Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-264/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı xx.xx.1980-ci il təvəllüdlü X5 2012-ci ildən ruhi xəstə olmaqla Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserində və AR Təbib «Sumqayıt Tibb Mərkəzi» PHŞ-nın 2 nömrəli xəstəxanasının Poliklinika şöbəsində ruhi xəstə kimi qeydiyyatdadır. Ərizəçi qardaşına bu xəstəliklə bağlı AR ƏƏSMN TSEK tərəfindən müddətsiz 1-ci qrup əlillik dərəcəsi təyin olunmuş və pensiya alır. Qardaşı xəstə olduğu üçün hərbi xidmətə aparılmamış və hərbi xidmətə yararsız hesab olunmuşdur. O, ailə qurmamış və ərizəçinin öhdəsində yaşayır, özünü müstəqil idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı vardır, öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir. Qardaşının qəyyuma ehtiyacı vardır. Ərizəçi bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ərizəçiyə bildirilmişdir ki, məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər. Göstərilənlərə əsasən ərizəçinin qardaşı xx.xx.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri ZAQS şöbəsi tərəfindən xx.xx.1980-cü il tarixdə verilmiş Vİ-ЖГ № 484385 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 yanvar 1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası Qulamov Yəhya Heybət oğlu, anası X1r.
8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş AZ-T № 256948 saylı doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası Qulamov Yəhya Heybət oğlu, anası X1r.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-02 seriyalı 277263 nömrəli arayışdan görünür ki, X5 müddətsiz olaraq 1-ci qrup əlildir. xx.xx.2012-ci il tarixli, 3174 nömrəli müayinə aktına əsasən, X2 daim kənar şəxsin köməyinə ehtiyacı vardır.
10. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB “Sumqayıt Tibb Mərkəzi” PHŞ üzrə 2 nömrəli şəhər xəstəxanasının Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 810 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 1980-ci il təvəllüdlü X5 2 nömrəli şəhər xəstəxanasının PŞ-nin psixiatrik kabinetində paranoid şizofreniya fasiləsiz gedişli F20.0 diaqnozu ilə qeydiyyatdadır.
11. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 241 nömrəli hərbi bilet əvəzi arayışından görünür ki, X5 xx.xx.2012-ci ildə İHXÇ üzrə DX-nin Sumqayıt şəhəri İdarəsinin HHK-sı tərəfindən xəstəliklər cədvəlinin, 1 qrupunun, 15-ci maddəsinə əsasən (AR NK-nin xx.xx.2008-ci il tarixli, 59 №-li əmri) hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2023-cü il tarixli, 3573 №-li rəyindən görünür ki, X3 “Şizofreniya paranoid forma, psixi qüsur halı” xroniki psixi xəstəlik qeyd edilir. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə psixi vəziyyətində dəyişikliklər 2003-cü ildən başlayaraq meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, qeyri-adektav hərəkətləri biruzə vermiş, psixi vəziyyəti ilə əlaqədar Sumqayıt Psixiatriya Xəstəxanasında dəfələrlə müalicələrdə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hazırda həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, buna baxmayaraq, psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, gülməsi, evdə ara-sıra aqressiv hərəkətlərə yol verməsi, ev əşyalarını sındırıb-dağıtması, davranışında qeyri-adekvatlıq ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, passiv olaraq münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – X3 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. İİ və İİİ – X5 öz psixi vəziyyətinə görə rərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1980-ci il təvəllüdlü X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva