Məhkəmə qərarları › İş №2(060)-2524/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2524/2024

29.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2524/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunu katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səfərova Gülbibi Sumbat qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Səfərova Gülbibi Sumbat qızına qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Səfərova Gülbibi Sumbat qızına qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası - X3 miras qalmış Sumqayıt şəhəri 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzilə dair Cavabdeh1 verdiyi vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və həmin vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, 16cı məhəllə, ev 32A/29, 4 saylı mənzilə dair 1/3 pay müəyyən olunmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestrində 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 Nizami Sumbat oğlunun hüquqi varisi qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qarşı Sumqayıt şəhəri 16cı məhəllə, ev 32A/29, 4 saylı mənzilin bölgüsünü apararaq onlar iddiaçılara 3/4 pay Cavabdeh2 1/4 payın müəyyən olunması haqqında iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdilər. Həmin mülki iş məhkəmənin icraatındadır. Hal-hazırda iddia ərizəsinə əlavə verərək MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizələrin əsasını və tələblərini dəyişdirirlər. Belə etməklərinin əsas səbəbi odur ki, onlar savadsız olduqlarına görə Cavabdeh1 vərəsəlik hüquqlarını onlara düzgün izah etməmiş, onların hüquqlarını pozmuşdur. Bundan başqa vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyərkən digər Cavabdeh2 vərəsə olmasına etiraz etdikləri halda, ona vərəsəlik şəhadətnaməsi vermişdir. Bundan əlavə tərəflər arasında mübahisə olduğu halda onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş, lakin buna baxmayaraq sonradan mübahisə olduğu halda qanunsuz olaraq miras əmlak barədə vərəsələrə 1/3 pay müəyyən olunmaqla, vərəsəlik şəhadətnamələri vermişdir. Bu isə Notariat Hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimata və qanunvericiliyə zidd olmuşdur. Onlar məhkəmədə miras əmlakın bölünməsi barədə iddia qaldırdıqları halda mülki işə baxılarkən onlara məlum olmuşdur ki, notariat ofisi qanunazidd vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də hesab edirlər ki, mirasa dair 1/3 pay müəyyən olunmaqla verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və vərəsəlik şəhadətnamələri əsasında miras əmlaka Daşınmaz Əmlakın Dövlət Reyestrində 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməlidir. Bundan əlavə Cavabdeh2 miras qoyan mərhum anaları X9 baxmamış, bir övlad kimi onu maddi və mənəvi dəstəkləməmiş, əksinə bacılarının vərəsəlikdən məhrum edilməsi və gələcəkdə özünün yeganə vərəsə olacağını təmin etməyə yönəlik əxlaqa və mənəviyyata zidd hərəkətlərə yol vermişdir. Mərhumun yaşadığı evə narkotik maddə atmaq barədə mərhuma təklif etmiş, belə təklif etməkdə isə məqsədi anamla yaşayan bacısını tutdurmaq olmuşdur. Lakin, anası buna etiraz etmiş və cavabdeh qardaşını qovmuşdur. Bundan başqa cavabdeh birgə yaşayış qaydalarını pozaraq öz yaşayış ünvanı üzrə qohum-qonşulara qarşı da əxlaqsız və mənəviyyata-zidd əməllərə yol vermişdir. Mərhum miras qoyanı gözdən salacaq nalayiq və bir övlada yaraşmayan hərəkətlərə yol verərək miras qoyanın mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Buna görə də Cavabdeh2 sağlığında mərhuma, anasına və bacılarına qarşı nalayiq davranışları, Sumqayıt şəhərində baş vermiş çoxsaylı cinayət əməlləri nəzərə alınaraq, o cümlədən miras qoyanı döyməsi və incitməsi, ona qarşı onu gözdən salan hərəkətlərə yol verməsi hallarına görə, ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməlidir. Bu halları həm də o sübut edir ki, anası Nümayəndə baş etibarnamə vermiş və gələcəkdə də miras əmlakı onlara vəsiyyət etmək istəmişdir. Lakin xəstə olması səbəbindən bunu edə bilməmişdir. Bu halları qonşular da təsdiq edirlər. Bunu da qeyd edir ki, cavabdeh erməni hadisələri ilə əlaqədar Sumqayıt hadisələrində evlərə hücumlar təşkil edən Edik Qirqoryanla birlikdə evlərə hücum etməsi səbəbilə də cinayət məsuliyyətinə cəlb olunmuşdur. Mərhum anaları- X3 Sumqayıt şəhəri 16-cı məhəllə ev 32A/-29, 4 saylı mənzil miras qalmışdır. Cavabdeh onların qardaşlarıdır. Cavabdehlə aralarında miras əmlakın bölünməsi barədə mübahisə olduğuna görə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariusu tərəfindən 07 mart 2023-cü il tarixli 566 saylı imtina məktubu verilmişdir. Aralarında olan mübahisə ondan ibarətdir ki, cavabdeh anaları sağ olarkən ona baxmamış, münasibətləri yaxşı olmamışdır. Hər dəfə mərhum anaları müalicəsi və xəstəliyi ilə əlaqədar bir övlad kimi köməklik etməsini istəsələr də, cavabdeh etinasızlıq edərək biganəlik göstərmişdir. Heç bir vaxt anasına qayğı və diqqət göstərməmiş, onunla maraqlanmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 vaxtında mərhum analarına baxmamışdır. Anasına həmişə bacısı qulluq edib. Nizaminin bu evdə heç bir haqqı yoxdur. Bu gün isə əmlakdan pay olaraq 50000 manat pul alacağını bildirir. O, vərəsəlikdə nəzərə alınmadığı üçün vərəsəlik şəhadətnamələrinin ləğv edilməsini istəyir. Hesab edir ki, Nizaminin əmlak üzərində heç bir haqqı yoxdur. Vərəsəlik şəhadətnaməsi verilən zaman xəstə idi və müalicə alırdı və bu səbəbdən həmin proseslərdə iştirak edə bilməyib. Nizami tez-tez bacılarını zəng edib narahat edir. Qeyd edir ki, Ceyhun Gülbibinin xeyrinə öz payından imtina edib. O da özünə düşən paydan bacılarının xeyrinə imtina edib. Qardaşı Nizami artıq rəhmətə gedib. Bu barədə ona heç kim məlumat vermir. Bəlkə qardaşı zərbə nəticəsində rəhmətə gedib. Bu məsələdə onun yoldaşından şübhələnir, buna görə də bu məsələ barədə prokurorluğa müraciət edəcəkdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda Cavabdeh2 vərəsəlikdən çıxarılmasını istəyir. Onların qardaşları Nizami ilə münasibətləri uşaq vaxtından pisdir. Nizami hərbi xidmətdən gəldikdən sonra bir neçə dəfə qonşuların uşaqlarına təcavüz etmişdir. Atası ilə dalaşmış və nəticədə atası insult keçirmişdir. Anası da vəfat edərkən Nizamiyə əmlakından heç nə verilməməsini vəsiyyət etmişdir. Anası vəfat edərkən ev anasının öz adına olmuşdur. Bundan başqa Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən notariusda Ceyhunun vəsiyyətdən imtina işi olmuşdur. Onu da bildirir ki, notariusda Nizaminin adından çıxış etməyib. Hətta məhkəmənin digər hakiminin icraatında Nizamiyə qarşı “ləyaqətsiz vərəsə” ilə bağlı iddiaları olmuşdur. Lakin məhkəmə həmin iddianı təmin etməmişdir. Anaları şizofreniya xəstəliyindən əziyyət çəkdiyi üçün sağlığında qardaşının “ləyaqətsiz vərəsə” elan edilməsi ilə bağlı iddia qaldırmayıb. Bundan başqa qardaşı Məzahir mirasdan imtina barədə ərizə verməyib. Asan xidmətdə ərizənin məzmunu ilə bağlı səhvə yol veriblər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səfərova Gülbibi Sumbat qızı iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Hazırda digər qardaşı Cavabdeh2 vərəsəlikdən çıxarılmasını istəyir. Belə ki, o sağlığında anasına baxmamış və hazırda vəfat etmişdir. Qardaşı Məzahir isə xəstə olduğundan notariusda iştirak edə bilməmişdir. Hesab edir ki, mənzil vərəsələrdən birinin mülkiyyətinə keçirilməli, satılmalı və yalnız bundan sonra aralarında bölünməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2 hüquqi varisi X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi X13 məhkəməyə məktub ünvanlayaraq işə onların iştirak olmadan baxılmasını xahiş etmişdir, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh2 hüquqi varisi X13 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, M.Səfərov tərəfindən qaldırılmış iddia tələbini qəbul etmir, belə ki, iddiaçı vərəsəlik rəsmiləşən zaman miras əmlakdakı vərəsə payından imtina etmiş və yalnız bir necə il sonra mərhum həyat yoldaşına qanun üzrə vərəsə kimi çatan 1/3 paya verilmiş qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnaməni mübahisələndirmişdir. Notariat ofisi tərəfindən miras əmlakdakı vərəsə paylarının bölgüsü düzgün, qanunun tələbi əsasında aparılmış və həmin sənədlərin ləğvi üçün hec bir əsas yoxdur. Bundan başqa qarşı tərəf digər vərəsələrin təhriki ilə bu əsassız iddianı vermişdir, belə ki, bundan qabaq digər vərəsələr olan bacıları məhkəmədə mərhum həyat yoldaşının vərəsəlik payı ilə baglı mübahisə qaldırmış və həmin mübahisələr üzrə onların iddia tələbləri əsassız sayılmışdır. İndi də miras əmlakda vərəsə payından imtina etmiş şəxsin adından bu iddia verilmişdir. AR MM-nin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. AR MM-nin 1272-ci maddəsinə görə mirasın qəbulu və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Göründüyü kimi qaldırılmış iddia tələbi tam əsassızdır. O, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcək, iddia tələbi ilə baglı mövqeyini və münasibətini yazılı surətdə təqdim edir. Qeyd edilənlərə əsasən işə onun iştirakı olmadan baxmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzil (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 118, M2, m2) xüsusi mülkiyyət hüququ üzrə Nümayəndə adına 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Mənzilin 1/3 hissəsi Səfərova Gülbibi Sumbat qızına, 1/3 hissəsi isə Cavabdeh2 məxsusdur. İşdə olan AZ-İİ 267998 nömrəli tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində xx.xx.2022-ci ildə 227 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X7 vərəsələri Nümayəndə və Səfərova Gülbibi Sumbat qızıdır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X9 oğluna verilmiş **********79-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzildən (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 118, M2, m2) ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəli **********TF32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzil (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 118, M2, m2) ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın 2/3 hissəsi açıq saxlanılır. İşdə olan **********866 nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Notariat Ofisinə müraciət etmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzil (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 118, M2, m2) xüsusi mülkiyyət hüququ üzrə X7 adına 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Səfərova Gülbibi Sumbat qızı Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzildə qeydiyyatdadır. İşdə olan **********339 nömrəli ərizədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüş X3 qalan miras əmlakın ona çatası hissəsindən Səfərova Gülbibi Sumbat qızının xeyrinə imtina etmişdir. İşdə olan **********243 nömrəli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüş anası X3 miras qalmış əmlakı qəbul etmiş, ondan başqa digər vərəsələrin (Səfərova Gülbibi Sumbat qızı) olduğunu bildirmiş və miras əmlakın ona çatası hissəsin dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan AZ T 211436 saylı doğum haqıqnda şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1962-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X6, anası X11r. İşdə olan **********344 nömrəli ərizədən görünür ki, Səfərova Gülbibi Sumbat qızı xx.xx.2022-ci il tarixdə ölmüş anası X3 miras qalmış əmlakı qəbul etmiş və miras əmlakın ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan **********021 nömrəli ərizədən görünür ki, Nümayəndə xx.xx.2022-ci il tarixdə ölmüş anası X3 miras qalmış əmlakı qəbul etmiş və miras əmlakın ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1ndə Notariat Ofisinin 540 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras qalmış əmlaka dair Nümayəndə 1/3 hissədə xx.xx.2023-cü il tarixli, 2V/295 reyestr nömrə ilə tədiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-200/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə mərhum X3 miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzil Nümayəndə tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2550/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Səfərova Gülbibi Sumbat qızı və Nümayəndə Cavabdeh2 qarşı miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakıın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdurülməsı şöbəsi tərəfindən verilmiş 07 12.1988-ci il tarixli, 11/796 saylı order əsasında X8 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2003-cu il tarixli 4Ə3/327 reyestr nömrəlı alqı-satqı müqaviləsi əsasında sözügedən mənzıl üzənndə X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır.Suçqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 4Ə3/468 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində Səfərova Gülbibi Sumbat qızının mülkiyyət hüququ qeydiyyata alınmışdır, icra olunması üçün idarəyə daxil olmuş Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3527/24 saylı, 17 07.2014-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə mənzil üzərində X4 hüquqları qeydiyyata alınmışdır Bundan sonra təqdim olunan 1 saylı Sumqayıt regional ‘ASAN Xidmət mərkəzində notariat ofisinin təsdiq etdiyi 04.03 2023-cü il tarixli, 2V-291 və 2V-295 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında paylı mülkiyyət hüququ üzrə Cavabdeh2, Nümayəndə və Səfərova Gülbibi Sumbat qızının 1/3 hissədə adlarına qeydiyyata alınmışdır Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. İş materiallarında olan Cavabdeh1ndə Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4255 nömrəli məktubundan görünür ki, X12 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi notariat ofisinə xx.xx.2023-cü il tarixli 81-44612 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan imtina edilməsi” barədə ərizə ilə müraciət etmişdir. X5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilmədiyi və mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd edilən halın araşdırılması ilə əlaqədar elektron məhkəmə informasiya sistemindən şəxsin notariat əməliyyatları barədə edilmiş çıxarışdan görünür ki, X12 (nümayəndəsi Nümayəndə vasitəsilə) xx.xx.2023-cü il tarixdə ərizə ilə notariat orqanına müraciət edərək, vəfat etmiş anası X7 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi - ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı anası X7 ölümündən sonra ondan qalan mirası nə notariat ofisinə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini bildirmişdir. Onun sözügedən ərizəsi hal-hazırda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasdan imtina ilə əlaqədar münasibətləri tənzimləyən normalarına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (1256). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (1261). Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir (1267). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (1268.1). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının mirası hər hansı formada qəbul etdiyi müəyyən edilmir. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən notariat orqanına mirası qəbul etmədiyi və gələcəkdə də mirası qəbul etmək fikrində olmadığı barədə ərizə verilmişdir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən göründüyü kimi iddiaçı mərhum anasından miras qalmış (2022-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hüququnu itirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Səfərova Gülbibi Sumbat qızına qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Səfərova Gülbibi Sumbat qızına qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar