Məhkəmə qərarları › İş №2(060)-2577/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2577/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2577/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mkr, ev 53, 28 saylı mənzilə verilən suya görə əsassız hesablanmış 136,53 manat məbləğində borcun iddia müddəti tətbiq etməklə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə 135,19 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 53, 28 saylı mənzil ona məxsusdur. X1 2001-ci ildə, X5 isə 2007-ci ildə ailə quraraq qeydiyyatda olduqları həmin mənzildən köçmüşlər. Cavabdeh təşkilat xx xxx 2013-cü il tarixdə mənzilə sayğac quraşdırılmışdır. Lakin sayğac quraşdırılanadək qızlarının orada yaşamamalarına baxmayaraq cavabdeh tərəfindən onların adına borc hesablanmışdır. Övladlarının həmin mənzildə yaşamadıqları əlavə etdiyi arayışlarda qeyd olunmuşdur. Cavabdeh tərəfindən ondan qanunsuz olaraq 135,19 manat borc tələb olunur. Eləcə də mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələb tələblər üzrə iddia müddəti üç ildir. Buna görə də həmin müddət keçdiyindən hesab edir ki, iddia müddəti əsassızdır. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, qeyd olunan ünvanda abonent kimi xx.xx.2002-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Hazırda xx xxxx 2021-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 135,19 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixdə kod açılaraq 5 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır, xx.xx.2013-cü il tarixdə sayğac quraşdırılmış və hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Borcun ödənilməsi ilə bağlı iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş göndərilsə də istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, iddia edilən borc məbləği 2011- 2014-cü illərə dair ödənilməmiş borc məbləğidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2021-ci il tarixli Abonent kartından görünür ki, ünvan 1 ünvanında (abonent kodu **********280) 135,19 manat borc vardır. Sumqayıt Sukanal İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, ünvan 1 sayğaclı ünvandır. 2011-ci ildə 99 manat, 2012-ci ildə 97 manat, 2013-cü ildə 8,86 manat, 2014-cü ildə 9,68 manat ödənilməmiş borc olmuş, abonent tərəfindən 2015-ci ildə aparılmış ödəniş nəticəsində (-) 3,32 manat, 2016-cı ildə (-) 2,19 manat, 2017-ci ildə 0 manat, 2018-ci ildə (-) 34,50 manat, 2019-cu ildə (-) 35,50 manat, 2020-ci ildə (-) 02 manat və 2021-ci ilin mart ayına (-) 1,84 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. Həmin Qaydaların 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 373.2-ci mddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən arayışın məzmunundan göründüyü kimi cavabdeh 2011-2014-cü illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borcu tələb etmək hüququnu iddiaçı ötürmüşdür. Eləcə də qalan 2015-2021-ci illər ərzində borcundan əlavə ödənişlər etdiyindən, bu məbləğ əvvəlki illər ərzində hesablanan borcundan çıxılaraq nəticədə 135,19 manat borc yaranmışdır. Məhkəmə qeyd edir ki, 2011-2014-cü illər üzrə yaranmış borcun tələb etmə müddəti keçdiyindən eləcə də iddia müddəti tətbiq edilməklə 135,19 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 135,19 (bir yüz otuz beş manat on doqquz qəpik) manat borc mənzilin abonent hesabından (abonent kodu **********280) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar