Məhkəmə qərarları › İş №2(060)-2686/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2686/2025

03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2686/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1621 nömrəli torpaq sahəsi iddiaçının mərhum anası X3 xüsusi mülkiyyətindədir. İddiaçının anası X6 08 yanvar 2015-ci ildə vəfat etmişdir. X6 vəsiyyətnamə qoymamışdır. Onun qanun üzrə vərəsəsi oğlu İddiaçıdur. Belə ki, iddiaçı mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz olmuşdur. Mərhumda qalmış miras əmlakın qəbulu ilə əlaqədar o, Cavabdehnə müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. İmtinanın məzmununda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

İddiaçının tələbi:

2. İddiaçı tərəfindən mərhum anası X1 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1621 nömrəli torpaq sahəsinin miras əmlakının qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, mərhum iddiaçının anasıdır. İddiaçı anası ilə sözügedən ünvanda bir yerdə yaşamışlar. Anası rəhmətə gedəndən sonra da mirası faktiki olaraq qəbul etmişdir. Bütün kommunal xərcləri həmin şəxs tərəfindən ödənilmişdir. Yaşayış yerindən arayış da təqdim etmişdir ki, iddiaçı həmin vaxtdan sözügedən ünvanda yaşamışdır. İddiaçı yaşlı və xəstədir. Qanunvericiliyi yaxşı bilmir. Digər vərəsələrin də notarial qaydada təsdiqlənmiş ərizələrini almışlar ki, onlar arasında mübahisə yoxdur. Onlar da mirasın qardaşları tərəfindən qəbul edilməsinə etiraz etmirlər. Rəhilə xanım sağ olarkən bir hissə satılmışdır. Onlar Rəhilə xanımın adına olan çıxarış üzrə olan tikili barədə müddətin uzadılmasını xahiş edirlər. Notariat ofisi müddəti əsas götürərək onlara imtina cavabı vermişlər. Məhkəmədən vərəsəliyin qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzaldılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, məhkəmə iclasına işlərinin sıxlığının nəzərə alınaraq iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. AZ-İ 722445 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2015-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 52 № ilə qeyd edilmişdir.

7. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 03 mart 2025-ci il tarixli, 352 nömrəli ərizəyə cavabdan görünür ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1621 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın hüquqi rejimi barədə məlumatdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1621 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan bağ torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 7085 nömrəli torpaq sahəsinin planı və ölçüsü, bağ təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 10752 nömrəli icarə müqaviləsi əsasında X3 adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin 0.0433 ha hissəsi Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2014-cü il tarixli, 4Ə-2326 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixdə 7E/-19200 nömrə ilə notarial qaydada təsdiq olunmuş bölgü planı əsasında X4 adına özgəninkiləşdirilmiş, yerdə qalan 0.0767 ha hissəsi X3 adına qeydiyyata alınaraq, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

10. X2, X5 tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, 08 yanvar 2015-ci il tarixdə vəfat etmiş anası – X3 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir.

11. Digər sənədlər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

13. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Belə ki, mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, X6 xx.xx.2015-ci il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. (§9)

22. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürməsi üzrlü hesab edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

24. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

25. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

26. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsə arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun vərəsəlik institutu ilə bağlı digər qaərarlarında, o cümlədən 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutuaraq, iddiaçının anası X3 08 yanvar 2015-ci il tarixdə vəfat etməsini nəzərə alaraq iddia tələbini əsaslı hesab edir.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1621 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı çatası payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. 08 yanvar 2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1621 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı çatası payı qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilsin və müəyyənləşdirilmiş müddət uzadılsın.

3. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar