat nömrəli texniki pasportu ilə ilkin qeydiyyata götürülərək 20 nömrəli reyestrdə 213 saylı inventar işi ilə X5 adına Qeydiyyat Vəsiqəsi verilmişdir. Təqdim edilən Qeydiyyat Vəsiqəsi əsasında xx.xx.2011-ci il tarixdə X6 ********** saylı reyestrdən çıxarış verilmişdir. Dövlət notariat kontorunun 4Ə/166 saylı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə həmin daşınmaz əmlak xx.xx.2013-cü il tarixli ********** saylı dövlət reyestrindən çıxarış verilərək X1 adına rəsmiləşdirilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8516/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, məktubda göstərilən əmlak 43101 saylı xx.xx.2020-ci il tarixli hərrac protokolu ilə İddiaçı satılaraq xx.xx.2020-ci il tarixli ********** saylı dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2175 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İddiaçı həmin ünvanda sudan və kanalizasiya xidmətlərindən istifadə ilə bağlı yaranmış borcdan 2022-ci ilin avqust ayında 1000 manat ödəniş etmişdir. Hazırda iddiaçı həmin borcun mənzilin əvvəlki mülkiyyətçisinin dövründə yarandığından onun ödəməli olmadığını əsas gətirərək əvvəlki dövr üçün yaradılmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsini və eyni zamanda onun tərəfindən əvvəlki qalıq borcu üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddia tələbi əvvəlki dövr üçün yaranmış su borcunun əvvəlki mülkiyyətçilərə aid edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev xx.xx.2013-cü il tarixədək Nazim Cəfərovun, həmin tarixdən xx.xx.2020-ci il tarixədək isə Fərid Feyzullayevin mülkiyyətində olmuşdur. Beləliklə mübahisəli evdə sudan istifadə ilə əlaqədar yaranmış borcun bir hissəsi ev həmin şəxslərin mülkiyyətində olduğu dövrdə yaranmışdır. Lakin məhkəmə hesab edir ki, həmin şəxslər hazırki məhkəmə icraatında cavabdeh qismində iştirak etmədiyindən onların hüquq və mənafeləri ilə bağlı hər hansı qərar qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən həmin şəxslərin cavabdeh qismində işə cəlb edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı nə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində, nə də məhkəmə baxış mərhələsində bu barədə məhkəməyə müraciət etməmişdir. Halbuki, AR MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əvvəlki dövr üçün yaranmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən əvvəlki qalıq borc üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona qaytarılması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2175 (Cavabdeh ASC-də ünvan 6 ünvanında sudan istifadəyə görə həmin ev iddiaçının mülkiyyətinə verildiyi vaxtdan (xx.xx.2020) onun tərəfindən 1000 manat ödəniş edildiyi tarixədək (xx.xx.2022) 902,3 (537,43+364,6) manat borc yaranmışdır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş məbləğin yalnız 97,97 (1000-902,3) manat hissəsi ev iddiaçının mülkiyyətinə keçdiyi tarixdən əvvəlki dövrə aid olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh ASC tərəfindən iddiaçıya qaytarılmalıdır. İddiaçının vəkili məhkəmə iclasında mübahisəli evin xx.xx.2020-ci il tarixdən iddiaçının mülkiyyətində olsa da, əslində evin iddiaçının istifadəsinə faktiki olaraq daha gec tarixdə verildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh ASC-dən 97,97 manat pul alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 97,97 (doxsan yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-250/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-250/2023
16.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver