Məhkəmə qərarları › İş №2(060)-2679/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2679/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2679/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, X2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, anası - 12 dekabr 1930-cu il təvəllüdlü X1 12 dekabr 2000-ci il tarixdən vəfat etdiyini günə kimi - 06 iyun 2018-ci il tarixədək ərizəçi X4 tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-ci il tarixli Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki iş materiallarından görünür ki, ərizəyə 1 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. xx.xx.2024-cü il tarixdə 142213 №-li qəbzlə ödənilmiş 1 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar