Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2690/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN1351B N-li kod 30900016 N-li şəhadətnamənin 2-ci qrafasında qeyd edilmiş Ərizəçi Müşfiq oğlunun Sumqayıt ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1945-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət torpaq xəritə çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxx 2005-ci ildə verilmiş JN 1351B kod 30900016 şəhadətnamənin 2-ci sətrində ata adı Mədəd əvəzinə oğlu Müşfiqin adı yazılmışdır. Hal-hazırda Azərbaycan Respublikası Dövlət torpaq xəritə çəkmə Komitəsi və onun Sumqayıt şəhər şöbəsi ləğv edilmişdir. Həmin orqanlar ləğv olunduqlarına görə onların arxivində olan JN1351BN-1İ kod 30900016 N-li şəhadətnamə və digər axiv sənədləri Azərbaycan Republikası ƏMDX yanında DƏDRX-nin 2 saylı X13 təhvil verilmişdir. Odur ki, JN1351B N-li kod 30900016 N-li şəhadətnamənin 2-ci qrafasında qeyd edilmiş Ərizəçi Müşfiq oğlunun Sumqayıt ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1945-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 2 saylı X10 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Qazax rayon qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1945-ci ildə Qazax rayonu, İ Şıxlı kəndində anadan olmuşdur. X3, anası isə X2r. -A-İ seriyalı 001866 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1975-ci ildə orada mühasibat uçotu ixtisası üzrə tam kurs bitirmişdir. -Azərbaycan SSR Qazax rayon İ Şıxlı kənd soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 arasında xx.xx.1968-ci ildə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrəsi ilə qeyd edilmişdir. -Xİİİ-ЖГ № 724511 seriyalı SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, həmin pasport Ərizəçi məxsusdur. - JN 1351B kod 30900016 şəhadətnamənin surətindən görünür ki, 0,12 hektar Sumqayıt şəhəri, Corat Bağlar ərazisindəki B-2009 saylı bağ sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 142 saylı qərarı ilə X4, Ərizəçi Müşfiq oğluna, X6 və X1. -Azərbaycan Respublikası DİN-nin verdiyi ******* saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailə üzvləri- X11, X12 və X9 ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35 saylı evin 149 saylı mənzilində qeydiyyatdadırlar. -ƏMDK yanında DƏDRX-nin 2 saylı X10 Ərizəçi ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı,atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmələrin səlahiyyətinə aid edilmişdir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olumuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət torpaq xəritə çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxx 2005-ci ildə verilmiş JN 1351B kod 30900016 şəhadətnamənin 2-ci sətrində ata adı Mədəd əvəzinə oğlu Müşfiqin adı yazılmışdır. Hal-hazırda Azərbaycan Respublikası Dövlət torpaq xəritə çəkmə Komitəsi və onun Sumqayıt şəhər şöbəsi ləğv edilmişdir. Həmin orqanlar ləğv olunduqlarına görə onların arxivində olan JN1351BN-1İ kod 30900016 N-li şəhadətnamə və digər axiv sənədləri Azərbaycan Republikası ƏMDX yanında DƏDRX-nin 2 saylı X13 təhvil verilmişdir. Bu fakt iş materiallarında olan Ərizəçi məxsus diplomla, evlənmək haqqında şəhadətnamə ilə, arayışla, ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı,atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, JN1351B N-li kod 30900016 N-li şəhadətnamənin 2-ci qrafasında qeyd edilmiş Ərizəçi Müşfiq oğlunun Sumqayıt ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1945-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN1351B N-li kod 30900016 N-li şəhadətnamənin 2-ci qrafasında qeyd edilmiş Ərizəçi Müşfiq oğlunun Sumqayıt ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1945-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2690/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2690/2021
05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver