Məhkəmə qərarları › İş №2(060)-2531/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2531/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2531/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X20 İcrayə Komitəsinin xx.xx.1986-cı il tarixli 12 saylı protokolunda X5 Ərizəçi ilə, əri X6 ilə X7 ilə və qızı X8 ilə X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı ünvan 1 ünvanda yerləşən 124 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 71 ünvanda yerləşən 124 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətinə əlavə olunan sənədlərin araşdırılması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 569 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında adları qeyd olunan şəxslərin ad və soyadlarında uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Ona görədə hazırda Sumqayıt şəhər X16 İcrayyə Komitəsinin 12 nömrəli protokolunda qeyd olunmuş X5 Ərizəçi ilə, əri X6 ilə X7 ilə və qızı X8 ilə X4 eyni şəxs olması ilə bağlı faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı-Ərizəçi və əri-X7, qızı-X9 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2019-cu il tarixli Sumqayıt şəhər X16 İcrayyə Komitəsinin 12 nömrəli xx.xx.1986-cı il tarixli protokolundan görünür ki, ərizəçinin soyadı, adı, ata adı X3 qeyd edilmişdir. İşdə olan İİİ-JQ № 426709 saylı, xx.xx.1984-cü il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X1, özü X2 qeyd edilmiş və ərizəçiyə Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Ərizəçi ərizəsi əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 569 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında adları qeyd olunan şəxslərin ad və soyadlarında uyğunsuzluqlar olduğu müəyyən olunduğundan sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi, əri X7 qızı X4 Sumqayıt şəhər X20 İcrayə Komitəsinin xx.xx.1986-cı il tarixli 12 saylı protokolunda qeyd olunan X11, əri X6 və qızı X8 ilə eyni şəxs olmaları öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X20 İcrayə Komitəsinin xx.xx.1986-cı il tarixli 12 saylı protokolunda X5 Ərizəçi ilə, əri X6 ilə X7 ilə və qızı X8 ilə X4 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar