Məhkəmə qərarları › İş №2(060)-2657/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2657/2021

15.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2657/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı1 və İddiaçı6 nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı iddiaçılar İddiaçı1 və qeyriləri ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, X3, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X16, X7, X14 və İddiaçı6 ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2, X3, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X16, X7, X15, İddiaçı6 paylı mülkiyyətində olmuşdur. İddiaçılar mülkiyyətlərində olan əmlakı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3,08 sot hissəsini satmaq məqsədilə, Cavabdeh ilə həmin torpaq sahəsinin dəyərini 63140 manat məbləğində razılaşmışlar. Cavabdeh mülkiyyətçiləri torpaq sahəsinin satılmasına razı salmaq və sənədləşmə işlərini həyata keçirmək üçün torpaq sahəsinin dəyərinin müəyyən hissəsini ödəməklə İddiaçı1 aldadaraq onunla 25 mart 2020-ci il, 15 may 2020-ci il, 22 iyul 2020-ci illərdə kredit müqaviləsi bağlamışdır. 25 mart 2020-ci il tarixdə Cavabdeh İddiaçı1 5000 (beş min) manat, 15 may 2020-ci il tarixdə 4500 (dörd min beş yüz) manat, 22 iyul 2020-ci il tarixdə isə 3000 (üç min) manat ödəniş etmişdir. İddiaçı1 və digərləri ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3,08 sot hissəsinin alqı-satqısına dair Cavabdeh aralarında 24.09.2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisində AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh ilkin olaraq 20.500 manat məbləğində pul ödəmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin razılaşdırılmış dəyərindən müəyyən vaxtlarda müəyyən miqdarda ödənişlər etməklə, ümumilikdə 51.660 manat məbləğində pul ödəmişdir. Lakin bu torpaq sahəsinin dəyərinin real qiyməti deyildir. Cavabdeh bu tarixədək torpaq sahəsinin dəyərinin ödənilməmiş qalan hissəsini 11.480 manat məbləğində pulu ödəməmişdir. Həmçinin cavabdeh ona satılan 3.08 sot torpaqdan əlavə iddiaçılara məxsus torpağı da zəbt etmişdir. Ona görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı6 nümayəndəsi və vəkili X8 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılara və maraqlı tərəfə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Maraqlı tərəf işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı zamanı İddiaçı2 vəfat etdiyindən anası İddiaçı1 məhkəmə tərəfindən onun hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahat verərək, mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd olmadığını, həmin sənədi əldə etmək üçün lazımi xərcləri Cavabdeh çəkdiyini, əmlakın hazırda da onun mülkiyyətində olduğunu bildirdi. Eyni zamanda o, bildirdi ki, paylı mülkiyyətçilər ilə cavabdeh arasında 3.08 sot torpaq sahəsi barədə razılıq əldə olunaraq alqı-satqı müqaviləsi imzalanmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ******* saylı, 24.09.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X3, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X16, X7, X15, İddiaçı6 ünvan 1, yeni qaydalarla: AZ 5021, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini Cavabdeh 20.000 manata satmışlar. - Eyni zamanda həmin müqavilədən görünür ki, ünvan 1, yeni qaydalarla: AZ 5021, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini paylı mülkiyyət üzrə onlara məxsus hissədən aşağıda göstərilən hissəsini alıcının mülkiyyətinə vermişlər: - İddiaçı1 (0.026 ha, 1667.67 manat) - İddiaçı2 (0.026 ha, 1667.67 manat) - X3 (0.026 ha, 1667.67 manat) - X4 (0.024 ha, 1667.66 manat) - İddiaçı3 (0.026 ha, 1667.66 manat) - İddiaçı4 (0.026 ha, 1667.67 manat) - İddiaçı5 (0.026 ha, 1667.67 manat) - X16 (0.026 ha, 1667.67 manat) - X7 (0.026 ha, 1667.67 manat) - İddiaçı6 (0.026 ha, 1667.67 manat) - X15 (0.026 ha, 1667.67 manat) - X5 (0.024 ha, 1667.66 manat) - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla: AZ 5021, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı1 (2/48 hissə), İddiaçı2 (2/48 hissə), İddiaçı3 (2/48 hissə), İddiaçı5 (2/48 hissə), İddiaçı6 (2/48 hissə), İddiaçı4 (2/48 hissə), X4 (12/48 hissə), X5 (12/48 hissə), X3 (3/48 hissə), X7 (3/48 hissə), X15 (3/48 hissə) və X11r (3/48 hissə) və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 14.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, AZ 5021, ünvan 2A-da yerləşən 0.0308 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 30.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi paylı mülkiyyət əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 və digər şəxlər X3, X4, X5, X16, X7 və X9 məxsus olmuşdur. Mülkiyyətçilər həmin əmlakın 3.08 sot hissəsini, yəni hərəsinin payından 0.0026 ha (X4 və X5- 0.0024 ha) hər birinə 1666.67 (bəzilərinə 1666.66 man) manat ödənilməsi müqabilində cavabdehə alqısatqı müqaviləsi ilə satmışlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Bu Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, on iki şəxsin paylı mülkiyyətində olan əmlakla bağlı onlar tərəfindən bağlanmış əqdin etibarlılığını mülkiyyətçilərdən cəmi altısının mübahisələndirməyə subyektiv hüquqları mövcud deyildir. Bundan əlavə məhkəmə belə qənaətə gəlir ki, mülki qanunvericilikdə əqdin etibarsızlığı ilə bağlı nəzərdə tutulmuş əsaslardan hər hansı biri işin faktiki halları ilə uzlaşmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı İddiaçı1, İddiaçı2, X3, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X16, X7, X14 və İddiaçı6 ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh X10 qarşı İddiaçı1, İddiaçı2, X3, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X16, X7, X14 və İddiaçı6 ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar