Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2523/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 456 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1987-ci il tarixli texniki pasportun mərhum atası, 11 yanvar 1972-ci il tarixdə vəfat etmiş Abbas Abduləli oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XXX Ərizəçi xx xxxxxxxx 1956-cı il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 456 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum atası Abbas Abduləli oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli məktubda imtinaya əsas olaraq qeyd edilmişdir ki, onlar tərəfindən təqdim olunmuş hüquq müəyyənedici sənədlərdə mərhumun ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən texniki pasportda və idarənin arxiv qovluğunda mövcud olan texniki pasportda hüquq sahibinin adı “Abbas Abdul oğlu” kimi qeyd olunsa da ölüm haqqında şəhadətnamə “Abbas Abduləli oğlu”-na məxsusdur. Bildirmək istəyir ki, atası – Abbas Abduləli oğludur. 11 yanvar 1972-ci il tarixdə vəfat etmişdir. Texniki pasportda isə mərhum atasının atasının adı səhvən Abduləli yox, Abdul olaraq qeyd edilmişdir. Həmin evə dair 456 nömrəli ev dəftərində isə ata adı olduğu kimi, yəni, Abduləli olaraq qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iş üzrə ərizəçini tanıyır. Belə ki, qonşudurlar. Atasını da tanımışdır. Atasının adı Abbas olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Atasının adı Abbas olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, XXX Ərizəçi xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Corat qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 318358 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş təkrar verilmiş surətindən görünür ki, Abbas Abduləli oğlu xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində ağ ciyərində güllə yarası olmasın nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1972-ci ilin 02-ci ayının 24-cü günündə 06 nömrə ilə qeyd edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 04.1987-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, sözügedən ev Abbas (Аббас) Abdulun (Абдул) sahibliyindədir. İş materiallarında olan ev dəftərinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 456 nömrəli evdə Abbas Abduləli oğlu məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 456 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum Abbas Abduləli oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, onlar tərəfindən təqdim olunmuş hüquq müəyyənedici sənədlərdə mərhumun ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən texniki pasportda və idarənin arxiv qovluğunda mövcud olan texniki pasportda hüquq sahibin adı “Abbas Abdul oğlu” kimi qeyd olunsa da, ölüm haqqında şəhadətnamə “Abbas Abduləli oğlu”-na məxsusdur. Nəzərə çatdırılmışdır ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilməmişdir ki, ərizəçinin atası Abbas Abduləli oğlu olmuş və ondan miras qalmış evin texniki pasportunda adında olan uyğunsuzluq səbəbinə görə həmin əmlakın sənədləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaqüçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 456 saylı fərdi yaşayış evi ərizəçinin atası Abbas Abduləli oğlunun sahibliyində olmuş, həmin evdə Abbas Abduləli oğlu yaşamış, hazırda isə ərizəçi öz ailəsi ilə birlikdə yaşayır. Lakin, həmin evə dair Sumqayıt texniki inventar bürosu tərəfindən tərtib edilmiş 1987-ci il tarixli "Fərdi yaşayış evinə aid texniki Pasport”da Abbas Abduləli oğlunun adı Abbas Abdul oğlu kimi qeyd olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abbas Abdul oğlunun adına verilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 456 saylı fərdi yaşayış evinə dair Sumqayıt texniki inventar bürosu tərəfindən tərtib edilmiş 1987-ci il tarixli "Fərdi yaşayış evinə aid texniki Pasport”un Abbas Abduləli oğluna aid olması faktımüəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Abbas Abdul oğlunun adına verilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 456 saylı fərdi yaşayış evinə dair Sumqayıt texniki inventar bürosu tərəfindən tərtib edilmiş 1987-ci il tarixli "Fərdi yaşayış evinə aid texniki Pasport”un Abbas Abduləli oğluna aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2523/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2523/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver