Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2627/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil2, Cavabdeh2, onun və Cavabdeh1 Əbdüləli qızının etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci ildə Sumqayıt şəhər 1 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 Əbdüləli qızı ilə Cavabdeh2 arasında onlardan gizlincə razılaşmaqları və xəbərləri olmadan üzərində fərdi yaşayış evi tikib 17 ilə yaxın bir müddətdə yaşadıqları Sumqayıt şəhəri, 21-ci mikrorayon, 3701 saylı torpaq sahəsinin cavabdehə bağışlanması barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdən tikiliyə sərf etdikləri xərclərin, o cümlədən fundament betonuna - 2600 manat, dağ hörgü işi üçün ustaya - 6000 manat, suvaq materialı və usta pulu - 4500 manat, dam örtüyü materialı və usta pulu - 6500, qapı-pəncərə ümumi - 4000 manat, döşəmə tavan usta pulu - 6700 manat, kombi-radiator - 4800 manat, hamam-tualet kafelmetlaq - 3500 manat, sayğac xətləri - 2600 manat, darvaza - qapı - 2000 manat, divar kağızı malyar usta pulu - 4000 manat, divar kağızı malyar material pulu - 2700 manat, kanalizasiya-lyuk - 1600 manat, elektrik material pulu - 1000 manat, qara pol material usta pulu - 1800 manat, qum sement hörgüyə - 1200 manat, divar hörgüsü xərc usta pulu qarışıq - 800 manat, dəhliz mətbəx metlak usta pulu -1200 manat, 20 metr üzüm üçün çardaq - 700 manat, tövlənin üstündəki dam örtüyünün dəyişilməsi və iribuynuzlu heyvanlar saxlamaq üçün şəraitin düzəldilməsi üçün material qarışıq - 600 manat, cəmisi 57.600 (əlli yeddi min altı yüz) manatın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hal-hazırda iddiaçılar İddiaçı1, İddiaçı2və İddiaçı3 və iş üzrə cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2020ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, iddia tələbi ilə bağlı razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı2 və İddiaçı1 vəkili Vəkil2 tərəflər razılığa gəldiyi üçün, barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun və Cavabdeh1 Əbdüləli qızının etibarnamə üzrə nümayəndəsi Vəkil1 mülki işin gedişi zamanı tərəflər barışıq əldə etdiklərindən, icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə iş üzrə cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 arasında notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar: 1.1 Bu müqavilənin predmetini Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3046/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhər İcra İdarəsinin icraatında olan tələbkar X3 (birinci təfər, tələbkar), İddiaçı2, Əbdulzadə Rövşən Əbdui oğlu və X1 (ikinci tərəflər) qarşı Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 370E saylı torpaq sahəsi və fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbləri barədə icra işi üzrə və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2627/2020 saylı mülki iş üzrə iddiaçılar X4, Əbdulzadə Rövşən Əbdül oğlu və İddiaçı1 (birinci tərəflər), cavabdelhlər X6 və Cavabdeh1 Əbdüləli qızına (ikinci tərəf) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə, birinci tərəflə ikinci tərəf arasında barışıq əldə olunduğuna görə qarşılıqlı iddia tələblərinə son qoyduqları barədə rəsmi öhdəliklər və vəzifələr təşkil edir. 1.2 Bu Müqavilə imzalananda tərəflər aşkar şəkildə bəyan edirlər ki, həqiqi niyyətləri belədir: Barışıq sazişi işi sülh yolu ilə həll etmək niyyəti ilə tərtib olunmuş və hər iki tərəf Sumqayıt Şəhər məhkəməsinin və Sumqayıt şəhər İcra idarəsinin icraatında olan həmin mübahisələrə xitam verilməsi üçün bu saziş Məhkəməyə və İcra İdarəsinə təqdim etməklə əsasdır. 2.1 Barışıq sazişi üzrə tərəf olan X8iu, barışıq sazişinin digər tərəfi olan X5, Əbdülzadə Rövşən Əbdül oğlu və İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu ıl tarixli 2(105)-3046/2019 saylı qətnaməsinin icrası ilə bağlı yəni onların Sumqayıt şəhəri, 21-ci mkr, 370E saylı torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən çıxmaları müqabilində həmin torpaq sahəsi satıldıqdan sonra onlara 30000 (otuz min) manat pul ödəməyi və həmin qətnamənin icrasından imtina etməyi öz öhdəsinə götürür. 2.2 Barışıq sazişinin tərəfləri X4, Əbdülzadə Rövşən Əbdül oğlu və Əbdülova X2 21ci mkr., 370E saylı torpaq sahəsindən və fərdi yaşayış evindən könüllü çıxıb boş torpaq sahəsini ve boşaldılmış fərdi yaşayış evini Cavabdeh2 təhvil verməyi öz öhdələrinə götürürlər. 2.3 Barışıq sazişi uzrə tərəf olan X4, Əbdülzadə Rövşən Əbdul oğlu və Əbdülova X2 şəhər MəhKəməsının icraatında olan xx.xx.2020-ci il tarixli 2(060)-2627/2020 saylı mülki iş üzrə iddialarından imtina etməkləri barədə məhkəməyə ərizə verməyi öhdələrinə götürürlər. 2.4 X4, Əbdülzadə Rövşən Əbdül oğlu və İddiaçı1, Cavabdeh2 Sumqayıt şəhəri, 21ci mkr., 370E saylı torpaq sahəsinin və oradakı fərdi yaşayış evinin tikilinin 3-cü şəxslərə satılmasına mane olmayacaqlarını öhdələrinə götürürlər. Tərəflər üzərlərinə düşən öhdəlikləri eyni vaxtda icra etməyi qəbul edirlər. 2.5 Hər bır tərəf bu barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yaranacaq bütün xərcləri özü ödəyir. 2.7 Əgər hər hansı X13 ilə üzərinə götürdüyü öhdəlikləri üzrsüz səbəblərdən yerinə yetirməzsə və yaxud vəzifələrinin vaxtında üzrsuz səbəbdən icra etməməsi səbəbindən qarşı Tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cı maddəsi ilə nəzərdə tutulan zərər çəkərsə, öhdəliklərin yerinə yetirilməməsində təqsiri müəyyən olunmuş tərəf qarşı tərəfə zərərin tam əvəzini və zərərin vurulub-vurulmamasından asılı olmayaraq 10000 (on min) manat məbləğində cəriməni ödəməlidir. 2.8 Bu sazişin şərtləri hər iki tərəf üçün məcburi qüvvəyə malik olan öhdəlikdir, əgər hər hansı tərəf sazişin şərtlərinə əməl etməzsə, hüquqları pozulan şəxş məhkəməyə müraciət edərək sazişdə nəzərdə tutulan öhdəliklərin tam icrasını tələb edə bilər. 2.9 Tərəflər öhdəlik götürürlər ki, bir daha yuxarıda göstərilən tələblərlə bağlı birbirinə qarşı heç bir iddia qaldırmayacaq və bir-birlərini narahat etməyəcəklər. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və iş üzrə cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.1 Bu müqavilənin predmetini Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3046/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhər İcra İdarəsinin icraatında olan tələbkar X3 (birinci təfər, tələbkar), İddiaçı2, Əbdulzadə Rövşən Əbdui oğlu və X1 (ikinci tərəflər) qarşı Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 370E saylı torpaq sahəsi və fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbləri barədə icra işi üzrə və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2627/2020 saylı mülki iş üzrə iddiaçılar X4, Əbdulzadə Rövşən Əbdül oğlu və İddiaçı1 (birinci tərəflər), cavabdelhlər X6 və Cavabdeh1 Əbdüləli qızına (ikinci tərəf) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə, birinci tərəflə ikinci tərəf arasında barışıq əldə olunduğuna görə qarşılıqlı iddia tələblərinə son qoyduqları barədə rəsmi öhdəliklər və vəzifələr təşkil edir. 1.2 Bu Müqavilə imzalananda tərəflər aşkar şəkildə bəyan edirlər ki, həqiqi niyyətləri belədir: Barışıq sazişi işi sülh yolu ilə həll etmək niyyəti ilə tərtib olunmuş və hər iki tərəf Sumqayıt Şəhər məhkəməsinin və Sumqayıt şəhər İcra idarəsinin icraatında olan həmin mübahisələrə xitam verilməsi üçün bu saziş Məhkəməyə və İcra İdarəsinə təqdim etməklə əsasdır. 2.1 Barışıq sazişi üzrə tərəf olan X8iu, barışıq sazişinin digər tərəfi olan X5, Əbdülzadə Rövşən Əbdül oğlu və İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu ıl tarixli 2(105)-3046/2019 saylı qətnaməsinin icrası ilə bağlı yəni onların Sumqayıt şəhəri, 21-ci mkr, 370E saylı torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən çıxmaları müqabilində həmin torpaq sahəsi satıldıqdan sonra onlara 30000 (otuz min) manat pul ödəməyi və həmin qətnamənin icrasından imtina etməyi öz öhdəsinə götürür. 2.2 Barışıq sazişinin tərəfləri X4, Əbdülzadə Rövşən Əbdül oğlu və Əbdülova X2 21ci mkr., 370E saylı torpaq sahəsindən və fərdi yaşayış evindən könüllü çıxıb boş torpaq sahəsini ve boşaldılmış fərdi yaşayış evini Cavabdeh2 təhvil verməyi öz öhdələrinə götürürlər. 2.3 Barışıq sazişi uzrə tərəf olan X4, Əbdülzadə Rövşən Əbdul oğlu və Əbdülova X2 şəhər MəhKəməsının icraatında olan xx.xx.2020-ci il tarixli 2(060)-2627/2020 saylı mülki iş üzrə iddialarından imtina etməkləri barədə məhkəməyə ərizə verməyi öhdələrinə götürürlər. 2.4 X4, Əbdülzadə Rövşən Əbdül oğlu və İddiaçı1, Cavabdeh2 Sumqayıt şəhəri, 21ci mkr., 370E saylı torpaq sahəsinin və oradakı fərdi yaşayış evinin tikilinin 3-cü şəxslərə satılmasına mane olmayacaqlarını öhdələrinə götürürlər. Tərəflər üzərlərinə düşən öhdəlikləri eyni vaxtda icra etməyi qəbul edirlər. 2.5 Hər bır tərəf bu barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yaranacaq bütün xərcləri özü ödəyir. 2.7 Əgər hər hansı X13 ilə üzərinə götürdüyü öhdəlikləri üzrsüz səbəblərdən yerinə yetirməzsə və yaxud vəzifələrinin vaxtında üzrsuz səbəbdən icra etməməsi səbəbindən qarşı Tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cı maddəsi ilə nəzərdə tutulan zərər çəkərsə, öhdəliklərin yerinə yetirilməməsində təqsiri müəyyən olunmuş tərəf qarşı tərəfə zərərin tam əvəzini və zərərin vurulub-vurulmamasından asılı olmayaraq 10000 (on min) manat məbləğində cəriməni ödəməlidir. 2.8 Bu sazişin şərtləri hər iki tərəf üçün məcburi qüvvəyə malik olan öhdəlikdir, əgər hər hansı tərəf sazişin şərtlərinə əməl etməzsə, hüquqları pozulan şəxş məhkəməyə müraciət edərək sazişdə nəzərdə tutulan öhdəliklərin tam icrasını tələb edə bilər. 2.9 Tərəflər öhdəlik götürürlər ki, bir daha yuxarıda göstərilən tələblərlə bağlı birbirinə qarşı heç bir iddia qaldırmayacaq və bir-birilərini narahat etməyəcəklər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər barışdıqları üçün xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2627/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2627/2020
17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver