Məhkəmə qərarları › İş №2(060)-2510/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2510/2023

07.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2510/2023 07.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Nail oğlu, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Baş X25 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs AR Baş X25 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun keçmiş qaynatasıdır, onun avtomobilsiz qalmaması üçün mülkiyyətində olan “KİA SORENTO” minik markalı, buraxılış ili 2016-cı il, tünd göy, metalik rəngli, ban nömrəsi KNAPH81ABHA295459, 77FY835 dövlət qeydiyyat nişanı olan avtomobili etibarnamə əsasında idarə etməsi üçün, eyni zamanda lazım gələrsə vacib məqamlarda onun da kiməsə etibarnamə verməsi üçün xx.xx.2022-ci il tarixində ona baş etibarnamə vermişdir. Cavabdehlərin qızı sabiq həyat yoldaşı X4 ilə ailə qurduqları ilk günlər münasibətləri yaxşı olsa da sonradan münasibətləri korlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Lakin buna baxmayaraq onların arasında olan nikah rəsmi qaydada pozulsa da, onlar faktiki ər-avad, ailə münasibətlərini davam etdirmişlər. 2022-ci ilin avqust ayına kimi ailə kimi yaşamışlar. Həmin ərəfələrdə Cavabdeh2 ilə münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin avqust ayında cavabdehlərin qızı ilə aralarında olan münasibətlər yenidən pozulmuş və iddiaçının evini tərk edib getmişdir. Lakin buna baxmayaraq o cavabdehlərlə münasibətini qoruyub saxlamağa çalışmış və ailəsinin bərpa edilməsini başa düşünərək avtomobili geri tələb etməmişdir. Lakin aradan bir müddət sonra və artıq ailəsinin bərpa olunmasının mümkün olmadığını görüb avtomobili cavabdehdən geri tələb etməyə başlamışdır. Cavabdeh hər dəfə bir bəhanə ilə avtomobili ona qaytarmaqdan yayınmışdır. İddiaçı məcbur olub verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh ona verilmiş etibarnamədən sui-istifadə edərək, onun qızı ilə aralarında olan münasibət korlandığından və artıq faktiki olaraq ailələri dağıldığından istifadə edərək vermiş olduğu, mülkiyyətində olan “KİA SORENTO” minik markalı, buraxılış ili 2016-cı il, tünd göy metalik rəngi, ban nömrəsi KNAPH81ABHA295459 olan avtomobili xx.xx.2022-ci il tarixdə, yalançı əqdlə alqı-satqı müqaviləsi ilə (BDYPİ BB242017) özgəninkiləşdirilmiş və avtomobilin digər Cavabdeh1 adına rəsmiləşdirmiş və bu barədə BD285785 nömrəli şəhadətnamə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan əmlak cavabdeh tərəfindən açıq-aşkar surətdə pis niyyətlə alqı-satqı edilmişdir. Bir sözlə ona məxsus əmlakın alqı-satqısına dair göstərilən əqd onun yox, yalnız tərəflərin güddüyü mənafe üçün bağlanmış, onun niyyət və iradəsinə zidd olmuşdur. O hesab edir ki, ona məxsus avtomobil barədə cavabdehlər arasında bağlanaraq 11 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən “KİA SORENTO” minik markalı, buraxılış ili 2016-cı il, tünd göy metalik rəngli, Mühərrik: D4HAGH737828, ban nömrəsi KNAPH81ABHA295459, 77FY835 Dövlət qeydiyyat nişanı olan avtomobilə dair xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış BDYPİ BB242017 alqı-satqı müqaviləsinin, BD285785 nömrəli şəhadətnamənin və onun hüquqi nəticələri etibarsız hesab edilməsi, avtomobilin əvvəlki vəziyyətə qaytarılması və həmin əmlak üzərində onun mülkiyyət hüquququn bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı Əfəndiyev İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Etiraz ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçı onların keçmiş kürəkənidir. Belə ki, Əfəndiyev İddiaçı ilə qızları X4 xx.xx.2013-cü ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad İddiaçı oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla qızı adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qızları ilə kürəkəni nikahları pozulduqdan sonra onun onlara qarşı etdiyi pislikləri dillə ifadə etmək mümkün deyildir. Boşandıqdan təqribən 3 ilə yaxın müddətdə onların onunla münasibətləri gərgin olmuş, lakin 2020-ci ilin avqust ayından sonra münasibətərlərində körpə uşaqlar psixoloji travma almasınlar deyə nisbətən yumşaqlıq baş vermişdir. O uşaqları ilə görüşsə də, yenə də bir manat da olsun aliment ödəməmiş və bir neçə müddət sonra Əfəndiyev İddiaçı onlar ilə münasibətinin nədən istiləşməsinin səbəbini başa düşmüşlər. Belə ki, 2020-ci ilin avqust ayında Saray qəsəbəsindəki torpaq sahəsinin bir hissəsini və onun üzərindəki evi 125.000 manata satmışlar. Sonradan başa düşmüşlər ki, cavabeh bu pul üçün onlar ilə yaxınlıq edir. Çünki onlar qərara gəlmişlər ki, həm qızlarına, həm də özlərinə maşın alsınlar. Cavabdeh də maşın alveri etdiyi üçün dilini işə salmışdır ki, o bunun öhdəsindən gələcəkdir. Bu məqsəd ilə onlardan 63.000 manat pul almışdır. Hər iki avtomaşını öz adına alsa da, alınan gündən etibarnamə ilə onlara vermişdir. Hal-hazırda aliment öhdəlikləri ilə avtomaşını eyniləşdirmək niyyətinə düşmüş və buna görə də iddia qaldırmışdır. İddianı qəbul etmirlər. Avtomobil qanuni əsaslarla onun mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, baş etibarnamə vermişdir. Niyyəti o olmuşdur ki, keçmiş qaynatası xəstə olmuşdur. Demişdir ki, ora-bura gedib gəlməsin. Maşını öz məvacibi hesabına almışdır. Qaynatası yaz aylarında xəstələnmişdir. Onun özünü yaxşı hiss etməsi üçün guya təzə maşın gətirilib niyyəti adı altında ona baş etibarnamə vermişdir. Halbuki maşını özü sürmək üçün gətirmişdir. Təxmini iyun ayının 15-i maşını gətirmiş, 30-u isə etibarnaməni vermişdir. O həmin etibarnaməni ləğv etmişdir. Digər şəxsə isə o etibar etməmişdir. Etibar edilən şəxs etibar etmişdir. O etibarı qaynatasına vermiş, qaynatası isə onun bacanağının atasına etibarnamə vermişdir. Münasibətləri avqust ayından korlanmışdır. Xanımın adına nə zaman keçdiyi haqqında məlumatı yoxdur. Təxminən sentyabr ayının əvvəllərindən etibarnaməni ləğv elətdirmişdir. Kia Sorento markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə olan etibarnaməni ləğv etmişdir. Həmin ərəfədə iki maşın almışdır. Biri öz maşını, digəri isə öz maşını olmamışdır. O logistika işi ilə məşğul olur. Yoldaşına alınan maşın əvvəl alınmışdır. İddiaçının ondan əlavə maşınları da olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nail oğlu izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçının cavabdehə avtomobil satmaq niyyəti olmamışdır. Ümumiyyətlə avtomobil müqabilində cavabdehlərdən bir manat olsa belə pul almamışdır. Şəxslər 2017-ci il tarixdə nikahları rəsmi qaydada pozulmasına baxmayaraq 2022-ci il tarixin avqust ayına qədər faktiki nikah münasibətlərində olmuşlar. Aralarında qohumluq münasibətləri olmuşdur. Baş etibarnamə verməkdə səbəb qaynatasında ruh yüksəkliyi yaratmaq olmuşdur. Qaynatası xəstə olmuş, harasa gedibgəlmək lazım olduğu təqdirdə kiməsə etibarnamə vermək daha asan olduğu üçün baş etibarnamə verilmişdir. Qarşı tərəfin nümayəndəsi və vəkili digər məhkəmə iclasında bildirir ki, münasibətləri pis olmuşdur. Lakin hal-hazırda isə bildirirdi ki, münasibətləri yaxşı olmuşdur. X6 atasına maşına dair etibarnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddia tələbi tam əsassızdır. İddiaçının işi maşın alveri ilə məşğul olmaq və maşın gətirməkdir. Bu maşının dəyərini Cavabdeh2 tamı-tamına iddiaçıya ödəmişdir. Maşını gətirdiyi gün baş etibarnamə vermişdir. Maşın noyabr ayının 10-u rəsmiləşdirilmişdir. Şəxs isə notariusa 2023-cü ilin fevral ayında müraciət etmişdir. Əgər niyyət harasa gedib-gəlmək üçün maşını vermək idisə o zaman sürücülük hüququ haqqında etibarnamə vermək olardı ki, həmin etibarnamə heç nəyə təsir etmir. İddiaçı həm qaynatasına zərbə vurmaq istəyir, həm də aliment borcunun silinməsi ilə bağlı onlara təzyiq göstərir. İddiaçı göstərmişdir ki, iki maşın almışdır. Lakin aliment borcunu ödəməyə imkanı olmayan adam iki maşın almaq üçün gücü yetə bilməz. Alqı-satqıların biri 2020, digəri isə 2021-ci il tarixdə olmuşdur. Cavabdeh isə pulu 2022-ci il tarixdə iddiaçıya vermişdir. Boşanmadan sonra şəxslərin münasibətləri kəskin olmuşdur. Lakin valideynləri bu şəxslərin boşanmalarını qəbul etmirlər. Bu şəxslərin valideynləri barışmaq üçün cəhd göstərmişlər. İddiaçı X6 atasına və özünə maşın gətirmişdir. İddia tələbini qəbul etmirlər və hesab edirlər ki, əsassızdır. Üçüncü şəxs AR Baş X25 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən işə AR Baş X25 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, iddiaçını on üç ildir ki, tanıyır. Cavabdehlərin biri qaynatası, digəri isə qaynanasıdır. Ümumiyyətlə ailəni 2004-cü il tarixdən tanıyır. Cavabdeh2 ilə qonşu olmuş, eyni binada yaşamışlar. Kifayət qədər imkanlı şəxslər olmuşlar. Kişi uzun müddət Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olmuşdur. Saray qəsəbəsinə 8 sot torpaq sahəsinə iki mərtəbəli ev olmuşdur. Torpaq sahəsini və evi 2,3 il öncə 125 min manata satmışlar. Qaynatasının kifayət qədər imkanı olmuş, bunun nəticəsində maşınları olmuş, onlar isə satılmışdır. Onlar bildilər ki, İddiaçı Koreyadan yaxşı maşınlar sifariş verir və gətirir. Həmin zaman maşınlar yox idi, artıq satılmışdır. Maşını gətirmək məsələləri dekabr və yanvar ayına təsadüf edir. Qaynatası xəstələnmiş, maşın isə təxminən mart və aprel ayında gətirilmişdir. Maşının biri 40 min, digəri isə 28-30 min manat qiymətində olmuşdur. Ailə Məhkəmə qətnaməsi əsasında boşanmış, lakin arada barışmış və gediş-gəliş olmuşdur. Maşının biri qızı Nuranə, digəri isə qaynatası sürmüşdür. Söhbət olmuş, həmin söhbətdə İddiaçı da iştirak etmişdir. Onun yanında pul verilməmişdir. Yalnız danışıq olmuş və razılığa gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Əfəndiyev İddiaçı onun bacanağıdır. Maşın gəldikdə demişlər ki, İddiaçı maşın gətirmişdir. Maşını isə Aqil dayı üçün gətirmişdir. Maşının indiki bazar dəyəri 40-42 min manatdır. Üç maşın gətirmişdir. Demişdir ki, maşınları satıb gedəcəkdir. İddiaçı getmiş, ondan sonra isə onu görməmişdir. Kia Sorento markalı maşını Söhrab istifadə edirdi. Pulun verilməsində iştirak etməmişdir. Ancaq pulun verilməsi ilə bağlı söhbət olmuşdur. Aprel-may aylarında maşın gəlmişdir. Söhrab məllim özünə gəldikdən sonra maşından istifadə etmiş, hətta sürüb rayona getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əfəndiyev İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası 4 saylı Vəkil Bürosunun 28 nömrəli, 01 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1987-ci il tarixdə anadan olmuş Əfəndiyeva (Məmmədova) Nuranə Söhran qızının və xx.xx.1959-cu il tarixdə anadan olmuş Cavabdeh2 qeydiyyat ünvanları barədə arayış verilməsi xahiş edilmişdir. Arayışların sorğuları təqdim edək Vəkil1 verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1959cu il tarixdə Azərbaycan Respublikası, Ucar rayonu, Alpı kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası 4 saylı Vəkil Bürosunun 33 nömrəli, 07 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş X25 İdarəsinin İmtahan və Qeydiyyat İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Əfəndiyev İddiaçı mülkiyyətində olmuş, buraxılış ili 2016-cı il olan, ** FY *** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” minik markalı avtomaşının kimin adına qeydiyyatdan keçməsi, alqı-satqısı (alqı-satqının tarixi və aparıldığı müvafiq dövlət orqanı göstərilməklə), sonrakı mülkiyyətçiləri və dövlət nömrə nişanları barədə ətraflı arayış verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2.21920/2023 nömrəli məktuba cavab olaraq bildirilmiş məlumatından görünür ki, DİN Baş X25 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “Kia Sorento” markalı, **-FY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə **********4789 nömrəli gömrük vəsiqəsi əsasında Əfəndiyev İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosu tərəfindən 32 nömrəli, 07 fevral 2023-cü il tarixli ünvan 3 ünvanlanmış məktubdan görünür ki, Əfəndiyev İddiaçı mülkiyyətində olmuş, buraxılış ili 2016-cı il olan, ** FY *** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” minik markalı avtomaşına dair verilmiş etibarnamələr barədə ətraflı arayış verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 353 nömrəli, 14 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 4 ünvanlanmış məktuba cavabdan görünür ki, Əfəndiyev İddiaçı mülkiyyətində olmuş ** FY *** dövlət qeydiyyat nişanlı, KİA SORENTO minik markalı, avtomobilə dair xx.xx.2022-ci il tarixdə 7E-11827 reyestrlə Cavabdeh2 nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair, xx.xx.2022-ci il tarixdə 7E-14124 reyestrlə həmin etibarnamə əsasında etibar edilmişin başqasına etibarnamə qaydasında X7 nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli, 7E-14124 reyestrli etibarnamə xx.xx.2022-ci il tarixdə Əfəndiyev İddiaçı Bakı şəhəri 39 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı, 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Əfəndiyev İddiaçı və X8 arasında xx.xx.2013-cü il tarixdə Nəsimi Rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əslindən görünür ki, satıcı Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.05 ha sahəni alıcı X9 mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak AR DƏDRX Əİ tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0.5 ha hüquq müəyyənedici sənədə əsasən satıcıya məxsusdur. Satıcı daşınmaz əmlakı 24900 manata satmış, alıcı isə almışdır. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 tam mülkiyyət üzrə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1144 ha olan torpaq sahəsinin 644 kv.m hissəsini alıcı X2 mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2014 tarixdə Cavabdeh2 verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0.1144 ha torpaq sahəsini hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. Satıcı daşınmaz əmlakı 125000 manat qiymətinə satmış, alıcı isə almışdır. İş materiallarında olan X26 Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, Cavabdeh2 diqanozu rektosiqmoid xərçəng pT3NqbMx 3 B mərhələ, cərrahi əməliyyatdan və PKT-dən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departmenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 69 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əfəndiyev İddiaçı ünvan 6 ünvanında ailə tərkibi ilə qeydiyyatdadır. İş materiallarında olan X10 və X13 tərəfindən imzalanmış aktdan görünür ki, həqiqətəndə Əfəndiyev İddiaçı onların qonşusudur. O ünvan 7 ünvanında yaşayır. 2022-ci ilin avqust ayınadək onun mənzilində özü, həyat yoldaşı Əfəndiyeva Şəhla İddiaçı qızı ilə birgə yaşamışlar. 2022-ci ilin avqust ayından onun ailəsi, yəni həyat yoldaşı və övladları onun mənzilindən çıxıb getmişdirlər. Məhkəmə hesab edir ki, mübahisə edilən alqı-satqı müqaviləsinin tərəfləri arasında qohumluq münasibətinin olmasından istifadə edilərək bağlanılmış müqavilənin (baş etibarnamə verilməsi üçün) əslində idarə etmək üçün verilməsi niyyəti ilə olması təsdiq olunmayaraq, əslində nəzərdə tutulmuş müqavilənin bağlanmasının hüquqi əsasının olmaması sübuta yetirilməyərək, iddiaçı tərəfindən tələbin əsasını təşkil edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmə iclasının predmetini təşkil etməmiş, təqdim etdiyi dəlillər isə öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin etibarsızlığı üçün qanunvericilkdə nəzərdə tutulmuş əsasların hazırki mübahisə predmetinin əsasını təşkil etmədiyini, cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz və gətirdikləri dəlillər öz təsdiqini taparaq, alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qənaəətinə gəlməsi üçün məhkəməyə əsas vermişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1-390.3-cü maddəsi). Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (MM 337.1-337.3) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (MM 339.1-339.2) Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. (MM 339.5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqaviləyə bilavasitə “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmişdir. Həmçinin, tərəflər həmin müqavilədə nəzərdə tutulan müddətdə və şərtlərlə əsas müqaviləni bağlamışdırlar. Alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs AR Baş X25 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs AR Baş X25 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar