Məhkəmə qərarları › İş №2(060)-2509/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2509/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2509/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinə itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş 31.10.2018-ci il tarixli qərar əsasında hesablanmış 86.40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun oğludur. Oğlu Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinin mülkiyyətçisidir və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin **********00280 saylı kodu ilə abonentidir. 09.07.2018-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvana quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Aktda sayğacın aşağı sərfiyyatla qeyd etməsi göstərilmişdir. Sonradan iddiaçıya 86.40 manat borc yazılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində, yəni sayğacın göstəriciləri düzgün əks etdirməməsi, iddiaçı ziyan çəkir. Hesab edir ki, cavabdehin iddiaçının üzərinə qoyduğu borc əsassızdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Resoublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzili İddiaçı məxsusudur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş 31.10.2018-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinə 864 m3 itirilmiş təbii qaz hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinə mübahisələndirilən qərar əsasında 86.40 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, aktda göstərilən hallar iş materialları ilə təsdiq olunmadığından və qeyd olunan akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın tələblərinin pozulması ilə tərtib olunduğundan, Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinə 31.10.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən hesablanmış 86.40 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2 mkr., 32/73 saylı evin, 28 saylı mənzilinə (abunə kodu: **********00280) dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş 31.10.2018-ci il tarixli qərar əsasında hesablanmış 86.40 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar