Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-255/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların nümayəndələri Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsini qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi “X2” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “Ərizəçi1”-nın, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi Ərizəçi2 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindəki və А-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Ərizəçi2”nun eyni şəxs olması və sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdır ki, İmişli rayonu Aqrar-İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 15 saylı qərarı ilə ərizəçilərin 3 nəfərdən ibarət ailələrinə kənd təsərrüfat məhsullarının istehsalı məqsədilə ailə başçısı Nümayəndə adına 1,21 ha. torpaq sahəsi verilməsi qərara alınmış və bu barədə JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Lakin həmin sənəddə texniki səhv olaraq birgə mülkiyyətçilər Ərizəçi1 adı “Mərziyyə”, Ərizəçi2 ata adı isə “Təvəkkül” kimi getmişdir.Göstərilən “Torpağa 'mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin qeydiyyata alınması barədə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişlər. Lakin hazırkı iş üzrə maraqlı şəxs xx.xx.2022-ci il tarixli ********** saylı məktubu ilə müraciətlərində göstərilən məsələnin - JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ” sənədindəki hüquq sahiblərindən X1 dəyişdirilərək, Ərizəçi1 kimi Ərizəçi2 Təvəkkül oğlunun dəyişdirilərək Ərizəçi2 kimi qeyd olunmasının onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.Həmin torpaq sahəsində əkdikləri və becərdikləri məhsula görə dövlət tərəfindən subsidiya almaq üçün Dövlət Aktında hüquq sahiblərinin-hazırkı iş üzrə ərizəçilər Ərizəçi1 adı, Ərizəçi2 ata adı fərqli olduğundan mülkiyyət hüquqlarını qeydə aldıra bilmirlər.Qeyd olunanlara əsasən JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi “X2 ” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “Ərizəçi1”-nın, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi Ərizəçi2 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindəki və А-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Ərizəçi2”nun eyni şəxs olması və sənədin onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edəsiniz. Ərizəçi1 və Ərizəçi2 30 noyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, ərizənin “xahiş etdim” hissəsində Ərizəçi2 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş Ərizəçi2 Təvəkkül oğlu ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Orxanın atası Vilayət adı əvəzinə Təvəkkül yazılıb.Onun adıda Mərziyə əvəzinə Mərziyyə yazılıb.27 ildir ki, Sumqayıtda yaşayır. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Sumqayıtda yaşayır.Səhvi 2 il olar ki, biliblər.Torpaq çoxdan ayrılıb.Əkib becərə bilmirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdiyini bildirərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirdi ki, Mərziyə bacısıdır. Ailədə 3 qardaş və 3 bacı olmaqla 6 nəfərdilər.Əvvəllər İmişli rayonu Qızılkənd qəsəbəsində yaşamışlar.1996-cı ildən Sumqayıt şəhərinə köçmüşlər.Bir oğlu var, adı Orxandır.Babasının adı Təvəkküldür.Səhvən ata adı əvəzinə yazılıb. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirdi ki,1963-cü ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayır. Ərizəçi1 ilə iyirmi altı ildir ki, bir yerdə 37№-li məktəbdə işləyir.Ərizəçi2 adlı bir oğlu var. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin izahatını dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********56 “Mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi” barədə bildirişin məzmunundan görünür ki, onların İmişli rayonu, Qızılkənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin "Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” sənədinin qeydiyyata alınması barədə 13 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətlərinə baxılmışdır. Bildirmişdilər ki, sözü gedən torpaq sahəsinə aid JN-0077 nömrəli torpaq sahəsinin “Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” sənədində hüquq sahiblərindən X1 dəyişdirilərək Ərizəçi1 kimi, Ərizəçi2 Təvəkkül oğlunun dəyişdirilərək Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 307.2.5 maddəsinin tələblərinə əsasən qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etməylərini tövsiyə etmişdirlər. JN № 0077 Kod № 90700108 nömrəli 25 oktyabr 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Nümayəndə İmişli rayonu qızılkənd sakini olmaqla onun ailə üzvləri X2 və Ərizəçi2 Təvəkkül oğlundan ibarətdir.İmişli rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 15 saylı qərarı ilə 1.21 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və bu dövlət aktı qeydiyyat kitabında 10.226 nömrə ilə qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(120)-1741-2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X1 və Ərizəçi2 Təvəkkül oğlunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında düzəliş olunaraq, Dövlət aktı əsasında dövlət kadastrı və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli 1154 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan Ərizəçi1 ailə üzvləri, Nümayəndə və Ərizəçi2dur. AZ-İİ № 652698 seriyalı 652698 saylı doğum haqqında şəhatədnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci ildə İmişli rayonunda anadan olmuşdur, atası Nümayəndə, anası Ərizəçi1dır. Nikahın bağlanması haqqında şəhatədnamənin sürətindən görünür ki, Nümayəndə ilə X4 arasında bağlanmış, 03 iyun 1993-cü il tarixində akt qeydləri kitabında 8 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada isə Qarayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçilərə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçilərin adı, soyadı və ata adı onlara məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi, AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsində “Ərizəçi2” kimi qeyd olunmalarına baxmayaraq, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “X2” kimi, Ərizəçi2 Təvəkkül oğlu kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi Dövlət Aktı hüquq müəyyənedici sənəddir və ərizəçilərə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçilərin adı, ata adı səhv göstərildiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “X2” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “Ərizəçi1”-nın, Ərizəçi2 Təvəkkül oğlunun AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindəki və А-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Ərizəçi2”nun eyni şəxs olması və sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “X2” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “Ərizəçi1”-nın, Ərizəçi2 Təvəkkül oğlunun AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindəki və А-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Ərizəçi2”nun eyni şəxs olması və sənədin onlara məxsus olması faktı müəyyən edilsin.İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-255/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-255/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver