Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2683/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, **********02711 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) 260.04 manat borc hesablanmışdır. Həmin abonent kodu mərhum həyat yoldaşı X1 adınadır. Mərhum əri X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum həyat yoldaşının adına olan **********02711 saylı abonent kodunun onun adına keçirilməsi ilə bağlı cavabdehə müraciət etsə də **********02711 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) 260.04 manat borc hesablandığına görə və həmin borcun ödənmədiyi təqdirdə həmin abonent kodunun onun adına keçirilməsindən imtina edilmişdir. Borcun silinməsi ilə bağlı cavabdeh orqana şifahi qaydada müraciət etməsinə baxmayaraq cavabdeh orqan həmin borcun silinməsindən imtina etmişdir. Hesab edir ki, həmin borcun tələb etmə müddəti ötürüldüyündən həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1, **********02711 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) hesablanmış 260.04 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 08 may 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. xx.xx.2012-ci ildə iddiaçının ünvanına sayğac quraşdırılmışdır. 2015-ci ilədək Azərenerji ASC-yə 319.62 AZN borcu yaranmışdır. Həmin məbləğdən 360.04 AZN keçmiş dövrə yaranan borcdur, dondurulmuş və Azərişıq ASC tərəfindən tələb olunmur. Lakin mənzilin alqı-satqısı və sayğacın addan ada keçirilməsi zamanı borcun mövcud olduğu bildirilir və tələb olunur. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmələrdə işlərin çoxluğu ilə əlaqədar məhkəmə baxış iclasında iştirak etməklərinin mümkün olmadığını, bu səbəbdən məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edərək bildirdi ki, dondurulmuş borcun silinməsini xahiş edir. 319 manat ümumi borcdur. 59 manat ödəmişdir. 260.4 manat borc qalmışdır. Onlardan isə tələb olunmamışdır. Yoldaşı rəhmətə getmiş, daha sonra sayğacı adına keçirdikdə borcu tələb etmişlər. İddia tələbini əsaslı hesab edir və təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Qazax rayonu, Kirovkənd kəndi, xx.xx.1957-ci il tarixində anadan olmuşdur. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9, İİ-paralel küçəsi, otaq 41, məhəllə 9, ev 40 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 324947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 fevral 2023-cü il tarixdə lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 02 ayının 28-ci günündə 303 nömrə ilə qeyd edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, X1 adına olan Sumqayıt, İnşaatçılar, İnşaatçılar, ev(bina):0500, mənzil 2711 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 260.04 manat məbləğində dondurulmuş borcu vardır. xx.xx.2015-ci il tarixinə ETAİS-dən gələn borc 319.62 manat borc hesablanmışdır. Nikahın bağlanması haqqında İİ-ЖГ seriyalı, 411537 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında 4 fevral 1981-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 fevral 1981-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəsibov, arvada isə Eminova soyadı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 260.04 manat məbləğində borcun yaranmasının abonentin qanuna zidd əməli nəticəsində yaranması işin araşdırılan halları ilə sübut olunmayaraq, təsdiq edilməmişdir.Bütün qeyd olunan hallar məhkəmənin iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu dondurulmuş,lakin həmin borc sayğac üzrə akt əsasında (iddiaçının müdaxiləsi, məsuliyyətsizliyi və sair) yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı həmin borcu silinməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 260.04 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına (saldo üzrə ünvan 2 elektrik enerjisindən istifadəyə görə hesablanmış 260.04 (iki yüz altmış manat dörd qəpik) manat məbləğində borc **********02711 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2683/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2683/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver