Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-250/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Şərq" MTK-ya qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh ”Şərq" MTK-ya qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən "xxxx" MTK-nın rəhbərliyinə məxsus ofis və yuyucu məntəqəsinin cavabdehin öz hesabına sökülməsi və hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, pretenziya məktubu ilə "xxxx" MTK-ya müraciət edərək bildirmişdir ki, yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, S.Qarayev küçəsi, 230 saylı binanın su çəni üzərində inşa edilmiş "xxxx" MTK-nın rəhbərliyinə məxsus ofis və yuyucu məntəqə həmin binada yaşayan insanların həyatı üçün təhlükə yaradır. Dəfələrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti və Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən şikayətlər ilə bağlı əraziyə baxış keçirilmiş su çəninin və binanın özülünün normalara uyğun izoliyasiya olunaraq binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi məqsədilə müvafıq tədbirlərin görülməsi tapşırılmışdır. Lakin bugünə kimi həmin tapşırıqlar "xxxx" MTK-nın rəhbərliyi tərəfindən icra olunmamışdır. Ona görə də "xxxx" MTK-nın rəhbərliyinə məxsus ofis və yuyucu məntəqənin sökülməsi ilə bağlı tədbir görülməsini və pretenziya məktubuna 15 gün ərzində münasibət bildirilməsini xahiş etmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində alınmasına baxmayaraq bugünə kimi pretenziya məktubuna heç bir cavab verilməmişdir. Hazırki tələblə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə dəfələrlə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin orqan tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixdə qeyd olunmuşdur ki, "Vətəndaş İddiaçı tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində təhlükəsizlik qaydalarına riayət olunmadan qaldırıcı qurğudan istifadə edilməsi, eyni zamanda elektrik xətlərinin açıq vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin "112 Çevik reaksiya idarəsi"nə ünvanlanmış 13 aprel 2023-cü il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən fakt öz təsdiqini tapmışdır. Bununla bağlı, "xxxx" MTK-nın rəhbərliyinə qaldırıcı qurğuların təhlükəsiz istifadəsinin təmin edilməsi, su çəninin və binanın özülünün normalara uygun izoliyasiya olunaraq binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır". xx.xx.2023-cü il tarixində ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "Sizin, ünvan 1 ünvanında təhlükəsizlik qaydalarına riayət olunmadan qaldırıcı qurğudan istifadə edilməsi, eyni zamanda binanın zirzəmisində nəmişlik səbəbilə əsas divarların qəzalı vəziyyətə düşməsi, binanın qarajının havalandırma sisteminin düzgün işləməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112 Çevik reaksiya idarəsi"nə ünvanlanmış 28 avqust 2023-cü il tarixli müraciətə baxılmışdır. Bununla bağlı, Agentlik tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə və "xxxx" MTK rəhbərliyinə binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün 3-18- 2/2-4217/2023 nömrəli, 30 may 2023-cü il tarixli məktub ünvanlanmışdır". Həmçinin xx.xx.2024-cü il tarixində ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "X9 Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə xx.xx.2024-cü il tarixində ünvanladığını müraciətiniz Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən araşdırılmışdır. Əməkdaşlar Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasında yanğın texniki müayinə keçirmişlər. Müayinə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar "xxxx" MTK-nın vəzifəli şəxsinə inzibati xəta haqqında protokol tərtib olunmuşdur". Göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən cavabdeh "xxxx" MTKnm rəhbərliyinə hazırki tikililərlə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh "xxxx" MTK-nın rəhbərliyi tərəfindən heç bir tədbir görülməmişdir. Ona görə də hazırki iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yaşadığı binanın yanında "xxxx" MTK tərəfindən ofis qoyulmuş və avtoyuma məntəqəsi tikilmişdir. Həmin obyektlər orada yaşayan sakinlərə mane olur. Su hövzəsindəki çirkli su onların istifadə etdikləri təmiz suya hopur. Həmçinin avtoyuma məntəqəsinin qarşısında çoxlu insan dayanaraq səs küy yaradır, mübahisə edir. Bundan başqa həmin obyektlər sakinlərin sərbəst şəkildə binaya giriş-çıxışına mane olur. Məsələ ilə bağlı bir çox dövlət orqanlarının qəbulunda olublar və onların hər biri məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Qeyd edir ki, həmin avtoyuma məntəqəsi və su hövzəsi "xxxx" MTK-ya məxsus ərazidə tikilib. Bundan başqa verilmiş rəy onu qane etmir. Belə ki, ekspert binanın 11-ci mərtəbəsindən səsi ölçmüşdür. Halbuki, səs 1-2-ci mərtəbədən ölçülməli idi. Bundan başqa ekspertiza zamanı suyun səsi azaldılmış, ekspertiza olduqdan sonra yenə də obyektdə uca səsdən istifadə edilməyə başlanmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintinin qeyri qanuni olaraq aparıldığı qeyd edilmişdir. Həmçinin, ekologiya idarəsi tərəfindən qəfil gəlinmiş və avtoyuma yerinə 300 manat cərimə yazılmışdır. Həftə sonları da həmin obyekt işləyir və onlar evdə dincələ bilmirlər. Binanın su çəninin üstü çirklidir. MTK rəhbərliyi 1 ildir ki, ortada yoxdur. Avtoyuma yerinin sənədləri də ortada yoxdur. Su çənindən nümunə götürən ekspert gəlib evlərindən yox, su çəninin kranından nümunə götürmüşdür. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, məsələ ilə bağlı şikayətləri çoxdur. Buna baxmayaraq MTK tərəfindən onların şikayətlərinə baxılmır. Avtoyuma məntəqəsinə görə məhləyə ana-bacıları rahat girib çıxa bilmirlər. O, özü 10-cu mərtəbədə yaşayır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, avtoyuma məntəqsinə görə məhləyə rahat girib çıxa bilmirlər. Bu məsələdən hamının ailəsi narahat olur. MTK-nın rəhbəri ağlr xəstədir, MTK sahibsiz qalıb. O, 10-cu mərtəbədə yaşayır. Qeyd edir ki, kommunal ödənişləri etmir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, qeyd edilən binanın ikinci mərətəbəsində yaşayır. Ekspert səsi 11-ci mərtəbədən ölçmüşdür. Moykanın yanından səs-küydən keçmək mümkün olmur. Hesab edir ki, ekspert hər tərəfli səsi ölçməli idi.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, qızı və qardaşı 6-cı mərtəbədə yaşayır. Avtoyuma məntəqəsinin olduğuna görə çox narahat olurlar. Belə ki, orada kişilər yığışır. Hər dəfə qızı və özü oradan keçəndə narahatçılıq yaşayırlar. Avtoyuma məntəqəsində istifadə edilən suyun səsi onun evinə gəlməsə də, digər evlərə səs çox gəlir. Elə bil ki, evin içindən su axır. Bundan başqa həyətdə olan mühafizə üçün “budka” çox pis görünür, həyətin görünüşünü pozur.
9. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,9-cu mikrorayon, ev 230, mənzil 69 (yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 230, M11, m6) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
11. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasında yanğın-texniki müayinə keçirmişlər. Müayinə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar "xxxx" MTK-nın vəzifəli şəxsinə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
12. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Agentlik tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə və “Şərq" MTK rəhbərliyinə binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün 3-18-2/2-4217/2023 nömrəli, 30 may 2023-cü il tarixli məktub ünvanlanmışdır.
13. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məsələ ilə bağlı araşdırma aparılmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və “Şərq" MTK rəhbərliyinə binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün 3-18-2/2- 4217/2023 nömrəli, 30 may 2023-cü il tarixli məktub ünvanlanmışdır.
14. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar "xxxx" MTK-nın vəzifəli şəxsinə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
15. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı müraciətdə göstərilən fakt öz təsdiqini tapmışdır. Bununla bağlı, "xxxx" MTK-nın rəhbərliyinə qaldırıcı qurğuların təhlükəsiz istifadəsinin təmin edilməsi, su çəninin və binanın özülünün normalara uyğun izoliyasiya olunaraq binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
16. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinin 112 Çevik reaksiya idarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş şikayətinə əsasən "xxxx" MTK-nın hər iki girişinin qarşısında quraşdırılmış yükqaldırıcı qurğu möhürlənmiş və onun istismarı qadağan edilmişdir. Hal-hazırda qaldırıcı qurgu istismar olunmur. Müraciətdə qeyd olunan digər məsələlərə baxılması isə Agentliyin səlahiyyəti daxilində deyildir.
17. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli məktublarından görünür ki, İcra Hakimiyyətində Sizin və "xxxx" MTK-nın sədrinin iştirakı ilə qaldırdığınız məsələlərə dair birgə araşdırmalar nəticəsində qarşılıqlı razılıq əldə edilmədiyindən, müraciətiniz əsasında müqavilənin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı aidiyyati üzrə məhkəmə instansiyasına müraciət edə bilərsiniz.
18. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 Nazirliyinın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya idarəsinə ünvanlanmış şikayətinizə Sumqayıt Regional DYNİ-nin əməkdaşları tərəfindən baxış keçirilmış və araşdırma zamanı ünvanlanmış müraciətdə göstərilən faktla əlaqədar mövcud vəziyyət öz əksinı tapdığı üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 23 və 24-ün qarşısında yerləşən "xxxx" MTK-nın yanğına qarşı cavabdeh şəxsi X5 barəsındə 21.09 2023-cü il tarixdə inzibati Xəta haqqında protokol tərtib olunmuşdur.
19. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, eyni məzmunlu müraciəti araşdırılmış, "Şərq” MTK-nın rəhbərliyinə müvafiq göstərişlər verilmiş, eyni zamanda Sumqayıt Şəhər icra Hakimiyyətinə məlumat verilmişdir.
20. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yaşayan İddiaçı tərəfindən ETSN-nin "Qaynar xətt” mərkəzinə daxil olmuş “Cavabdeh-nın yaşayış binasının içməli su çəninin üstündə fəaliyyəti göstərən avtoyuma məntəqəsindan kimyəvi maddələrin içməli suya axıdılması barədə müraciəti əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan ərazidə fəaliyyət göstərən avtayuma məntəqəsindən kimyəvi maddələrin içməlı su çəninə axıdılması hallarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan ərazidə kimyəvi maddələrin içməli suya axıdılmasını müəyyənləşdirmək məqsədi ilə X10 Monitorinq İdarəsinə 06 aprel 2022- ci il tarixli 99/15-4/d saylı məktubla müraciət olunmuşdur, XKEMİ tərəfindən 10 aprel 2023-cü il tarixdə şikayətçinin iştirakı ilə "xxxx" MTK-nın su çənindən su nümunəsi gotürülmüş, bununla bağlı 10 aprel 2023-cü il tarixli 178 saylı nümunə aktı tərtib edilmişdır. XKEMİ-dən daxil olmuş 20 aprel 2023-cu li tarixli 223/XKEMİ-25 saylı məktubda "xxxx" MTK-nın su çənindən gotürülmüş işməli su nümunəsı üzərində aparılmış Kimyəvi təhlillərin nəticəsinə əsasən göstəricilərin miqdarı yol verilən qatılıq həddində müəyyən edilmişdir. Ekoloji baxımdan nümunənin zərərlı təsirə malik olmadığı göstərilmişdir.
21. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ETSN-nin X10 Monitorinq İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Sizin iştirakınızla yerində səs-küy çirklənməsinin səviyyəsi ölçülmüş və yol verilən norma həddi daxilində olmuşdur. Eyni zamandan "xxxx" MTK-nın su çənindən götürülmüş su nümunələrində kimyəvi maddələrin olmadığı müəyyən edilmişdir.
22. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5893/2024 saylı xx.xx.2024-ci il tarixli məktubuna əsasən, xx.xx.2025-ci il tarixdə saat 11.00-da ünvan 10 ünvanda İddiaçı məxsus mənzildə səs-küyün səviyyəsinin laborator müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə əsasən, mənzilin qonaq otağında səsin səviyyəsinin 40,0 dBA, (yol verilən səviyyə 40 dBA) olması müəyyən edilmişdir.
23. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-1714/2024 saylı ekspert rəyindən görünür ki, 31 yanvar 2025-ci il tarixdə ünvan 11 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan mənzilin qonaq otağında səsin səviyyəsi 40,0 dB A (yol verilən səviyyə 40dBA) müəyyən edilmişdir.
24. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" MTK-nin Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyirmi altı manat əlli qəpik) manatın, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik poçt ödənişi üçün 0,90 (doxsan qəpik) manatın, 31 manat ödənilmlş dövlət rüsumunun əvəzinin cəmi 244,92 manatın (iki yüz qırx dörd manat doxsan iki qəpik) cavabdeh İddiaçı tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə iddia tələbi rədd edilmişdir.
25. İşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" X11 xx.xx.2025-ci il tarixli məktubundn görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5893/2024 saylı xx.xx.2024-ci il tarixli məktubuna əsasən, xx.xx.2025-ci il tarixdə saat 11.00-da ünvan 12 ünvanda İddiaçı məxsus mənzildə səsküyün səviyyəsinin laborator müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə əsasən, mənzilin qonaq otağında səsin səviyyəsinin 40,0 dBA, (yol verilən səviyyə 40 dBA) olması müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 26.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus ofis və yuyucu məntəqənin həddindən artıq səs-küy yaratması və həmin obyektlərdən binada yerləşən mənzilləri su ilə təchiz edən su çəninə çirkli suların axıdılması hallarına istinad edərək, həmin obyektlərin sökülməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə bəzi sənədlər təqdim etsə də, iddia tələbinə münasibət bildirməmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsunin müddəalarına görə: Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
30. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
31. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; ... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək ... hüququ var.
32. Həmin Qanunun 37-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir.
33. Qanunun 46-cı maddəsinə əsasən təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər.
34. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
35. Həmin Qanunun 16-cı maddəsinə əsasən ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər.
36. İddiaçı cavabdehin istifadəsində olan ofis və yuyucu məntəqənin sökülməsi barədə hazırki iddia tələbini iki halla əsaslandırmışdır: 1. həmin obyektlərin həddindən artıq səs-küy yaratması və 2. binada yerləşən mənzilləri su ilə təchiz edən su çəninə çirkli suların axıdılması.
37. Qeyd edilən halların yoxlanılması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən həmin məsələlərin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-1714/2024 saylı ekspert rəyindən görünür ki, 31 yanvar 2025-ci il tarixdə ünvan 11 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan mənzilin qonaq otağında səsin səviyyəsi 40,0 dB A (yol verilən səviyyə 40dBA) müəyyən edilmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
40. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1).
41. Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir.
42. Beləliklə iddiaçıya məxsus mənzildə səs-küyün həddən çox olması barədə iddia tələbinin əsası kimi istinad olunan hallar ekspert rəyi ilə təkzib olunmuş, təsdiqini tapmamışdır.
43. Mübahisəli ünvanda yerləşən binanın su çəninin normalara uygun izoliyasiya olunub-olunmaması və həmin su çəninin üzərində inşa edilmiş (quraşdırılmış) ofisin su çənində olan suya hər hansı qaydada (çirkli, zərərli və ya kimyəvi maddələrin axıdılması) təsir etməsinin müəyyən olunmasına dair ekspertiza qarşısında qoyulmuş növbəti sual üzrə metodika olmadığından həmin sual üzrə tədqiqat aparılmamış, ekspert həmin hissədə ekspertiza aparmaqdan imtina etmişdir.
44. Lakin bununla bağlı iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin iddiaçıya ünvanlanmış məktublarından görünür ki, ünvan 7 ünvanında araşdırma zamanı qeyd olunan ərazidə fəaliyyət göstərən avtoyuma məntəqəsindən kimyəvi maddələrin içməli su çəninə axıdılması hallarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "xxxx" MTK-nın su çənindən gotürülmüş içməli su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə əsasən göstəricilərin miqdarı yol verilən qatılıq həddində olduğu və ekoloji baxımdan nümunənin zərərli təsirə malik olmadığı müəyyən edilmişdir.
45. Beləliklə məhkəmə araşdırmasının gedişində iddiaçı tərəfindən istinad edilən hər iki hal təsdiqini tapmamış, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
46. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 48.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 50.Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Şərq" MTK-ya qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir.
51. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiydən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
52. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 150 manat təşkil etmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir.
53. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı cavabdeh “Şərq" MTK-ya qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq İddiaçı 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva